Azərbaycan şahmatçıları Dünya Kubokuna vəsiqə qazandı
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Nicat Abasov əldə edib. Son turda heç-heçə oynayan təmsilçimiz 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran şahmatçımız Read Səmədov ilk “20-liy”ə daxil olub.
Reqlamentə əsasən Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıb. Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda iştirakını təsdiqləyib. Eyni zamanda ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.
Qitə çempionatında Read Səmədov ikinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə edib.
Qeyd edək ki, çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda qazanıb.
Baxış sayı:187
Bu xəbər 28 Aprel 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















