Icma.az
close
up
RU
Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür

Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan sərhədlərarası ani ödənişlər sisteminin tətbiqinə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu qlobal transformasiyadan kənarda qalmaması üçün artıq mühüm addımlar atılır: "Ani Ödənişlər Sisteminin inkişafı, ISO 20022 standartlarına keçid və rəqəmsal ödəniş infrastrukturunun gücləndirilməsi ölkənin yeni maliyyə ekosistemində iştirakını təmin edən möhkəm baza formalaşdırır. Bu mənada Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədlərarası ödənişlərin təşkili istiqamətində aparılan müzakirələr xüsusi əhəmiyyət daşıyır. Hazırda müxtəlif inteqrasiya modelləri və əməkdaşlıq mexanizmləri nəzərdən keçirilir. Məqsəd vətəndaşlar və biznes subyektləri üçün daha sürətli, təhlükəsiz və səmərəli beynəlxalq ödəniş imkanları yaratmaqdır. Bu təşəbbüslər regional maliyyə inteqrasiyasının dərinləşməsinə, eyni zamanda, Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin daha da inkişafına mühüm töhfə verəcək".

O vurğulayıb ki, ani və rəqəmsal ödənişlərin inkişafı artıq yeni mərhələyə qədəm qoyur: "Bu istiqamətdə əsas strateji fokus sərhədlərarası ("cross-border") ödəniş əməliyyatlarının genişləndirilməsidir. Son illərdə qlobal ödəniş sənayesində ən mühüm tendensiyalardan biri sürətli ödəniş sistemlərinin sərhədlərarası inteqrasiyası olub. Bu istiqamət G20 ölkələrinin sərhədlərarası ödənişləri daha sürətli, daha ucuz, daha şəffaf və daha əlçatan etmək məqsədilə hazırladığı yol xəritəsinin əsas prioritetlərindən biri hesab edilir. İlkin mərhələdə ölkələr ikitərəfli əməkdaşlıq modelindən istifadə etməyə başlayıblar. Hazırda dünya daha geniş və miqyaslana bilən modelə keçid edir. "Bank for International Settlements"in irəli sürdüyü "Project Nexus" təşəbbüsü müxtəlif ölkələrin sürətli ödəniş sistemlərini vahid platforma üzərindən birləşdirməyi hədəfləyir. Bu çərçivədə Hindistan, Sinqapur, Malaziya, Tailand və Filipin artıq əməkdaşlığa başlayıb. Sistemin gələcəkdə milyonlarla istifadəçini əhatə edəcək qlobal ödəniş şəbəkəsinə çevriləcəyi gözlənilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 İyun 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri