Icma.az
close
up
RU
Azərbaycan tarixinin konseptual məsələlərinə dair kitabların təqdimatı oldu FOTOLAR

Azərbaycan tarixinin konseptual məsələlərinə dair kitabların təqdimatı oldu FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Qarabağ Təşkilatının (BQT) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi-seminar formatında yeni kitabların təqdimatı keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, seminarda 2024-cü ildə keçirilmiş “Qarabağ dünən, bu gün və sabah” elmi konfransının toplu halında dərc olunmuş materialları, tarix üzrə fəlsəfə doktoru, dosent Akif  Nağının tariximizə real baxış üzrə yeni konsepsiya əsasında yazılmış “Azərbaycan tarixi” və “Azərbaycanın ən yeni tarixi” kitabları təqdim və müzakirə olunub. 

Tədbiri Azərbaycan Dövlət İdarəetmə Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova açdı. Sonra Akif Nağıya söz verildi. Müəllif “Azərbaycan tarixi”, “Azərbaycanın ən yeni tarixi” və 2024-cü ildə keçirilmiş “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktiki konfransın materiallarının toplandığı kitablar barədə ətraflı məlumat verdi. 

Tədbirdə universitetin professor və müəllim heyəti ilə yanaşı, başqa universitetlərdə çalışan tarix üzrə alimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak etdilər. Geniş marağa səbəb olan kitablar barədə həm tarixçi alimlər, həm də digər çıxışçılar yüksək fikirlər söylədilər. 

Firdovsiyyə Əhmədova bildirdi ki, bu elmi əsərlər uzun müddət davam edən elmi polemikanın nəticəsi kimi meydana çıxıb. Çünki bir sıra tarixi amillərin təsiri ilə Azərbaycan tarixinə sırf milli düşüncə mövqeyindən yox, başqa dövlətlərin tarixinin bir parçası kimi yanaşılıb. Həqiqətdə isə Azərbaycan dövləti beş min il əvvəl yaranıb və bu günə qədər mövcudluğunu davam etdirib. 

Akif Nağı da məsələyə bu mövqedən yanaşaraq yeni konsepsiyanın reallığını sübut etməyə çalışıb. İqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi bildirib ki, yeni konsepsiya prinsipcə cəmiyyətdə müzakirə olunub, lakin onun cəsarətlə elmi istiqamət kimi təsbit olunması Akif Nağı tərəfindən həyata keçirilib.

Tədbirdə çıxış edən dosent Zakir Kərimov, tarix üzrə fəlsəfə doktorları - Elmira Məmmədova, Naibə Əhmədova, Rafiq Səfərov,  Sonaxanım İmamova, Ərəstun Mehdiyev, Oğuz Məmmədov, Səlim Məmmədov, Vahid Muxtarov, ilahiyyatçı Fərman Məmmədov və başqaları kitablarda yazılmış tarixi reallıqların əhəmiyyətini yüksək qiymətləndirmiş, yeni tarixi konsepsiyanın vacibliyini qeyd ediblər.

A.Nağı xüsusi olaraq diqqətə çatdırıb ki, yeni konsepsiya üçün iki ən vacib meyar əsas götürülməlidir. Bunlardan biri mənbələrə istinad edilməsi, digəri isə terminlərin dəqiqləşdirilməsindən ibarətdir. İştirakçılar bu mövqeni təqdir edib, bir sıra məsələləri konkretləşdirmək, ümumi yanaşmanı müəyyən etmək məqsədilə davamlı müzakirələrin keçirilməsinə dair qərar qəbul ediblər. 

Tədbir iştirakçıları bir məsələni də vurğulayıblar ki, geniş elmi və təhsil dairələrinin iştirakı ilə vahid dərslik hazırlanmalı, bütün orta və ali təhsil müəssisələrində tədris təxminən eyni dərslik əsasında həyata keçirilməlidir. 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri