Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 12-ci, 15-ci, 16-cı, 23-cü və 26-cı bəndlərini rəhbər tutaraq, “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934) 179-cu maddəsinin 2-ci hissəsinin “c” bəndindən “münsiflər və” sözləri çıxarılsın.

Maddə 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 55-VIIQD nömrəli Qanunu) 308-ci maddəsinin “Qeyd” hissəsinin 7-ci bəndindən “yerli, xarici və beynəlxalq” sözləri çıxarılsın.

Maddə 3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631) 95.2.5-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 95.2.6-cı maddə əlavə edilsin:

“95.2.6. arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.”.

Maddə 4. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444 (Cild I); 2024, № 2, maddə 134, № 4, maddə 365) 6.1.1-ci, 300.1-ci (hər iki halda), 302.1-ci, 302.2-ci və 302.4-cü maddələrində “münsiflər” sözü “arbitraj” sözü ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772) 68.0.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 68.0.5-ci maddə əlavə edilsin:

“68.0.5. arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.”.

Maddə 6. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I) 12-ci maddəsinin üçüncü hissəsində “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” sözləri “və xarici dövlətlərin məhkəmələrinin” sözləri ilə əvəz edilsin və həmin hissəyə “işlər üzrə qərarlarının” sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilsin.

Maddə 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 8.4-cü maddənin “Dövlət rüsumu tutulmalı olan hərəkətlər” sütununa “ərizənin verilməsinə görə” sözlərindən sonra “(arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla)” sözləri əlavə edilsin;

7.2. 8.6-cı maddənin “Dövlət rüsumunun məbləği” sütununda “və 8.2-ci” sözləri “, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci” sözləri ilə əvəz edilsin;

7.3. aşağıdakı məzmunda 8.8 – 8.12-ci maddələr əlavə edilsin:

8.8. Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə
100 manat
8.9. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə
50 manat
8.10. Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə
100 manat
8.11. Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə
50 manat
8.12. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə
100 manat
7.4. 9.1.14-cü maddədə “və bütün növ” sözləri “, digər ərizələr və ya” sözləri ilə əvəz edilsin.

Maddə 8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

8.1. preambulada “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” sözləri “və xarici dövlətlərin məhkəmələrinin” sözləri ilə əvəz edilsin və həmin preambulaya “işlər üzrə qərarlarının” sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilsin;

8.2. 6.1.1-ci maddə üzrə:

8.2.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

“xarici və yerli arbitraj məhkəmələrinin qərarları;”;

8.2.2. altıncı abzasdan “və arbitrajlarının” sözləri çıxarılsın;

8.3. 13-cü maddə üzrə:

8.3.1. 13.1.4-cü maddədən “beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları,” və “və arbitrajlarının” sözləri çıxarılsın;

8.3.2. aşağıdakı məzmunda 13.1.4-2 və 13.1.4-3-cü maddələr əlavə edilsin:

“13.1.4-2. bu Qanunun 13.1.4-3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri – bir ay ərzində;

13.1.4-3. arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal;”;

8.3.3. 13.2.1-ci maddədə “və 13.1.4-cü” sözləri “, 13.1.4-cü və 13.1.4-2-ci” sözləri ilə əvəz edilsin;

8.4. 77-ci maddə üzrə:

8.4.1. adından “və arbitrajların” sözləri çıxarılsın;

8.4.2. 77.1-ci və 77.2-ci maddələrdən “və arbitrajlarının” sözləri çıxarılsın.

Maddə 9. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138) 41.2.17-ci maddəsində “arbitraja (münsiflər məhkəməsinə)” sözləri “arbitraj məhkəməsinə” sözləri ilə əvəz edilsin.

Maddə 10. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2041 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 14.4-cü maddədə “arbitr” sözü “arbitraj məhkəməsi” sözləri ilə əvəz edilsin;

10.2. 17.4-cü maddədə “münsif” sözü “arbitraj məhkəməsi” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597 (Cild I); 2024, № 1, maddə 14) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.0.9-cu maddədə “arbitraja (münsiflər məhkəməsinə)” sözləri “arbitraj məhkəməsinə” sözləri ilə əvəz edilsin;

11.2. 8.3-cü maddədə “və arbitraj (münsiflər məhkəməsi) proseslərində” sözləri “proseslərində və arbitraj icraatında” sözləri ilə əvəz edilsin;

11.3. 12.3-cü maddədə “və ya arbitraj (münsiflər məhkəməsi) prosesində” sözləri “prosesində və ya arbitraj icraatında” sözləri ilə əvəz edilsin və həmin maddədən “(münsif)” sözü çıxarılsın;

11.4. 29.7-ci maddənin birinci cümləsindən “və ya arbitraja (münsiflər məhkəməsinə)” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2024-cü il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri