Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Nə AXC, nə sovet xadimləri, bunu sadəcə Əliyev bacardı Ölkəni dəyişən vəsiyyət

Nə AXC, nə sovet xadimləri, bunu sadəcə Əliyev bacardı Ölkəni dəyişən vəsiyyət

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün İlham Əliyevin Prezident seçilməsindən 22 il ötür. Ölkə başçısının 22 illik hakimiyyəti bir sıra istiqamətlərdə Azərbaycan üçün dönüş nöqtəsi kimi dəyərləndirilir. Xüsusilə İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, onun dövlətimizə və xalqımıza etdiyi ən böyük, tarixi töhfələrdən biri hesab olunur.

Globalinfo.az-a danışan Milli Məclisin sədr müavini, deputat Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin 2003-cü ildən Azərbaycan Respublikasının rəhbəri seçilməsi ilə ölkəmizin həyatında yeni bir mərhələ başlayıb:

“Bu mərhələ ölkə daxili bütün sahələrdə islahatların genişləndirilməsi və dərinləşdirilməsi, güclü dövlətin qurulması, qüdrətli ordunun formalaşdırılması, ictimai-siyasi həyatda ciddi yeniliklər ilə səciyyələnir.

Daxili siyasətdə həyata keçirilən bütün tədbirlər Azərbaycanın qarşısında duran başlıca məqsədə – təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə hazırlıq xarakteri daşıyırdı. Dövlətimizin xarici siyasət fəaliyyəti də beynəlxalq mövqelərin möhkəmləndirilməsinə və bu məqsədin reallaşdırılmasına yönəlmişdi.

Ötən illər ərzində yürüdülən siyasət qarşıya qoyulan hədəflərə çatmaqla nəticələndi. Cənab Prezident İlham Əliyev uzun əsrlərdən bəri qurulan planları darmadağın etdi, işğal altında olan torpaqları qurduğu qüdrətli dövlət və güclü ordu vasitəsilə azad etdi. Azərbaycan ərazisində süni şəkildə qoyulmuş “bomba” – yəni işğal faktı zərərsizləşdirildi.

Prezident İlham Əliyev həm Azərbaycan Xalq Cümhuriyyəti (AXC) , həm sovet dövrü, həm də müstəqillik illərində fəaliyyət göstərən dövlət xadimlərinin yerinə yetirə bilmədiyi tarixi vəzifəni öz qətiyyəti, üstün zəkası və möhkəm iradəsi ilə yerinə yetirdi”.


Musa Qasımlı

Deputat qeyd edib ki, gücünü yalnız xalqdan alan prezidentimiz məhz xalqımıza arxalanaraq tarixi zəfərə nail oldu:

“Qısa müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edildi və ölkənin suverenliyi bərpa olundu. Bu, böyük və misilsiz bir tarixi nailiyyətdir.

Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin planlı şəkildə yeni, müasir evlərə köçürülməsi dövlətimizin qüdrətini və idarəetmə bacarığını ortaya qoyur.

23 illik tarixi təcrübə göstərir ki, xalqımızı arzularına çatdıran bu siyasi kurs daim davam etdirilməlidir”.

Deputat Naqif Həmzəyev bildirib ki, məhz cənab Prezidentin rəhbərliyi dövründə Azərbaycan gücünə güc qatdı:

“O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdi. Azərbaycan bu gün də həmin yolda inamla irəliləyir.

Etiraf etməliyik ki, 1990-cı illərdə ölkəmiz çox ağır və mürəkkəb bir dövrdən keçirdi. Torpaqlarımız işğal altına düşmüşdü. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmasaydı, ümumiyyətlə, müstəqil Azərbaycanın mövcudluğundan danışmaq mümkün olmazdı.

Məhz Ulu Öndər bizi çox çətin vəziyyətdən çıxardı. Təbii ki, güclü və qüdrətli Azərbaycanı qurmaq isə cənab Prezident İlham Əliyevə nəsib oldu. O, Ulu Öndərin bütün vəsiyyətlərini yerinə yetirdi.

Azərbaycanın iqtisadiyyatı gücləndirildi, şaxələndirildi, ordumuz dünyanın ən güclü orduları sırasına daxil edildi. Ölkəmiz öz gücü hesabına işğal altındakı ərazilərini azad etdi, suverenliyini tam şəkildə bərpa etdi. Beləliklə, Azərbaycan regionun ən qüdrətli dövlətlərindən birinə çevrildi”.


Naqif Həmzəyev

N.Həmzəyev bildirib ki, bu gün Azərbaycan bütün sərhədlərində silahlı qüvvələrini möhkəmləndirib:

“Azərbaycan həm regional, həm də qlobal layihələrdə aparıcı rol oynayır. Neft gəlirlərini artırmaqla yanaşı, qeyri-neft sektorunu da inkişaf etdirib.

Bu gün ölkəmiz “yaşıl enerji”yə keçidi təmin etmək və onu xarici bazarlara çıxarmaq üçün meqalayihələr həyata keçirir. Azərbaycanın iştirakı olmadan regional layihələrin icrası artıq mümkün deyil.

Ölkəmiz beynəlxalq tədbirlərdə, mötəbər platformalarda ən hörmətli yerlərdən birini tutur. Dövlət başçısı isə ali tribunalarda Azərbaycanın mövqelərini qətiyyətlə müdafiə edir.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan gücləndi, torpaqlarını işğaldan azad etdi və regionun liderinə çevrildi.”

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see251

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see226

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see192

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see169

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see163

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see162

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri