Icma.az
close
up
RU
AZƏRBAYCAN RUSİYADAN NƏ ALIR, NƏ SATIR? Ekspertdən kritik xəbərdarlıq + SİYAHI

AZƏRBAYCAN RUSİYADAN NƏ ALIR, NƏ SATIR? Ekspertdən kritik xəbərdarlıq + SİYAHI

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginlik, həll olunmazsa, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinə də mənfi təsir göstərə bilər. Keçmişdəki təcrübələr göstərir ki, Rusiya təzyiqlər zamanı Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarının ölkəyə daxil olmasına və satışına maneələr yaradıb.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon 819 min ABŞ dolları təşkil edib. Bu məbləğin 3 milyard 621 milyon 472 mini Rusiyadan Azərbaycana ixrac edilən malların, 1 milyard 178 milyon 347 mini isə Azərbaycandan Rusiyaya göndərilən məhsulların payına düşür.

Bu ilin ilk 5 ayında ümumi ticarət 1,820 milyard dollar (illik 39,4% artım) olub. Bu dövr ərzində Azərbaycanın ixracı 322,9 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalma deməkdir. Lakin, Rusiyadan idxalda ciddi artım müşahidə olunur: 5 ayda idxal 52,7% artaraq 1,5 milyard dollar olub.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli "AzPolitika"-ya şərhində bildirib ki, ölkələr arasında ümumi ticarət balansı Azərbaycanın əleyhinədir. O, Rusiya ilə ixracatın idxalatdan az olmasının bu asılılığı açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb. Ekspertin hesablamalarına görə, 2024-cü ildə hər iki ölkə bir-birinə təxminən 650-700 milyon ABŞ dolları civarında yeyinti məhsulları ixrac edib.

Vahid Məhərrəmli qeyd edib ki, Azərbaycan Rusiyaya əsasən meyvə, tərəvəz və kartof, Rusiya isə Azərbaycana buğda, buğda unu, kartof, diri heyvanlar, bitki yağları və digər kənd təsərrüfatı məhsulları ixrac edir.

Ekspertin fikrincə, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını fiziki çəkidə 20% artırıb, bu müddət ərzində Rusiya isə Azərbaycana buğda ixracını 50%-dən çox artırıb. Bu tendensiyalar hər iki ölkənin ərzaq təhlükəsizliyi baxımından qarşılıqlı asılılığını göstərir.

Vahid Məhərrəmli bildirib ki, Azərbaycandan ümumilikdə ixrac edilən yeyinti məhsullarının təxminən 80%-i Rusiyaya yönəlir. Eyni zamanda, ölkəyə idxal edilən bütün yeyinti məhsullarının 25%-i Rusiyanın payına düşür.

2023-cü ilin statistik göstəricilərinə əsaslanaraq, ekspert Rusiya tərəfindən Azərbaycana ən çox buğda, kartof, bitki yağı, quş əti və şokolad məhsullarının göndərildiyini qeyd edib. Rusiya Azərbaycana göndərilən bəzi əsas məhsullar bunlardır:

Buğda – 1 milyon 22 min ton, dəyəri 252 milyon dollar;

Kartof – 73,5 min ton, 18,8 milyon dollar;

Bitki yağı – 62,7 min ton, 64,2 milyon dollar;

Buğda unu – 71,7 min ton, 20,6 milyon dollar;

Şokolad və şokolad məhsulları – 17,5 min ton, 47,6 milyon dollar;

Çörək və unlu qənnadı məmulatları – 14,7 min ton, 32,1 milyon dollar;

Marqarin və yağ qarışıqları – 19,9 min ton, 30,8 milyon dollar;

Ət və ət məhsulları (kolbasa daxil olmaqla) – 5 min ton, 11,1 milyon dollar;

Təzə və dondurulmuş balıq – 3,4 min ton, 4,4 milyon dollar.

Ekspertin sözlərinə görə, idxalda heyvan mənşəli məhsullar da mühüm yer tutur. Belə ki, diri iribuynuzlu heyvanlar üzrə idxal 46 min baş olub, dəyəri isə 34,8 milyon dollar təşkil edib. Diri quşlar, quş yumurtası və süd məhsulları da mühüm yerə malikdir.

Məhərrəmlinin təhlilinə əsasən, Azərbaycan Rusiyaya daha çox təzə meyvə və tərəvəz, konservləşdirilmiş məhsullar və meyvə şirələri ixrac edir. Bu göstəricilərə əsasən, Azərbaycan aşağıdakı məhsulları ixrac edib:

Təzə meyvə – 404,2 min ton, 414,8 milyon dollar;

Təzə tərəvəz – 156,5 min ton, 169,7 milyon dollar;

Kartof – 62,6 min ton, 28 milyon dollar;

Meyvə-tərəvəz konservləri – 6,5 min ton, 6,3 milyon dollar;

Meyvə-tərəvəz şirələri – 11,3 min ton, 15,3 milyon dollar;

Təbii üzüm şərabları və üzüm suslosu – 281,7 min dekalitr, 5,7 milyon dollar.

Ekspert vurğulayıb ki, Azərbaycan üçün Rusiya bazarı əsas bazar olaraq qalır, lakin bu bazara yüksək səviyyədə bağlılıq risklər daşıyır. Onun fikrincə, Azərbaycan gələcəkdə ixrac bazarlarını diversifikasiya etməli və eyni zamanda daxili ərzaq bazarını Rusiyadan asılı vəziyyətdən çıxarmaq üçün kənd təsərrüfatında yerli istehsalı artırmalıdır.

E. Rüstəmli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri