Azərbaycan səfirliyi peruluların övladlarına bayram hədiyyələri paylayıb FOTOLAR
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın Perudakı səfirliyinin əməkdaşları Peru – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen Xose Xeri ilə birgə paytaxt Limanın Villa el Salvador rayonunun Ollita Virgen ərazisindəki aztəminatlı ailələrin uşaqlarına bayram ərməğanları paylayıblar.
Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Latın Amerikası ölkəsindəki səfirliyin mətbuat xidməti bildirib.
“Azərbaycanın Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, konqresmen cənab Xose Xeri ilə birlikdə Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına Milad və Yeni İl münasibətilə hədiyyələr təqdim etdi”, – diplomatik missiyanın sosial şəbəkə hesabında yazılıb.
Qeyd edək ki, adıçəkilən rayon paytaxtın sosial və iqtisadi baxımdan çətinlik çəkən ərazilərindən biri hesab olunur.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Dekabr 2024 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















