Icma.az
close
up
RU
Azərbaycan səfiri Keniyanın Baş naziri ilə görüşüb

Azərbaycan səfiri Keniyanın Baş naziri ilə görüşüb

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi arasında görüş keçirilib.

Səfirlikdən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub və cari ildə nəzərdə tutulan səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində potensialın istifadəsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Mudavadi Azərbaycana etdiyi səfərlər barədə ən xoş təəssüratlarını bölüşüb və iştirak etdiyi COP29-da Azərbaycanın liderliyi ilə qəbul edilən mühüm qərarların əhəmiyyətini dilə gətirib.

İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edən Baş nazir Azərbaycanın rəqəmsal həllər və ictimai xidmətdə əldə etdiyi innovativ nailiyyətlərinin tətbiqi, o cümlədən ASAN Xidmət ilə ölkəsinin “Huduma” vətəndaşlara xidmət təşkilatı arasında əməkdaşlığın qurulmasına Keniya tərəfinin maraqlı olduğunu bildirib. Həmçinin qeyd edib ki, sərmayələrin cəlb edilməsi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur və bu çərçivədə kiçik və orta sahibkarlıq subyektləri arasında işbirliyinin də gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Səfir məlumat verib ki, Azərbaycan 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcək. Vurğulayıb ki, WUF13 çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.

Baş nazir Azərbaycanın dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformaları arasında əlaqənin inkişafı üzrə fəaliyyətinə dəstək vermək üçün Keniyanın WUF13 çərçivəsində sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Keniyanın bir neçə təhsil və tibb müəssisələrinə bu yaxınlarda edilən humanitar yardımlar xatırlanıb. Baş nazir Mudavadi göstərilən humanitar yardımlara görə təşəkkür edərək, bunun tərəflər arasında səmimi dostluğun və əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Mart 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri