Icma.az
close
up
RU
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli, 16 may tarixli 196-VIIQD nömrəli və 21 iyun tarixli 216-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 265.4-cü maddədə “prokurora xəbər verir” sözləri “materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir” sözləri ilə əvəz edilsin;

1.2. 307.2.4-cü maddə ləğv edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli, 16 may tarixli 199-VIIQD nömrəli, 13 iyun tarixli 211-VIIQD və 212-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 212.5-ci maddə əlavə edilsin:

“212.5. İcraatında mülki iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda, həmin məsələ bu Məcəllənin 212.4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilir.”.

Maddə 3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli, 7 mart tarixli 152-VIIQD nömrəli, 11 aprel tarixli 178-VIIQD nömrəli, 1 may tarixli 189-VIIQD nömrəli, 16 may tarixli 199-VIIQD nömrəli və 13 iyun tarixli 212-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 85-ci maddə üzrə:

3.1.1. adında “prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi” sözləri “ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi” sözləri ilə əvəz edilsin;

3.1.2. mətndə “prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına” sözləri “ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora” sözləri ilə əvəz edilsin;

3.2. 114.2.3-cü maddədə “prokurora, təhqiqat və ya istintaq orqanına” sözləri “ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora” sözləri ilə əvəz edilsin;

3.3. 129-cu maddə üzrə:

3.3.1. 129.1.3-cü maddədə “şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu” sözləri “inzibati xətanın törədildiyi” sözləri ilə əvəz edilsin və həmin maddəyə “məhkəməsinə” sözündən sonra “(bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin;

3.3.2. aşağıdakı məzmunda 129.1.3-1-ci və 129.1-1-ci maddələr əlavə edilsin:

“129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;”;

“129.1-1. Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər.”;

3.4. 132.2-ci maddəyə “olmadıqda,” sözündən sonra “habelə bu Məcəllənin 129.1-1-ci maddəsində nəzərdə tutulan vəsatət təmin edildikdə” sözləri əlavə edilsin;

3.5. 150-ci maddə üzrə:

3.5.1. 150.5.2-ci maddə üzrə:

3.5.1.1. birinci cümləyə “təşkilatlarına” sözündən sonra “, elektron pul təşkilatlarına” sözləri əlavə edilsin;

3.5.1.2. ikinci və üçüncü cümlələrə “təşkilatı” sözündən sonra “, elektron pul təşkilatı” sözləri əlavə edilsin;

3.5.2. 150.7-ci maddəyə “təşkilatlarında” sözündən sonra “, elektron pul təşkilatlarında” sözləri əlavə edilsin;

3.6. 293.5-ci maddənin dispozisiyasında “aeroportların” sözü “hava limanlarının” sözləri ilə əvəz edilsin;

3.7. 432-ci maddə üzrə:

3.7.1. 432.1-ci maddənin dispozisiyasından “qrant alan” sözləri çıxarılsın;

3.7.2. 432.4-cü maddənin dispozisiyasında “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, yaxud banklar” sözləri “Bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin;

3.8. aşağıdakı məzmunda 432-1-ci maddə əlavə edilsin:

“Maddə 432-1. Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması

432-1.1. Qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

432-1.2. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə –

vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

432-1.3. Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə –

vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”;

3.9. 528.3-cü maddənin dispozisiyasına “təşkilatı” sözündən sonra “, elektron pul təşkilatı” sözləri əlavə edilsin;

3.10. 592-1-ci maddə üzrə:

3.10.1. adında “Məsafədən idarə edilən pilotsuz uçan aparatların” sözləri “Mülki pilotsuz uçuş aparatlarının” sözləri ilə əvəz edilsin;

3.10.2. dispozisiyada “məsafədən idarə edilən pilotsuz uçan aparatların” sözləri “mülki pilotsuz uçuş aparatlarının (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

3.10.3. sanksiyada “məsafədən idarə edilən pilotsuz uçan aparatlar” sözləri “mülki pilotsuz uçuş aparatları” sözləri ilə əvəz edilsin;

3.11. 598.8-1-ci maddənin dispozisiyasında “qrant və ianələr” sözləri “əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri” sözləri ilə əvəz edilsin;

3.12. 600-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 600. Dövlət qulluqçularının reyestrinin aparılması qaydasının pozulması

600.1. Dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

600.2. Bu Məcəllənin 600.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 600.1-ci və 600.2-ci maddələrində “səlahiyyətli vəzifəli şəxs” dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2025-ci il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see225

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see214

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri