Icma.az
close
up
RU
Azərbaycan TDT nin strateji güc mərkəzinə çevrilməsində lider rol oynayır Politoloq

Azərbaycan TDT nin strateji güc mərkəzinə çevrilməsində lider rol oynayır Politoloq

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Son illərdə Türk Dövlətləri Təşkilatı (TDT) regional və beynəlxalq sistemdə öz nüfuzunu ciddi şəkildə artırmaqdadır. Bu artım təsadüfi deyil, həm tarixi köklərdən, həm də müasir geosiyasi reallıqlardan qaynaqlanır. TDT-nin əsas məqsədi yalnız mədəni inteqrasiya deyil, həm də siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdir. Türk dünyasının birləşməsi artıq emosional şüar səviyyəsindən çıxaraq strateji gündəliyə çevrilib. Azərbaycanın bu prosesdə oynadığı rol həlledici xarakter daşıyır".

Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov oktyabrın Qəbələdə keçiriləcək TDT sammiti haqda danışarkən qeyd etdi.

"Birincisi, Azərbaycan TDT-nin mərkəzi əlaqələndirici gücü kimi çıxış edir. Bakı həm coğrafi baxımdan, həm də diplomatik aktivliyinə görə təşkilat daxilində balans yaradır. İkincisi, Azərbaycan enerji diplomatiyası vasitəsilə türk dünyasını Qərblə bağlayan strateji körpü rolunu oynayır. TANAP, TAP və digər layihələr təkcə iqtisadi deyil, siyasi inteqrasiya mexanizmləridir. Üçüncüsü, Azərbaycan Qarabağ Zəfərindən sonra türk dövlətlərinə özünəinam nümunəsi göstərdi.

Bu qələbə türk dünyasının hər bir üzvündə milli güc və həmrəylik hissini artırdı. Hazırda TDT yalnız mədəni platforma deyil, həm də təhlükəsizlik və strateji əməkdaşlıq bloku kimi formalaşır. Bu baxımdan Azərbaycan regional təhlükəsizlik və sabitlik ideyasının təşəbbüskarlarından biridir. TDT-nin fəaliyyəti həm Qərbin, həm də Rusiyanın diqqətini cəlb edir, çünki bu təşkilat artıq müstəqil güc mərkəzi olmağa doğru gedir", - deyə o bildirdi.

Siyasi şərhçinin sözlərinə görə, türk dövlətləri arasında nəqliyyat və logistika layihələrinin genişlənməsi, xüsusilə Zəngəzur dəhlizi məsələsi inteqrasiyanın real təməlini yaradır:

"Azərbaycan bu layihələrdə həm iqtisadi, həm də siyasi lider kimi çıxış edir. Eyni zamanda Bakı diplomatik çevikliyi ilə TDT-nin beynəlxalq tanınmasını sürətləndirir. Təşkilat artıq müşahidəçi statusunda olan dövlətləri də öz orbitinə cəlb edir. Ümumilikdə, TDT-nin yüksəlişi qlobal güc bölgüsünün dəyişdiyi bir dövrdə baş verir. Azərbaycan bu dəyişimin mərkəzində dayanan ölkədir. Prezident İlham Əliyevin türk dünyası ilə bağlı ardıcıl siyasəti TDT-nin siyasi dinamizmini təmin edir. Nəticə etibarilə, TDT-nin güclənməsi həm türk xalqları üçün tarixi reallığın bərpasıdır, həm də yeni geosiyasi alternativin formalaşması deməkdir. Azərbaycanın rolu isə bu inteqrasiyanın həm ideoloji, həm də strateji lokomotivi olmaqdır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri