Icma.az
close
up
RU
Azərbaycan Somali münasibətlərində YENİ ERA: “Bu səfər ölkəmizin beynəlxalq nüfuzunu gücləndirə bilər”

Azərbaycan Somali münasibətlərində YENİ ERA: “Bu səfər ölkəmizin beynəlxalq nüfuzunu gücləndirə bilər”

Icma.az bildirir, Yenicag portalına istinadən.

“Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çox əhəmiyyətlidir”.   

Bunu Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının təsisçisi Rəna Qəfərova bildirib. O qeyd edib ki, görüş Azərbaycan və Afrika ölkələri, xüsusən də Somali ilə diplomatik, siyasi və iqtisadi münasibətlərin inkişafı baxımından mühüm addımdır: “Bu səfər hər iki ölkəyə böyük faydalar gətirəcək.  Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivlərinin genişlənməsi strateji əhəmiyyət daşıyır”.

Təşkilat rəhbəri Azərbaycan Prezidentinin mətbuata bəyanatına istinad edərək vurğulayıb ki, imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığa olan siyasi iradəni göstərir və bu razılaşmalar münasibətləri daha yüksək səviyyəyə qaldıracaq:

“Bu bəyanat Azərbaycan-Somali əlaqələrinin təkcə rəsmi sənədlərlə məhdud qalmayacağını, onların real layihələr və əməkdaşlıq formatları ilə gücləndiriləcəyini vurğulayır. Ümumiyyətlə, Prezident İlham Əliyevin xarici siyasəti ölkələrarası strateji tərəfdaşlığı möhkəmləndirmək və qarşılıqlı əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq məqsədi daşıyır. Onun rəhbərliyi ilə Azərbaycan qlobal arenada nüfuzunu artırır və dost ölkələrlə əlaqələri gücləndirir. Dövlət başçısının praqmatik xarici siyasəti Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirir.

Azərbaycanın müstəqillik dövründə qazandığı təcrübə və iqtisadi inkişaf modeli Somali üçün maraqlı ola bilər. Bakı və Moqadişo arasında siyasi dialoqun güclənməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılmasına da töhfə verə bilər. Geosiyasi müstəvidə bu səfər ölkəmizin beynəlxalq nüfuzunu gücləndirə bilər. Azərbaycan qlobal siyasətdə yeni bazarlara və əməkdaşlıqlara açıq olan bir ölkə kimi öz mövqeyini daha da möhkəmləndirə bilər”.

Görüşün iqtisadi tərəfinə toxunan R.Qəfərova Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika və humanitar sahələrdə yeni imkanların yarana biləcəyini deyib.

Sonda, Afrika-Azərbaycan Ticarət Əlaqələri rəhbəri olaraq, R.Qəfərova bu il Afrika ölkələrinə səfərlərin planlaşdırıldığını qeyd edib.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 17 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri