Icma.az
close
up
RU
Azərbaycan Sıfır Tullantı Forumunda təmsil olunur Fotolar

Azərbaycan Sıfır Tullantı Forumunda təmsil olunur Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İstanbulda Sıfır Tullantı Forumu 2026 keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğan tərəfindən təsis edilən Sıfır Tullantı Fondunun (Sıfır Atık Vakfı) təşkilatçılığı ilə “Antalyaya doğru: iqlim fəaliyyəti kimi sıfır tullantı” mövzusunda keçirilən forum Antalyada baş tutacaq COP31-ə gedən yolda sıfır tullantı yanaşmasının praktiki iqlim fəaliyyəti kimi təşviqi istiqamətində yüksək səviyyəli bir platformadır.

Forum 183 ölkədən dövlət nümayəndələrini, nazirləri, BMT də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatları, biznes dairələrini, elmi ictimaiyyəti, maliyyə institutlarını, vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirib. Azərbaycandan forumda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Forum çərçivəsində Türkiyənin Sıfır Tullantı Fondunun təşkil etdiyi pavilyonla yanaşı, Azərbaycan da milli pavilyonla təmsil olunur. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, memarlıq abidələri və multikultural dəyərlərini əks etdirən materiallar nümayiş etdirilir.  Bununla yanaşı,  ölkəmizin ətraf mühitin mühafizəsinə yönəlik siyasəti, Heydər Əliyev Fondunun ətraf mühitin mühafizəsi və parkların salınması istiqamətində, eləcə də sağlam həyat tərzini təşviq edən layihələri, işğaldan azad olunan Qarabağ zonasında həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlar təqdim olunur.

Xatırladaq ki, Bakıda keçirilən COP29 çərçivəsində də Heydər Əliyev Fondu və Sıfır Tullantı Fondu birgə pavilyonla təmsil olunurdu. 2024-cü ildə imzalanan anlaşma memorandumu çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə yaradılan Sıfır Tullantı Fondu cəmiyyətin müxtəlif sahələrinə töhfə verərkən davamlı həllər yaratmağı, eyni zamanda ətraf mühitin mühafizəsi, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində əməkdaşlığı hədəfləyib.

Sıfır Tullantı Forumu 2026 çərçivəsində əsas iqlim gündəliyi kimi sıfır tullantı yanaşmasına xüsusi diqqət yetirilir. Müzakirələr zamanı tullantıların qarşısının alınması, dairəvi iqtisadiyyat təcrübələri, qida tullantılarının azaldılması, metan emissiyalarının azaldılması üzrə tədbirlər, şəhər səviyyəsində icra imkanları nəzərə alınmaqla qısa müddətdə ölçülə bilən praktiki nəticələr diqqət mərkəzindədir. Tədbir sıfır tullantı sahəsində əməkdaşlığın gücləndirilməsinə, tərəfdaşlıqların genişləndirilməsinə və praktiki icra mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Forum 2026-cı ildə Türkiyənin Antalya şəhərində ev sahibliyi edəcəyi COP31 qlobal iqlim konfransı ərəfəsində icraya hazırlığın təmin olunması və maraqlı tərəflərin iştirakının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İyunun 7-dək davam edəcək forumda sənaye və texnologiya, kənd təsərrüfatı və meşəçilik, eləcə də enerji və təbii sərvətlər sahələrinə həsr olunmuş yüksək səviyyəli sessiyaların keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, forum çərçivəsində qida tullantılarının yüksək təsirli və qısa müddətdə nəticə verə bilən iqlim imkanı kimi aradan qaldırılmasının aktuallığını nəzərə alaraq bir tematik gün “Qida tullantıları və metan” mövzusuna həsr ediləcək.

Forum çərçivəsində bir sıra əhəmiyyətli sənədlərin və təşəbbüslərin hazırlanması gözlənilir.











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyun 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri