İsrail HƏMAS ı yeni hərbi əməliyyatla hədələdi
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı könüllü şəkildə silahı yerə qoymayacağı təqdirdə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata başlayacaqları ilə hədələyib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Katz həmçinin anklavın bir milyon sakininin cənuba köçürülə biləcəyini bildirib:
"Ya HƏMAS könüllü olaraq tərksilah ediləcək və Qəzza zolağı ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq silahsızlaşdırılacaq, ya da İsrail Müdafiə Qüvvələri “Gideonun arabası 2” əməliyyatına başlayaraq bunu həyata keçirəcək. Bu, bir milyon qəzzalının cənuba köçürülməsini və ərazinin Rəfah və Beyt Hanun modelinə uyğun olaraq təmizlənməsini əhatə edəcək”, - deyə Katz bildirib.
O əlavə edib ki, İsrail Qəzza sakinlərinin anklavı könüllü şəkildə tərk etməsini təşkil etmək üçün lazımi infrastruktura malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Noyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















