Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Azərbaycan Respublikasının Konstitusiyası qida təhlükəsizliyi haqqında qanunvericiliyin inkişafında fundamental hüquqi əsas kimi

Azərbaycan Respublikasının Konstitusiyası qida təhlükəsizliyi haqqında qanunvericiliyin inkişafında fundamental hüquqi əsas kimi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçiliyimizin əsaslarını və hüquqi sistemimizin təməl prinsiplərini dərin şəkildə təhlil etmək üçün mühüm imkanlar yaradıb. Bu təşəbbüs yalnız ümumi hüquqi islahatlar kontekstində deyil, həm də milli iqtisadiyyatın strateji istiqamətlərindən biri olan qida təhlükəsizliyi sahəsində də xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev “Azərbaycan Respublikasının Konstitusiyası – qida təhlükəsizliyi haqqında qanunvericiliyin inkişafında fundamental hüquqi əsas kimi” sərlövhəli məqaləsində qeyd olunub. Məqalədə daha sonra bildirilib:

Qida təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi əhalinin sağlamlığının qorunması, rifahın təmin edilməsi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi baxımından dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, qida təhlükəsizliyi üzrə hüquqi tənzimləmənin konstitusion prinsiplər əsasında formalaşması və inkişaf mərhələlərinin təhlili müasir dövrdə aktual əhəmiyyət kəsb edir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 30-cu ildönümündə olan Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın hüquqi, siyasi və iqtisadi əsaslarını müəyyən edib, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunda həlledici rol oynayıb. Konstitusiya yalnız ümumi idarəçilik mexanizmlərini deyil, həm də sosial-iqtisadi sahələrin, o cümlədən qida sənayesinin inkişaf istiqamətlərini müəyyən edən ali hüquqi sənəddir.

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu və 41-ci maddələrinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və sağlamlığını qorumaq hüququ təsbit edilib. Bu prinsiplər insanların təhlükəsiz və sağlam qida məhsullarına çıxış hüququnun təmin olunmasına yönələrək, qida istehsalçılarının məsuliyyətini artırır və istehlakçı hüquqlarının təminatına xidmət edir.

78-ci maddədə ətraf mühitin qorunması hər kəsin borcu kimi təsbit olunduğundan, qida istehsalı proseslərində təbii resurslardan səmərəli istifadə, ekoloji balansın qorunması və davamlı istehsal prinsiplərinin tətbiqi konstitusion vəzifə səviyyəsinə yüksəldilib.

59-cu maddəyə əsasən, hər bir şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Bu müddəa qida sənayesində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin iqtisadi azadlığını təmin edərək, onların sərbəst şəkildə sahibkarlıqla məşğul olmalarına hüquqi zəmanət verir. Sahibkarlıq azadlığı prinsipinin konstitusion əsaslarla təsbit edilməsi, qida sənayesində rəqabət mühitinin formalaşmasına və bazar iqtisadiyyatının güclənməsinə şərait yaradır.

Eyni zamanda, 29-cu maddə ilə mülkiyyət hüququnun qorunması qida istehsalı və dövriyyəsi proseslərində istifadə olunan əmlak, torpaq və avadanlıqlar üzərində sahibkarlara hüquqi təminat verir. Bu, sektorda investisiya mühitinin sabitliyini artırır və istehsalın səmərəliliyinə xidmət edir.

Konstitusiyanın 10-cu maddəsində Azərbaycan Respublikasının beynəlxalq hüquqa riayət etmək öhdəliyi vurğulanır. Bu norma qida sektorunda beynəlxalq standartların tətbiqini təşviq edir və yerli məhsulların dünya bazarına inteqrasiyasına şərait yaradır. Nəticədə beynəlxalq əməkdaşlıq çərçivəsində qida sektorunun modernləşdirilməsi və istehsal texnologiyalarının inkişafı təmin olunur.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında qəbul edilən bütün qanunvericilik aktları öz hüquqi əsaslarını Konstitusiyadan götürməkdədir. Məhz bu səbəbdən güclü konstitusion tənzimləmənin mövcudluğu sahəvi qanunvericilik sisteminin inkişafının etibarlı təminatıdır.

Qida sektorunu da tənzimləyən əsas qanunvericilik aktları müvafiq tarixi inkişaf yolunu keçib və hazırda mövcud sistemli halını alıb. Qida sektorunun tənzimlənməsi ilə bağlı ölkəmizdə mövcud olan qanunvericilik bazası bu sahənin inkişafının tarixi yolunun əsas göstəricisidir.

Bu normativ hüquqi aktlar, qida subyektlərinin fəaliyyətə başlamasının əsaslarını müəyyən edir, bu sahədə tətbiq olunan qaydaların və istehlakçılarla olan münasibətlərin vacib şərtlərini müəyyənləşdirir.

Qida sektorunda tənzimləmə sistemini təkmilləşdirmək və beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş əsas dönüş sənədi kimi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman hesab edilir. Həmin Fərmanla 12 sayda strateji yol xəritəsi təsdiq olunub və sahibkarlıq fəaliyyəti, o cümlədən qida sektoru üçün yeni sistemli yanaşma gətirilib.

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qida sektorunun inkişafına xüsusi diqqət ayrılıb və milli iqtisadiyyatın prioritet istiqamətlərindən biri kimi qəbul olunub. Bu sənədlərdə qida sektorunun inkişafı həm əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, həm də iqtisadi artımın sürətləndirilməsi baxımından əsas hədəflərdən biri kimi müəyyən olunub.

Sözsüz ki, yol xəritələrində qeyd olunan nəticələrin əldə edilməsi praktik tədbirlərin görülməsi ilə yanaşı, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə icra oluna bilərdi. Bu baxımdan ölkə başçısı tərəfindən qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1235 nömrəli Fərmanı qəbul edilib.

Bu tədbirlərin məntiqi davamı olaraq, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramı ölkədə qida təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq standartlara uyğun qida istehsalının təşviqi və əhalinin sağlam qida ilə təmin edilməsi kimi prioritet məqsədləri qarşıya qoyub.

Beləliklə, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” qida təhlükəsizliyi sahəsində ölkənin dayanıqlı inkişafını təmin etmək, əhalinin sağlam qidaya çıxışını artırmaq və yerli istehsalçıların qlobal bazarlarda rəqabət qabiliyyətini yüksəltmək məqsədini daşıyaraq ölkənin əsas konstitusion prinsiplərinə xidmət edib.

Ölkəmizdə qida sektorunda aparılan hüquqi islahatların əsas qanunvericilik təzahürü kimi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi hesab olunur.

Adıçəkilən qanunun qüvvəyə minməsi ilə bu sahədə mövcud olan fəaliyyətlərin tamamilə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırması təmin edilib və bir sıra yeniliklər qanundan irəli gələrək təsdiq olunmuş normativ hüquqi aktlarda öz təzahürünü tapıb.

Qida sektorunda minimum keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi, habelə beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi bilavasitə bu sahənin normayaratma fəaliyyəti ilə bağlı olduğundan qida zəncirinə aid sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar, elmi məlumatlar, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanmaqdadır. Bu sahədə əsas normayaratma orqanı qismində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi çıxış edir.

Qeyd edilməlidir ki, qida sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlanmasını daha effektiv təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb və institut tərəfindən bugünədək mühüm texniki normativ hüquqi aktlar hazırlanaraq agentlik tərəfindən təsdiq olunub.

Həmçinin qanunun qüvvəyə minməsi ilə əlaqədar Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi yenilənib, məsuliyyət tədbirləri təkmilləşdirilib. Beləliklə, Konstitusiyanın 80-ci maddəsinə uyğun olaraq Konstitusiya və qanunların pozulması, habelə hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi hüquqi məsuliyyətə səbəb olması prinsipi qida sektorunda daha təfərrüatlı tənzimlənmə halını alıb.

İstehlakçıların qida sektorunda baş verə biləcək təhlükələrlə bağlı erkən xəbərdar edilməsi hüququ onların qida təhlükəsizliyi sahəsində ayrılmaz və fundamental hüquqlarından biridir. Bu hüququn təminatı birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsində təsbit edilmiş məlumat azadlığı prinsipindən irəli gəlir.

Konstitusiyaya əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Bu norma istehlakçının qida məhsulları ilə bağlı təhlükələr barədə məlumat əldə etməsini hüquqi cəhətdən təmin edən əsasdır. Qanuna uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təhlükəli halların reyestrinin aparılması və ictimaiyyətə təqdim olunması məhz bu konstitusion hüququn reallaşdırılmasına xidmət edir.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlətin ali hüquqi sənədi deyil, həm də bütün sahəvi qanunvericiliyin, o cümlədən qida təhlükəsizliyi sisteminin hüquqi, institusional və ideoloji dayağını təşkil edir. Konstitusiyada təsbit olunmuş prinsiplər qida təhlükəsizliyinin hərtərəfli təminatına xidmət etməklə, əhalinin sağlamlığının qorunması, istehlakçı hüquqlarının təmin edilməsi və qida sektorunun dayanıqlı inkişafı üçün etibarlı mexanizm yaradıb.

Həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları və institusional yeniliklər Konstitusiyanın tətbiqi imkanlarını daha da genişləndirib və bu sahədə inkişafın fundamental əsası olduğunu sübut edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see127

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri