Icma.az
close
up
RU
Azərbaycan ŞƏT tərəfdaşlığında YENİ DÖNƏM Bakının çoxvektorlu DİPLOMATİYASI

Azərbaycan ŞƏT tərəfdaşlığında YENİ DÖNƏM Bakının çoxvektorlu DİPLOMATİYASI

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Tiencin şəhərinə səfəri və burada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü iki ölkə münasibətlərində mühüm əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin dərinləşməsi baxımından da xüsusi əhəmiyyət kəsb etdi. 
Çin lideri Prezident  İlham Əliyevi “əziz dostum” sözləri ilə salamlayaraq, iki ölkə arasında əlaqələrin 30 ildən artıq müddətdə yüksələn xətlə inkişaf etdiyini vurğuladı.
Si Cinpin Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə strateji tranzit ölkə roluna diqqət çəkərək, Trans-Xəzər dəhlizinin xüsusilə Çin üçün əhəmiyyətini qeyd etdi. O, həmçinin Azərbaycanın ŞƏT çərçivəsində rolunu yüksək qiymətləndirərək, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini bəyan etdi.
 

Çin liderinin bu sözləri Azərbaycanın beynəlxalq müstəvidə gündən-günə güclənən mövqeyini, bütün istiqamətlərdə apardığı balanslı siyasəti bir daha nümayiş edirdi.  


Prezident İlham Əliyev “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirdi. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Qeyd edim ki, Şanxay Əməkdaşlıq Təşkilatı bu gün Avrasiyanın ən böyük siyasi-iqtisadi əməkdaşlıq platformalarından birinə çevrilib. ŞƏT-in əsas məqsədləri regional təhlükəsizliyin təmin olunması, terrorizm və ekstremizmə qarşı mübarizə, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafıdır.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir.
Lakin Tiencində səslənən bəyanatlar göstərir ki, ölkəmizin tam üzvlük perspektivi real siyasi gündəmə daxil olub. Azərbaycanın mövqeyi aydındır: Bakı təşkilata üzvlüyü regional əməkdaşlıq üçün yeni imkan kimi görür, lakin bu prosesi balanslı xarici siyasət çərçivəsində həyata keçirməyi hədəfləyir. Azərbaycan çoxvektorlu diplomatiya aparır və bu, ölkənin milli maraqlarına xidmət edən əsas strategiyadır.
Azərbaycanın ŞƏT-ə mümkün tam üzvlüyü ölkəmizə bir neçə mühüm üstünlük qazandıra bilər. İlk növbədə, təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq, regional sabitliyin möhkəmləndirilməsi və sərhədlərarası təhlükələrin qarşısının alınması imkanları genişlənəcək.
 

İkinci olaraq, ŞƏT-in nəqliyyat və logistika layihələrində Azərbaycanın mərkəzi mövqeyi – xüsusilə Trans-Xəzər dəhlizi və Bakı-Tiflis-Qars xətti – ölkəmizi Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirməsidir. Nəhayət, iqtisadi əməkdaşlığın yeni istiqamətləri, xüsusilə rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində inteqrasiya, Azərbaycanın davamlı inkişaf strategiyasına töhfə verəcək.


Tiencində keçirilən görüş və səfər nəticəsində əldə edilən razılaşmalar göstərdi ki, Azərbaycan-Çin münasibətləri artıq ən yüksək strateji mərhələyə qədəm qoyub. ŞƏT çərçivəsində perspektivlərin genişlənməsi isə Azərbaycanın Avrasiyanın siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında daha mühüm rol oynamaq yolunda olduğunu nümayiş etdirir.
Ülviyyə Zülfiqar - siyasi şərhçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Sentyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri