Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu əməkdaşlarının kitabı nəşr olub
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu elmi əməkdaşları Ekologiya və iqlimləşdiirmə şöbəsinin müdiri dosent H.H.Əsədov və elmi işçi K.Ə.Sadıqovanın və F.M.Abdullayev, Z.S.Babayeva-Cəfərzadənin həmmüəllif oldruqları “Çin çayı növ müxtəlifliyinin (Thea sinensis L.) ekologiyası” kitabı nəşr olub.
XQ xəbər verir ki, təqdim olunan kitab Azərbaycan Respublikasının subtropik bölgələrindən olan Lənkəran-Astara rayonunun iqlim-torpaq şəraitində becərilən Çin çayı növ müxtəlifliyinin (Thea sinensis L.) ekoloji amillərin təsiri nəticəsində baş verən biomorfoloji, fizioloji, biokimyəvi, boy və inkişaf dinamikasının dəyişməsinə həsr edilmişdir. Ekoloji amillərin stress təsiri nəticəsində çay bitkisinin davamlılıq xüsusiyyətləri, fotosintez prosesinin fəallığı, çay yarpaqlarında xlorofilin miqdarının dinamiki dəyişməsi, çay fleşlərində flavonidlərin − tanin, katexin-tanin kompleksi, flavonol, kofein və eləcə də ekstraktiv maddənin miqdarı, çayın rəng çalarlarının metal ionlarından asılı olaraq dəyişməsi və müxtəlif suvarma tədbirlərinin təbliği və s. öyrənilmiş, çayın keyfiyyət göstəricilərinin ekoloji amillərdən asılılığı şərh edilmişdir.
Kitab çay becərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur, ümid edirik ki, təsərrüfatçılar ondan səmərəli istifadə edəcək, tələbə, doktorant və müəllimlərin masa üstü vəsaitinə veriləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 13 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















