Icma.az
close
up
RU
Azərbaycan sülh və əməkdaşlıq gündəliyinə sadiqdir ŞƏRH

Azərbaycan sülh və əməkdaşlıq gündəliyinə sadiqdir ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın paytaxtı İrəvanda 2026-cı il mayın 4-də keçirilən çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videobağlantı formatında çıxış edərək regionda formalaşan yeni siyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Avropa institutlarının yanaşmaları və Azərbaycanın sülh siyasəti ilə bağlı mühüm mesajlar səsləndirdi. Dövlət başçısının çıxışı həm regional təhlükəsizlik və sabitlik baxımından, həm də Azərbaycan-Avropa münasibətləri kontekstində mühüm siyasi əhəmiyyət daşıyırdı.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan postmünaqişə dövründə regionda dayanıqlı sülhün təmin olunması üçün ardıcıl və prinsipial siyasət həyata keçirir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olub və bu gün də regionun gələcəyini əməkdaşlıq, qarşılıqlı hörmət və təhlükəsizlik müstəvisində görür.

Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Ermənistanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləməsi ilə bağlı oldu. Dövlət başçısı bunu regionda etimad mühitinin yaranmasının mühüm göstəricisi kimi qiymətləndirdi. Bu addım təkcə diplomatik jest deyil, həm də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində yeni mərhələnin formalaşdığını nümayiş etdirən siyasi hadisə kimi dəyərləndirilir. Uzun illər davam etmiş münaqişədən sonra Ermənistanın Azərbaycanın beynəlxalq tədbirə ev sahibliyini dəstəkləməsi regionda yeni siyasi münasibətlər sisteminin yaranmağa başladığını göstərir.

Prezident cənab İlham Əliyev qeyd etdi ki, tərəflər artıq qarşıdurma mərhələsini geridə qoyaraq əməkdaşlıq və kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atırlar. Dövlət başçısının sözlərinə görə, əldə olunan sülh nəticəsində Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 28 min ton yük daşınıb. Bu fakt regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasının real nəticələr verdiyini göstərir. Azərbaycanın təqdim etdiyi tranzit imkanları yalnız iqtisadi fayda deyil, eyni zamanda region dövlətləri arasında qarşılıqlı asılılığın və etimadın möhkəmlənməsinə xidmət edir.

Cənab Prezident vurğuladı ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimi regionun logistika və enerji təhlükəsizliyində strateji rol oynayır. Ermənistanın da bu proseslərə qoşulması Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm imkan yaradır. Dövlət başçısı bildirdi ki, Azərbaycan regionda kommunikasiyaların açılmasını revanşizm və siyasi manipulyasiya prizmasından deyil, iqtisadi inkişaf və qarşılıqlı fayda baxımından qiymətləndirir.

Çıxış zamanı Prezident cənab İlham Əliyev bəzi Avropa institutlarının Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmasını da tənqid etdi. Dövlət başçısı qeyd etdi ki, təəssüf ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası regionda sülh prosesinə töhfə vermək əvəzinə, qərəzli və selektiv yanaşmalar nümayiş etdirirlər. Prezidentin sözlərinə görə, bu qurumlarda Azərbaycana qarşı formalaşdırılan birtərəfli münasibət sülh prosesinə xidmət etmir və regionda etimad mühitinin zəifləməsinə səbəb olur.

Prezident cənab İlham Əliyev xüsusi vurğuladı ki, Avropa Parlamenti bu gün Avropa cəmiyyətini narahat edən ciddi problemlərlə məşğul olmaq əvəzinə, Azərbaycana qarşı əsassız ittihamlar və qarayaxma kampaniyaları aparır. Dövlət başçısı qeyd etdi ki, Avropada ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya böhranı, sosial bərabərsizlik, iqtisadi tənəzzül, rəqabət qabiliyyətinin zəifləməsi və evsiz insanların sayının artması kimi ciddi problemlər mövcuddur. Bununla yanaşı, bəzi Avropa siyasi dairələri bu problemlərin həlli istiqamətində real fəaliyyət göstərmək əvəzinə, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyan əsassız qətnamələr və bəyanatlar qəbul etməyə üstünlük verirlər.

Dövlət başçısı bəyan etdi ki, Azərbaycan heç vaxt ikili standartlar siyasətini qəbul etməyib və bundan sonra da milli maraqlarını qətiyyətlə müdafiə edəcək. Prezident vurğuladı ki, Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır və ölkə artıq regionun siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və bu reallıq beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul edilir.

Prezident cənab İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün konstruktiv dialoqa açıqdır və Ermənistanla münasibətlərin tam normallaşması istiqamətində səylərini davam etdirəcək. Dövlət başçısının sözlərinə görə, sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda yeni inkişaf mərhələsinin əsasını qoya bilər. Bunun üçün isə revanşist yanaşmalardan, xarici təsir cəhdlərindən və regiona geosiyasi rəqabət meydanı kimi baxmaqdan imtina edilməlidir.

Cənab Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, sülh prosesinə mane olmaq istəyən qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz sülh gündəliyinə sadiqdir. Dövlət başçısı bildirdi ki, Azərbaycan bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirir və gələcək münasibətlərin qarşıdurma üzərində deyil, əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulmasını istəyir.

Prezident cənab İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışı Azərbaycanın beynəlxalq platformalarda artan rolunu, regional liderlik mövqeyini və sülh təşəbbüslərinin ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirdi. Çıxış həmçinin göstərdi ki, Azərbaycan postmünaqişə dövründə yalnız öz milli maraqlarını deyil, bütövlükdə regionun təhlükəsizlik və inkişaf perspektivlərini nəzərə alan siyasət həyata keçirir. Azərbaycanın təqdim etdiyi əməkdaşlıq modeli Cənubi Qafqazın gələcəyinin qarşıdurma deyil, dialoq, iqtisadi inteqrasiya və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmasına xidmət edir.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri