Icma.az
close
up
RU
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Qanunu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I); 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 189-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddə üzrə:

1.1.1. birinci hissədən “hüquq” sözü çıxarılsın;

1.1.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi bu Qanunla və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qulluğa qəbulun şərtləri nəzərə alınmaqla müsabiqənin keçirilməsi yolu ilə aparılır. Müsabiqə test imtahanından və söhbətdən ibarətdir. Müsabiqədən uğurla keçmiş namizədlər icra məmuru qismində fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində azı 3 aylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər qulluğa qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarına qanunla müəyyən edilmiş qaydada xüsusi rütbə verilir.”;

1.2. 12-ci maddə üzrə:

1.2.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə edilir.”;

1.2.2. üçüncü hissədə “icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər icra xidməti icra məmurlarının xüsusi fonduna” sözləri “halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait ədliyyə orqanlarının xüsusi xəzinə hesabına” sözləri ilə əvəz edilsin;

1.2.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-1.2-ci maddəsində göstərilən məqsədlər üçün ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür.”;

1.3. 13-cü maddə üzrə:

1.3.1. birinci hissənin birinci cümləsində “xidmətinin” sözü “və probasiya xidmətlərinin” sözləri ilə, “icra xidməti icra məmurlarının xüsusi fonduna” sözləri “ədliyyə orqanlarının xüsusi xəzinə hesabına” sözləri ilə əvəz edilsin;

1.3.2. ikinci cümlə çıxarılsın.

Maddə 2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli, 1 may tarixli 189-VIIQD nömrəli və 16 may tarixli 196-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 56.2-ci maddənin birinci cümləsində “icra xidməti icra məmurlarının xüsusi fonduna” sözləri “ədliyyə orqanlarının xüsusi xəzinə hesabına” sözləri ilə əvəz edilsin;

2.2. 78-ci maddə üzrə:

2.2.1. 78.1-ci maddə üzrə:

2.2.1.1. birinci cümlədə “7” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;

2.2.1.2. ikinci cümlədə “on bir” sözləri “yüz” sözü ilə, “əlli beş” sözləri “beş yüz” sözləri ilə əvəz edilsin;

2.2.2. 78.3-cü maddədə “icra xidməti icra məmurlarının xüsusi fonduna” sözləri “ədliyyə orqanlarının xüsusi xəzinə hesabına” sözləri ilə əvəz edilsin;

2.3. 79.1-ci maddənin ikinci cümləsindən “icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə” sözləri çıxarılsın və həmin cümləyə “şəxslərin” sözündən sonra “, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının” sözləri əlavə edilsin;

2.4. 86-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 86. İcra məmurunun həvəsləndirilməsi

Xidməti vəzifəsinin icrası ilə əlaqədar icra məmuru “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına mükafatlandırıla bilər.”.

Maddə 3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab), maddə 502, № 12 (II kitab), maddə 1337) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.8-ci maddədə “vəzifəsinə” sözü “və icra məmuru vəzifələrinə” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:

“Maddə 25-1. Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı

25-1.1. Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür:

25-1.1.1. icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;

25-1.1.2. cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;

25-1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.

25-1.2. Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsait aşağıdakı məqsədlərə sərf edilir:

25-1.2.1. ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;

25-1.2.2. dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;

25-1.2.3. ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;

25-1.2.4. ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;

25-1.2.5. icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;

25-1.2.6. ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə.

25-1.3. Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see442

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see264

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see255

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see244

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see244

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see241

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see239

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see234

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see232

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see228

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see228

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see225

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see224

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see220

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see216

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see195

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see176

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see174

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri