Icma.az
close
up
RU
Azərbaycan Somali tərəfdaşlığı: Yeni geosiyasi perspektivlər

Azərbaycan Somali tərəfdaşlığı: Yeni geosiyasi perspektivlər

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əkbər QOŞALI

Fevralın 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə görüşü, iki ölkə arasında işbirliyinin strateji xarakter aldığını göstərir. Prezident İlham Əliyevin bəyanatında vurğulanan məqamlar yalnız ikitərəfli bağlara deyil, həm də bölgəsəl və qlobal siyasətə təsir edə biləcək faktorlara işıq salır.

Azərbaycan və Somali fərqli qitələrdə yerləşsə də, hər iki dövlətin beynəlxalq arenada oxşar geosiyasi çağırışlarla üzləşdiyi diqqətdən qaçmır. Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etməsi, Somali üçün vacib bir örnək sayıla bilər.
Bu kontekstdə ölkələr arasında qarşılıqlı dəstəyin ifadə olunması, özəlliklə BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində işbirliyi perspektivlərini möhkəmləndirir.

Azərbaycanın bu tərəfdaşlıqda əsas üstünlüklərindən biri iqtisadi və hərbi sahədəki təcrübəsidir. 90-cı illərdə iç siyasi və iqtisadi böhran yaşayan Azərbaycan, bu gün Güney Qafqazın ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilib. Ölkəmizin əldə etdiyi bu uğur modeli, uzun müddət iç sabitlik problemləri ilə üzləşən Somali üçün maraqlı və önəmli bir təcrübə rolunu oynayır.

Azərbaycanın Somali ilə iqtisadi işbirliyini genişləndirmək niyyəti strateji xarakter daşıyır.
Yatırım sahələrinin infrastruktur, liman qurğuları və kənd təsərrüfatı kimi əsas sahələri əhatə etməsi, qarşılıqlı iqtisadi inteqrasiyanın səmərəli olacağını göstərir. Liman qurğuları sahəsində işbirliyi, Azərbaycanın daşımaçılıq-logistika imkanlarını genişləndirmək və qlobal ticarət yollarında yeni mövqelər qazanmaq baxımından önəmlidir.

Digər tərəfdən, aqrar sektorda tərəfdaşlıq, Azərbaycanın özünü təmin edən kənd təsərrüfatı modeli ilə Somalinin potensialını birləşdirməyə imkan verir. Azərbaycanın aqrar sahədə tətbiq etdiyi çağdaş texnologiyalar və suvarma sistemləri Somali üçün vacib təcrübə ola bilər.

Azərbaycanın müdafiə sənayesi sahəsində Somali ilə işbirliyi qurması, təhlükəsizlik və sabitlik baxımından önəm daşıyır.
Azərbaycanın hərbi texnologiyaları və hərbi təlim sahəsindəki təcrübəsi, Somalinin terrorçuluq və silahlı qruplaşmalara qarşı mübarizəsində önəmli rol oynaya bilər. İkinci Qarabağ müharibəsində sübut olunmuş çağdaş döyüş strategiyaları, Somalinin hərbi doktrinasının gücləndirilməsinə böyük töhfə verə bilər.

Bundan başqa, müdafiə avadanlıqlarının ürətimi və göndərilməsi məsələsi də işbirliyi gündəliyində önəmli yer tutur. Bu, Azərbaycanın hərbi sənayesinin satış potensialını genişləndirəcək, Somaliyə isə təhlükəsizlik sistemini gücləndirmək imkanı yaradacaq.

Azərbaycanın Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Somalidən tələbələrin təhsil alması, uzunmüddətli işbirliyinin əsasını qoyan önəmli addımlardan biridir. Bu, gələcəkdə Somalinin dövlət yönətimi, iqtisadi və sosial inkişaf sahələrində ixtisaslı kadrlarının yetişdirilməsinə töhfə verəcək. Təhsilə qoyulan yatırım, ölkələrarası bağların dərinləşməsində ən sabit və uzunmüddətli faktorlardan biridir.

Mədəni işbirliyi isə xalqlar arasında anlaşmanı gücləndirən vacib elementdir. Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələr, Somalinin mədəni irsi ilə inteqrasiyada önəmli rol oynaya bilər. Bu sahədə, habelə qarşılıqlı turist axını ilə bağlı layihələrin yürülüyə girməsi, Azərbaycan və Somali arasında humanitar diplomatiyanı daha da gücləndirəcəkdir.

Azərbaycan-Somali bağları təkcə ikitərəfli işbirliyi ilə sınırlanmır. Bu tərəfdaşlıq, Afrika və Güney Qafqaz arasındakı bağların yeni mərhələyə qədəm qoyduğunu göstərir. Rəsmi Bakı və Moqadişu arasında qurulan işbirliyi xətti, gələcəkdə Azərbaycanın Afrika qitəsi ilə bağlarını genişləndirmək üçün yeni imkanlar açır.

Strateji baxımdan, bu işbirliyi Azərbaycanın qlobal diplomatiya vektorunun genişlənməsinə xidmət edir. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində uğurlu model kimi Somaliyə örnək göstərir və bununla da beynəlxalq miqyasda nüfuzunu artırır.

Bu yeni siyasi konfiqurasiya, həm Azərbaycanın bölgəsəl güc kimi mövqeyini gücləndirir, həm də Somalinin inkişaf və təhlükəsizlik sahəsində yeni bir mərhələyə qədəm qoymasına imkan yaradır.

Haşiyə:
Somali ilə bağlı yığcam bilgiləri bölüşək.
-Rəsmi adı: Somali Federativ Respublikası;
-Paytaxtı: Moqadişu;
-Əhalisi: Təqribən 17-18 milyon nəfər;
-Rəsmi dilləri: Somali və ərəb dili;
-Dini: Əhalinin böyük çoxluğu müsəlmandır;

-Doğu Afrikada, Hind okeanının qıyısında yerləşir, Efiopiya, Cibuti və Keniya ilə həmsərhəddir;

-1960-cı ildə İtaliya və Böyük Britaniya müstəmləkəçiliyindən qurtularaq, müstəqillik qazanıb
(Britaniya Somalisi 26.06.1960-cı ildə, İtaliya Somalisi isə 01.07.1960-cı ildə müstəqillik əldə edib və sonra birləşərək Somali Respublikası yaradıblar);
-1991-ci ildən etibarən siyasi qeyri-sabitlik, vətəndaş müharibəsi və terrorçuluqla mübarizə davam edir;

-İqtisadiyyat əsasən aqrar sahəyə əsaslanır;
-Ölkənin dışarıya göndərdiyi əsas məhsullar dəvə, qoyun, keçi və balıqdır.
-Neft-qaz ehtiyatları olsa da, hələ tam işlənməyib;
-Dışarıda yaşayan somalilərin göndərdiyi pul köçürmələri iqtisadiyyatları üçün vacib qaynaqlardan sayılır.

-Afrika Birliyi, İslam Əməkdaşlığı Təşkilatı və BMT-nin üzvüdür;
-Dəniz quldurluğu və terrorçuluqla mübarizə beynəlxalq gündəmdə əsas məsələlərdəndir;
- Somali, həm geosiyasi mövqeyi, həm də təhlükəsizlik problemləri baxımından beynəlxalq diqqət mərkəzində olan bir ölkədir.

***
“Qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan, hörmətli qardaşım və dostum Prezident İlham Əliyevlə səmərəli müzakirələr aparmaqdan böyük şərəf və qürur hissi duyuram. Səmimi qəbula və qonaqpərvərliyə görə Zati-alinizə minnətdarlığımı bildirirəm. Mənim və nümayəndə heyətimin fikrincə, bugünkü görüşümüz çox məhsuldar keçib və bu, Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı deməkdir”. - Bu sözlər Prezident Hasan Şeyx Mahmudun bəyanatından götürülüb.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri