Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Video
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.
Ölkə.az xəbər verir ki, layihə çərçivəsində növbəti material Urud kəndi haqqındadır.
Kənd bir neçə əsr ərzində Urud adını daşıyıb. 1968-ci ilin iyulunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Vorotan, 2017-ci ilin iyununda isə Vorotnavan qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Sünik vilayətinin tərkibindədir.
Kənd haqqında qeydlərə XVI əsr Osmanlı mənbələrində rast gəlinir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Qarabağ xanlığının tərkibində olub.
XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1831-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 11 nəfər yaşayıb.
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 222 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 211 nəfər yaşayıb.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqazın, xüsusən Zaqafqaziya dəmir yolları şəbəkəsinin genişlənməsi, ticarətin inkişafı və sənayenin artımı ilə şərtlənən iqtisadi inkişafı regionun bir çox yaşayış məntəqələrində əhalinin sayının artmasına təkan verib. Urud kəndi əhalisinin 1897-ci ilə olan artımı da müəyyən qədər bu proseslərlə bağlı ola bilərdi.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 359 nəfər yaşayıb.
Yelizavetpol quberniyası haqqında məlumat toplusu:
1900-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 360 nəfər yaşayıb.
Yelizavetpol quberniyasının 1910-cu ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 390 nəfər yaşayıb.
1915-ci ilə olan Qafqaz təqvimi:
1914-cü ildə kənddə 409 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə müstəqil erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Yelizavetpol quberniyasında, əsasən, Zəngəzurda türk əhaliyə qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, eləcə də digər bölgələrdə, xüsusən də Qarabağ və Naxçıvanda həyata keçirilib.
Arxiv sənədlərinə əsasən, artıq 1917-ci ildə Urud kəndi erməni döyüşçülər tərəfindən dağıdılıb. 1918-ci ilin sentyabrında erməni silahlı dəstələri Andranik Ozanyanın əmri ilə Urud kəndinə hücum edib, sakinləri öz evlərini tərk etməyə məcbur ediblər.
Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk sakinlərinin sayını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarındakı sayı ilə müqayisə etdikdə görünür.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 173 nəfər yaşayıb.
29 noyabr 1920-ci ildə Daşnaksütyun hökumətinin hələ də İrəvanda hakimiyyətdə qalmasına baxmayaraq, Sovet Ermənistanı elan edilib. Növbəti gün Sovet Azərbaycanının rəhbərliyi Zəngəzuru Sovet Ermənistanına vermək qərarını qəbul edib. Nəticədə keçmiş Zəngəzur qəzası bölünüb: 1921-ci ilin yayında etnik təmizləmədən sonra, əsasən, erməni əhalisinin qaldığı qərb hissəsi Ermənistan SSR-in tərkibinə daxil olub, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb.
Sovet dövründə kənd Sisian rayonunun tərkibində olub.
Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya, əsasən, azərbaycanlılar yaşayıblar.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 263 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 340 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 623 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 609 nəfər yaşayıb.
1979-cu ildə kənddə 663 nəfər yaşayıb.
1989-cu ildə kənddə 162 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisinə ermənilər yerləşdiriliblər.
Sovet dövründə Urud kəndinin ərazisində sandıqşəkilli və zoomorf məzar daşları aşkar edilib. Dərc edilmiş tədqiqatlara əsasən, qəbir daşlarında XV-XVII əsrlərə aid ərəb və türk dillərində yazılar olub. Sovet erməni və azərbaycanlı mənbələrinə görə, həmin dövrün bəzi abidələrində taun xəstəliyindən ölüm qeydlərinə rast gəlinir.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 36 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Urud kəndi ilə bağlı 67 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 26 Noyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















