Icma.az
close
up
RU
Azərbaycan tarixində ilk dəfə: Bələdiyyələrin öz emblemi olacaq EKSKLÜZİV

Azərbaycan tarixində ilk dəfə: Bələdiyyələrin öz emblemi olacaq EKSKLÜZİV

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan tarixində ilk dəfə olaraq bələdiyyələr öz peşəkar emblemlərini möhürlərdə, banklarda və internet resurslarında istifadə üçün protokol qərarları ilə təsdiq etməyə başlayıb.

"Cebheinfo.az"-ın əldə etdiyi məlumata görə, artıq bəzi bələdiyyələr üçün xüsusi emblemlər hazırlanıb və onların istifadəsi qaydaları müəyyən edilib. Yeni emblemlər bölgələrin tarixi, mədəni irsi və spesifik xüsusiyyətləri nəzərə alınmaqla dizayn olunub.

"Cebheinfo.az"-a açıqlamasında Füzuli rayonunun Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev bildirib ki, Horadiz bələdiyyəsi artıq rəsmi loqosunu təsdiqləyib. Onun sözlərinə görə, Horadiz bələdiyyəsi Avropa Komissiyası tərəfindən Merlər Razılaşmasına qoşulub və proses çərçivəsində bələdiyyənin loqosu da rəsmi şəkildə təsdiqlənib:

“Bələdiyyələr Avropa Komissiyası tərəfindən Merlər Razılaşmasına qoşulur. Biz də artıq loqomuzu təsdiq etdik və Merlər Razılaşmasına məhz bu loqo ilə birlikdə qoşula bildik. Loqonun ümumi konsepsiyası Vətən müharibəsindən sonra Qarabağın keçdiyi yolu göstərir, qaranlıqdan işığa çıxış, yenidən doğulma, sülh və inkişaf yolu ilə irəliləmə mesajını verir. Emblemdə istifadə olunan qara fon 30 illik işğal dövründə çəkilən əziyyətlərə, eyni zamanda Qarabağın zəngin torpaqlarına işarə edir".

Sədr qeyd edib ki, emblem Şərq qalxanı üzərində təsvir edilib və bu, ərazinin Şərq-türk mədəniyyətinə mənsubluğunu göstərir:

"Mavi hilal azadlıq və gələcəyə ümidi, qızıl yazılar dövlət qayğısını, qara fon isə keçmiş əziyyəti, eyni zamanda, "Qarabağ" sözünü simvolizə edir. Emblem həm tarixi yaddaşı, həm də gələcəyə inamı özündə birləşdirən müasir və mənalı bir kompozisiyadır. Emblemimiz Şərq qalxanı üzərində təsvir edilib. Mavi qrafik element Azərbaycanın qədim heraldik ənənəsində də geniş istifadə olunan klassik türk tayfalarının “ox yayı" simvoludur. Yay çəkilməmiş vəziyyətdə təsvir olunduğuna görə bu yay boş vəziyyətdədir və sülh dövrünü ifadə edir.

Eyni zamanda, hilalın klassik bayraq ayparasından fərqli olaraq üfüqi qoyulması sülh, sabitlik və davamlı inkişaf mesajı verir. Horadiz bələdiyyəsinin yeni emblemi Qarabağın keçmişini, bu gününü və gələcəyini özündə əks etdirir, müasir və dərin məna daşıyan bir simvol kimi təqdim olunur. Eyni zamanda, bu fon qızılı yazıları və mavi hilalı daha qabarıq göstərməklə, “qaranlıqdan sonra işıq” mənasını verir". 

Füzuli rayonunun Böyük Bəhmənli bələdiyyəsinin sədri Şəhriyar Mehdiyev bildirib ki, bələdiyyənin emblemi kəndin tarixi və sosial-iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, Böyük Bəhmənli kənd əhalisi tarixən, heyvandarlıq və maldarlıqla məşğul olub və bu amil emblemdə simvolik şəkildə əksini tapıb:

“Emblem çarx formasında təqdim olunub və bu, daim işlək, hərəkətdə olan bir sistemi ifadə edir. Çarxın üzərində səkkizguşəli ulduz yer alır. Bu elementdə Azərbaycan Dövlət Gerbindəki səkkizguşəli ulduzdan ilham almışıq. Emblemin əsas rəngi qızılı tondadır. Füzuli rayonu Qarabağın giriş qapısı hesab olunduğuna görə, dizaynda zənginlik və həmrəylik ideyaları ön plana çəkilib”.

Şəhriyar Mehdiyev qeyd edib ki, emblem ümumi mənada bələdiyyənin idarəçilik funksiyasını, yerli icmanı və inkişafı təmsil edir:

"Emblemin mərkəzində yerləşən səkkizguşəli simvol birlik və mərkəzləşməni ifadə edir, həmçinin, yerli idarəetmənin sabitliyini, davamlı inkişafını və milli mədəni irsi simvolizə edir. Bu yanaşma “əmək və tərəqqi” motivi ilə uyğunlaşdırılıb". 

Bələdiyyə sədri əlavə edib ki, səkkizguşəli ulduz Azərbaycan milli mədəniyyətində geniş yayılmış simvoldur:

"Emblem dairəvi formaya yaxın olmaqla, alt hissəsində dişli çarxelementləri ilə tamamlanıb. Bu element birlik, rəhbərlik və milli identikliyi ifadə edir, eyni zamanda tarixi Səlcuq dövlətinin oktaqonal simvolları ilə də eyni məna yükünü daşıyır. Səkkizguşə həm türk xalqlarının səkkiz qolunu, həm də İslam ornamentlərindəki əbədiyyət və sonsuzluq anlayışını təmsil edir. Qızılı rəng zənginlik, günəş, uğur və parlaq gələcək rəmzidir. Bu xüsusilə Füzuli rayonunda Böyük Qayıdış çərçivəsində aparılan yenidənqurma və dirçəliş proseslərini vurğulayır”.

O bildirib ki, emblemin aşağı hissəsində təsvir olunan qızılı dişli çarx irəliləyişi, sənayeləşməni, yenidənqurma və iqtisadi inkişafı simvolizə edir:

"Bu element Qarabağ bölgəsində, xüsusilə Füzuli rayonunda həyata keçirilən infrastruktur layihələrini, kənd təsərrüfatında mexanikləşməni və yerli iqtisadiyyatın dirçəldilməsini əks etdirir:

“Füzuli rayonu Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir və Böyük Bəhmənli bələdiyyəsi Qarabağ iqtisadi rayonunun strateji yolları üzərində yerləşir. Emblemdəki dişli çarx məhz bu inkişaf xəttini ifadə edir”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri