Icma.az
close
up
RU
Azərbaycan Slovakiya münasibətlərinin müasir mərhələsi: Strateji tərəfdaşlıq və etibarlı dostluq nümunəsi

Azərbaycan Slovakiya münasibətlərinin müasir mərhələsi: Strateji tərəfdaşlıq və etibarlı dostluq nümunəsi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulsa da, Azərbaycan və Slovakiya arasında təmaslar hələ sovet dövründən mövcud olub. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən hər iki dövlət arasında əməkdaşlıq xüsusilə son illərdə davamlı inkişaf meyli göstərir. Slovakiya, Azərbaycanın Avropa İttifaqına üzv olan və ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu doqquz ölkədən biridir. Bu gün Azərbaycan–Slovakiya əlaqələrinin yüksək səviyyəyə çatmasında hər iki ölkənin liderlərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan müasir diplomatik xəttinin xüsusi rolu vardır. Dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Səfər bir tərəfdən Azərbaycan–Slovakiya münasibətlərinin möhkəmləndirilməsi, digər tərəfdən isə Azərbaycan–Aİ xəttində əməkdaşlığın yeni məzmun alması baxımından diqqətəlayiqdir. Slovakiya ilə siyasi dialoqun genişləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, enerji, nəqliyyat, yaşıl texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi səfərin əsas hədəfləri kimi çıxış edir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata səsləndirdiyi bəyanatlar iki ölkə arasında əlaqələrin strateji mahiyyətini və onların regional, eləcə də qlobal müstəvidə artan əhəmiyyətini bir daha təsdiqlədi. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ilə Slovakiya münasibətləri dostluq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmiş, bütün istiqamətlər üzrə sistemli, praktiki və dinamik qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmışdır. Hazırda birgə iqtisadi işçi qrupunun fəaliyyəti genişləndirilir, müxtəlif sahələr üzrə müvafiq ekspert komandaları konkret layihələrin icrası istiqamətində ardıcıl şəkildə çalışırlar. Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri və aparılan müzakirələr ölkəmizin daha bir Avropa dövləti ilə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Bu səfər siyasi dialoqun güclənməsinə, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. “Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən ilin may ayında Bakıda Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bəyannamə Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini müəyyən edir. Ölkələr arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlıq müzakirələrin əsas istiqamətlərindən biri olub. Slovakiyanın mövcud texnoloji potensialının Azərbaycanın maliyyə və istehsal imkanları ilə birləşdirilməsi nəticəsində yeni müdafiə təyinatlı məhsulların istehsalı və onların dünya bazarlarına çıxarılması üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq həm texnoloji inkişafın sürətlənməsi, həm də müdafiə sənayesində innovativ həllərin tətbiqi baxımından ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Hər iki dövlət başçısı bu sahədə müvafiq layihələrin reallaşdırılmasını dəstəkləyərək qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair siyasi iradə nümayiş etdiriblər. Eyni zamanda, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qatılması dostluq və tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Hazırda Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra olunması bu əməkdaşlığın konkret təzahürüdür. Sözügedən layihə həm rəmzi əhəmiyyət daşıyır, həm də Azərbaycan–Slovakiya əlaqələrinin dinamik və yüksələn xətlə inkişaf etdiyini göstərir. 2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Azərbaycan və Slovakiya arasında münasibətlərin bu gün əldə etdiyi yüksək səviyyə təsadüfi deyil. İki ölkə arasında siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi və humanitar sahədə təmasların artması, ilk növbədə hər iki dövlətin diplomatik nümayəndələrinin ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Səfirliklər və diplomatik missiyalar qarşılıqlı əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli səfərlərin təşkili, tərəfdaşlıq gündəminin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıblar. Diplomatik nümayəndələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində aparılan danışıqlarda əlaqələndirici funksiyanı yerinə yetirərək strateji tərəfdaşlığın formalaşmasına ciddi töhfə veriblər. Xüsusilə son illərdə artan qarşılıqlı səfərlər və imzalanan sənədlər Azərbaycan–Slovakiya münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir. Bu dinamikanın arxasında isə peşəkar diplomatiya, çevik koordinasiya və qarşılıqlı etimada əsaslanan iş prinsipi dayanır. Bu fəaliyyət gələcək illərdə də Azərbaycan–Slovakiya münasibətlərinin daha da inkişafına möhkəm təməl yaradır.Slovakiyaya rəsmi səfər Azərbaycan diplomatiyasının əsas strateji istiqamətlərində möhkəm dayanığını nümayiş etdirir. Bu səfər bir daha Azərbaycanın Avropa məkanında nüfuzunun artdığını, Bakının çoxtərəfli əməkdaşlıq xəttinin uğurla davam etdiyini, Enerji və nəqliyyat sahələrində Azərbaycanın əvəzsiz tərəfdaş statusunun daha da gücləndiyini,Aİ ölkələri ilə münasibətlərin yeni məzmun qazandığını bariz nümünəsidir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, həm də Azərbaycan–Avropa əməkdaşlığının strateji çərçivəsinin genişlənməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu səfər Azərbaycanın qlobal diplomatiyada artan rolunun, müstəqil siyasətinin və beynəlxalq nüfuzunun növbəti təcəssümü kimi dəyərləndirilir.                          

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri