Icma.az
close
up
RU
Azərbaycan Suriya İsrail münasibətlərinin normallaşdırılmasına öz töhfəsini verə bilər Deputat

Azərbaycan Suriya İsrail münasibətlərinin normallaşdırılmasına öz töhfəsini verə bilər Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan-Suriya münasibətlərində 12 ilə qədər bir dövrdə yaşanan gərginlikdən sonra yeni dövr başlanır".

Bu fikirləri iyulun 12-də Prezident İlham Əliyevin Bakıda səfərdə olan Suriya Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirdi. Onun sözlərinə görə, Bəşər Əsəd hakimiyyətinin işğalçı Ermənistana dəstək verməsi nəticəsində Azərbaycanın Suriya ilə münasibətləri demək olar ki, tarixin minimum səviyyəsinə düşmüşdü:

"Amma keçən il Suriyada rejimin dəyişilməsi və keçid hökumətinin formalaşması ölkələrimiz arasında münasibətlərin yeni səhifədən başlanmasına imkan açıb. İlin əvvəlində Türkiyə Prezidentinin dəvəti ilə Prezident İlham Əliyevin IV Antalya Forumunda iştirakı çərçivəsində Suriyanın keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olmuşdu və bu görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparılmışdı. Azərbaycan Suriya ilə münasibətlərini Türkiyə ilə sinxronlaşdırılmış şəkildə davam etdirir. Belə ki, Türkiyədən sonra Azərbaycan Suriyaya humanitar yardım göndərən ikinci ölkə olub".

Millət vəkili qeyd etdi ki, Əhməd Əl Şaraanın səfəri çərçivəsində dövlət başçıları ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıb.

"SOCAR-la Suriyanın keçid hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair saziş imzalandı. Azərbaycanın Suriyaya ildə 1 milyard kubmetr qaz ixrac etməyi planlaşdırılır. O cümlədən Suriyanın neft sənayesinin və qaz paylayıcı şəbəkəsinin yenidən qurulmasında iştirak edəcəkdir. Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasında böyük təcrübə qazanmışdır. Bu baxımdan Suriyanın yenidən qurulması və bərpasına Azərbaycan töhfə verə bilər. Görüş zamanı təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olundu. Azərbaycan Suriyada mədəniyyət abidələrinin bərpasında və suriyalı tələbələrin Azərbaycanda təhsil almasında iştirak edə bilər. Azərbaycan həm də Suriya–İsrail münasibətlərinin normallaşdırılması prosesində iştirak edərək öz töhfəsini verə bilər. Ümumiyyətlə, ölkələrimiz arasında əməkdaşlıq imkanları çox genişdir. Hesab edirəm ki, Suriyada yaradılmış keçid dövrü hökuməti ilə Azərbaycan arasında bu potensialdan çox düzgün və səmərəli istifadə olunacaqdır", - deyə A.Badamov bildirdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri