Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərar

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Və Nəqliyyat Nazirliyinin Kollegiyası Qərar

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

№ 3-27/3-7-2/2025

Bakı şəhəri                                                         “17” mart 2025-ci il

“Sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi Qaydası”nın və “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2021-ci il 26 yanvar tarixli KQ-1/21 nömrəli qərarında dəyişiklik edilməsi barədə

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 mart tarixli 138s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

qərara alır:

1. “Sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi Qaydası”nın və “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2021-ci il 26 yanvar tarixli KQ-1/21 nömrəli qərarında dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri                  Rəşad Nəbiyev

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
Kollegiyasının 2025-ci il 17 mart tarixli 3-27/3-7-2/2025 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

“Sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi Qaydası”nın və “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2021-ci il 26 yanvar tarixli KQ-1/21 nömrəli qərarında edilmiş dəyişikliklər:

1. “Sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi Qaydası”nın və “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 2021-ci il 26 yanvar tarixli KQ-1/21 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “maddə və (və ya) predmetlərin” sözləri “əşya və maddələrin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi Qaydası” üzrə:

1.2.1. adında, 1.3-cü bənddə, 2-ci, 3-cü və 4-cü hissələrin adında, 3.2-ci (hər iki halda) bənddə, 4.1-4.3-cü bəndlərdə, 4.4-cü bəndin birinci (hər iki halda) və ikinci cümlələrində “maddə və (və ya) predmetlərin” sözləri “əşya və maddələrin” sözləri ilə əvəz edilsin;

1.2.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Bu Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin Siyahısı” ilə müəyyən edilmiş hava gəmilərində daşınması qadağan edilən əşya və maddələrin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını müəyyən edir.”;

1.2.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sərnişinin üzərinə, əl yükünə və baqajına həyata keçirilən baxış zamanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) beynəlxalq standartları və tövsiyə olunan təcrübəsində nəzərdə tutulan və pərakəndə satışda olan, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin Siyahısı”na əsasən hava gəmisində daşınması qadağan edilmiş əşya və maddələr aşkar edildikdə, aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşı ilk olaraq həmin əşya və maddələri sərnişini yola salan şəxsə (şəxslərə) təhvil verilməsini təklif edir. Bu mümkün olmadıqda, həmin maddə və (və ya) predmetlərin götürülməsinə dair 2 (iki) nüsxədə akt tərtib edilir. Akt onu tərtib etmiş şəxs və sərnişin tərəfindən imzalanır. Aktın bir nüsxəsi aviasiya təhlükəsizliyi xidmətində qalır, digər nüsxəsi isə sərnişinə verilir və bu barədə qeydiyyat aparılır. Sərnişin həmin əşya və maddələrin bu Qaydanın 3.1-ci bəndində göstərilən müddət ərzində götürülməsi barədə məlumatlandırılır və bu barədə aktda müvafiq qeyd aparılır.”;

1.2.4. 3.1-ci bənddə “maddə və (və ya) predmetlər (kəsici-deşici alətlər, qaz balonları, lak-boya məmulatları, mayelər və s.)” sözləri “əşya və maddələr” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası” üzrə:

1.3.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Bu Metodika “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi, Avropa Mülki Aviasiya Konfransının (ECAC), Beynəlxalq Aviasiya Nəqliyyatı Assosiasiyasının (IATA) o cümlədən mülki aviasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla hazırlanmışdır.”;

1.3.2. 1.4-cü bənddə “təhlükəsizliyi üzrə” sözləri “təhlükəsizliyinə dair” sözləri ilə əvəz edilsin;

1.3.3. 2.1.2-ci yarımbənddə “aviasiyanın fəaliyyətinə” sözləri “aviasiyada” sözləri ilə əvəz edilsin;

1.3.4. 2.1.4-cü yarımbənddən “fəaliyyətinin” sözü çıxarılsın;

1.3.5. 4.3.1-ci yarımbənddə “qəza və insidentlərin” sözləri “aviasiya hadisələri və insidentlərinin” sözləri ilə əvəz edilsin;

1.3.6. 4.4.1-ci yarımbəndin birinci cümləsində “aviasiya” sözündən əvvəl “mülki” sözü əlavə edilsin;

1.3.7. 4.4.2-ci yarımbənddə “ICAO” abreviaturası “BMAT” abreviaturası ilə əvəz edilsin;

1.3.8. 4.4.5-ci yarımbənddə “milli aviaşirkətlərinin” sözləri “hava gəmisinin istismarçılarının” sözləri ilə əvəz edilsin;

1.3.9. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“4.9. Yüksək riskli hava gəmisinin istismarçıları və aviadaşımalar barədə toplanan məlumatlar mülki aviasiyanın fəaliyyətinə aid olan təhdidlərin aşkar edilməsi və qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən hava gəmisinin istismarçıları və aviadaşımalara aiddir:”;

1.3.10. 4.9.1-ci yarımbənddə “aviaşirkətlər və aviareyslər” sözləri “hava gəmisinin istismarçıları və aviadaşımalar” sözləri ilə əvəz edilsin;

1.3.11. 4.9.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.9.2. qeyri-müntəzəm (çarter) və ya müntəzəm uçuşlar;”

1.3.12. 4.9.4-cü, 4.11.4-cü və 9.4.2-ci yarımbəndlərdə “aviaşirkətlər” sözləri “hava gəmisinin istismarçıları” sözləri ilə əvəz edilsin;

1.3.13. 4.11.3-cü yarımbənddə “məxsus” sözü “mənsub” sözü ilə əvəz edilsin;

1.3.14. 4.11.7-ci yarımbənddə “ekipaj üzvlərinin,” sözləri “hava gəmisinin heyətinin,” sözləri ilə əvəz edilsin;

1.3.15. 4.11.10-cu yarımbənddə “uçan aparatlarından (dronlardan)” sözləri “uçuş aparatlarından” sözləri ilə əvəz edilsin;

1.3.16. 4.20-ci bənddə “təyinatlı aviasiyaya” sözləri “xarakterli aviasiya fəaliyyətinə” sözləri ilə əvəz edilsin;

1.3.17. 7.1-ci bənddə “ICAO-nun” abreviaturası “BMAT-ın” abreviaturası ilə əvəz edilsin;

1.3.18. “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”na 1 nömrəli Əlavə” – “Təhdid modellərinin siyahısı” üzrə:

1.3.18.1. 1 və 2 nömrəli cədvəllərin 3-cü hissəsində “göyərtəsində” sözü “bortunda” sözü ilə əvəz edilsin;

1.3.18.2. 5 nömrəli cədvəlin “Hava gəmisinin qaçırılması” sütunu üzrə:

1.3.18.2.1. 1-ci hissənin ikinci abzasının üçüncü cümləsində (hər iki halda) “aviaşirkətinin” sözü “hava gəmisinin istismarçısının” sözləri ilə əvəz edilsin;

1.3.18.2.2. 2-ci hissənin üçüncü cümləsində “Təyyarələrin” sözü “Hava gəmilərinin” sözləri ilə əvəz edilsin;

1.3.18.2.3. 3-cü hissənin ikinci cümləsində “təyyarə” sözü “hava gəmisinin” sözləri ilə əvəz edilsin;

1.3.18.2.4. 4-cü hissədə “ekipajın” sözü “hava gəmisinin heyətinin” sözləri ilə, “heyətin kabinəsinə” sözləri “hava gəmisinin heyətinin kabinəsinə” sözləri ilə əvəz edilsin;

1.3.18.2.5. 5-ci hissənin üçüncü abzasında “heyət və bort bələdçiləri” sözləri “uçuş və kabinə heyəti” sözləri ilə əvəz edilsin;

1.3.18.3. 6 nömrəli cədvəlin “Hava gəmisindən silah kimi istifadə edilməsi” sütunu üzrə:

1.3.18.3.1. 2-ci hissənin ikinci abzasında “aviaşirkətin” sözü “hava gəmisinin istismarçısının” sözləri ilə əvəz edilsin;

1.3.18.3.2. 5-ci hissə üzrə:

1.3.18.3.2.1. b) abzasında “heyət və bort bələdçiləri” sözləri “uçuş və kabinət heyəti” sözləri ilə əvəz edilsin;

1.3.18.3.2.2. d) abzasında “gəmisi ekipaj üzvlərini” sözləri “gəmisinin heyətini” sözləri ilə əvəz edilsin;

1.3.18.3.2.3. e) abzasında “ekipajın” sözü “hava gəmisinin heyətinin” sözləri ilə əvəz edilsin;

1.3.18.4. 7 nömrəli cədvəlin “Məsafədən idarə olunan aviasiya sistemlərinin (MİOAS) yaratdığı təhdidlər” sütunu üzrə:

1.3.18.4.1. 1-ci hissənin birinci cümləsində “dronlara” sözü “pilotsuz uçuş aparatlarına” sözləri ilə əvəz edilsin;

1.3.18.4.2. 2-ci hissənin ikinci abzasının birinci cümləsində “dron” sözü “pilotsuz uçuş aparatı” sözləri ilə əvəz edilsin;

1.3.18.4.3. 4-cü hissənin ikinci cümləsində “dronların” sözü “pilotsuz uçuş aparatlarının” sözləri ilə, üçüncü cümləsində “təyyarənin” sözü “hava gəmisinin” sözləri ilə əvəz edilsin;

1.3.18.5. 8 nömrəli cədvəlin “Hava hərəkətinin idarəedilməsi (HHİ) sistemlərinə kiberhücumlar” sütunu üzrə:

1.3.18.5.1. 1-ci hissənin ikinci abzasının ikinci cümləsində “aeronaviqasiya sistemlərinin provayderləri” sözləri “hava hərəkəti xidmətlərini təmin edən təchizatçıları” sözləri ilə, “aviadaşıyıcılar” sözü “hava gəmisinin istismarçıları” sözləri ilə əvəz edilsin;

1.3.18.6. 10 nömrəli cədvəlin “Hava limanı sistemlərinə kiberhücumlar” sütunu üzrə:

1.3.18.6.1. 1-ci hissədə “Rəsmiyyətin” sözü “Hava daşımaları üzrə rəsmiyyətin” sözləri ilə əvəz edilsin;

1.3.18.6.2. 2-ci hissənin üçüncü cümləsində “aviaşirkətlərin” sözü “hava gəmisinin istismarçılarının” sözləri ilə əvəz edilsin;

1.3.18.7. 12 nömrəli cədvəlin “Bort ehtiyatlarında gizlədilmiş KPQ, silah və ya toksiki maddələr” sütunu üzrə:

1.3.18.7.1. 3-cü hissənin üçüncü abzasında “aviaşirkətin” sözü “hava gəmisinin istismarçısının” sözləri ilə əvəz edilsin;

1.3.18.8. 13 nömrəli cədvəlin “Nəzarət olunmayan zonaya qarşı təhdidlər” sütunu üzrə:

1.3.18.8.1. 1-ci hissənin ikinci abzasında “satəhdid” sözü “sahədə” sözü ilə əvəz edilsin;

1.3.18.8.2. 5-ci hissənin e) abzasında (hər iki halda) “aviaşirkətlərin” sözü “hava gəmisinin istismarçılarının” sözləri ilə əvəz edilsin;

1.3.19. “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”na – 2 nömrəli Əlavə Risklərin idarəolunması matrisası “Təhdid səviyyəsinə uyğun olan əlavə aviasiya təhlükəsizlik tədbirləri Planı”nın “Təhdid modelləri № (QMA)” sütununun 17-ci hissəsində “aviaşirkətlərin” sözü “hava gəmisinin istismarçılarının” sözləri ilə əvəz edilsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri