“SpaceX” məlumat mərkəzlərini kosmosa daşıyır: 1 milyon peyk planı təsdiqləndi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Federal Rabitə Komissiyası (FRK) “SpaceX” şirkətinin kosmosda məlumat mərkəzləri yaratmaq üçün 1 milyona qədər peyk buraxmaq müraciətini təsdiqləyib. “Starmind” adlandırılan peyk şəbəkəsi süni intellekt sistemlərinin artan hesablama tələbatını qarşılamağa xidmət edəcək.
“Bakupost” xəbər verir ki, bu ABŞ tarixində kosmosda məlumat mərkəzləri şəbəkəsinin yaradılması üçün verilən ilk icazədir.
Layihə çərçivəsində böyük həcmdə məlumatı emal edə bilən hesablama modulları Yer orbitinə yerləşdiriləcək. Peyklər arasında məlumat mübadiləsi optik bağlantılar vasitəsilə həyata keçiriləcək.
FRK-nin rəhbəri Brendan Karr bildirib ki, layihə ABŞ-nin süni intellekt sahəsində liderliyini gücləndirəcək və hesablama infrastrukturu üçün yeni imkanlar yaradacaq.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Noyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















