Icma.az
close
up
RU
Azərbaycan təcrübəsi Türk dünyası üçün sülhün və sabitliyin nümunəsinə çevrilib ŞƏRH

Azərbaycan təcrübəsi Türk dünyası üçün sülhün və sabitliyin nümunəsinə çevrilib ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Ötən həftə iqtisadi təhlükəsizlik, həmçinin ənənəvi və hibrid təhlükələrlə mübarizə məsələlərinin müzakirə olunduğu Avropa Siyasi Birliyinin Kopenhagen sammitində Prezident İlham Əliyevin sülh səyləri yüksək səviyyədə təqdir olundu.

Bu həftə isə Türk Dövlətləri Təşkilatı Qəbələ Zirvə Görüşündə məhz Azərbaycan Prezidentinin sülh gündəliyinə istinadla təhlükəsizlik və müdafiə sənayesi sahəsində birgə hədəflərə nail olmaq istiqamətində qətiyyətini ortaya qoydu. Bununla ortaq dəyərlər və oxşar strateji maraqları olan türk dövlətləri yeni regional güc mərkəzi kimi formalaşmaq yolunda növbəti mühüm addım atdılar.

Qəbələ Zirvə Görüşünün təhlükəsizlik məsələlərinə həsr olunmasını şərtləndirən amillər həm regional və qlobal miqyasda mövcud çağırışlardan, həm də üzv dövlətlərin bu məsələlərdə əməkdaşlığa verdikləri strateji önəmdən qaynaqlanır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yaratdığı yeni siyasi reallıq və onun tarixi Vaşinqton razılaşmaları ilə təsdiqlənməsi Türk dünyası üçün siyasi stimul yaradıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı səviyyəsində yüksək qiymətləndirilən Azərbaycanın sülhyaratma təcrübəsi bütün Türk dünyası üçün qürur mənbəyidir. Xüsusən 2021-ci ildə Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi regional sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində möhkəm təməl formalaşdırıb. Məhz Şuşa Bəyannaməsindən irəli gələn bu təcrübə ikitərəfli əməkdaşlıq formatından çoxtərəfli əməkdaşlığa keçid üçün möhkəm və uğurlu bir baza rolunu oynaya bilər.

“Hazırda həm regional, həm də qlobal miqyasda müşahidə olunan hibrid təhlükələr, enerji təhlükəsizliyi böhranları və münaqişə ocaqlarının aktivləşməsi yeni tipli əməkdaşlıq mexanizmlərinin formalaşmasını zəruri edir. Türk dünyasının coğrafi məkanında yerləşən bəzi ərazilər uzun illər müxtəlif münaqişələrin mərkəzində olub, eləcə də qonşuluqda olan ciddi münaqişələr təhlükəsizliyə və sabitliyə risklər törətməkdə davam edir. Məhz bu səbəbdən TDT ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində əlaqələndirilmiş fəaliyyəti regional sabitliyin əsas təminatına çevrilə bilər.

Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşması Türk dünyasına münasibətdə bir əsrlik ədalətsizliyə son qoyacaq və türk dövlətləri arasında quru yolla hərtərəfli əlaqəni bərpa edəcək. Bu, iqtisadi və nəqliyyat təhlükəsizliyini gücləndirəcək, həmçinin türk dövlətlərinin Şərq-Qərb orta nəqliyyat dəhlizində çəkisini daha da artıracaq. Nəticə etibarilə Zəngəzur dəhlizi Orta Dəhlizin qlobal miqyasda strateji üstünlüyünü möhkəmləndirəcək”, - deyə R.Nəbiyev vurğulayıb.

TDT-nin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi üçün 5 mühüm istiqamət üzrə 121 bənddən ibarət Qəbələ Bəyannaməsinin imzaladığını diqqətə çatdıran deputat əlavə edib: “Hazırda Türk Dövlətləri Təşkilatı 35 sahədə əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlığa, həmçinin müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi inkişaf istiqamətləri də daxildir. Qəbələ Bəyannaməsində bu sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün çağırışlar səsləndirilib və bütün dövlətlərin resurslarının səfərbər olunması vurğulanıb. Xarici siyasət sahəsində də bir sıra hədəflər təsbit olunub. Belə ki, təşkilata BMT Baş Məclisi və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müşahidəçi statusunun verilməsi üçün diplomatik səylərin davam etdirilməsi zərurəti vurğulanıb. Eyni zamanda, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqası ilə institusional əməkdaşlığın yaradılması qarşıya qoyulub. TDT+ formatının təsis olunması üçüncü dövlətlərin və beynəlxalq təsisatların təşkilatla əməkdaşlıq niyyətlərinin institutlaşdırılması məqsədinə xidmət edəcək”.

R.Nəbiyev hesab edir ki, xüsusilə TDT-nin çoxşaxəli fəaliyyətinin reallaşdırılması üçün hüquqi bazanın təkmilləşdirilməsi çox vacibdir. Bu mənada “Türk dövlətlərinin strateji tərəfdaşlığı, əbədi qardaşlığı və dostluğu haqqında Müqavilə”nin imzalanması üçün üzv dövlətlərə çağırış edildi. Konsulluq Əməkdaşlıq Platformasının təsis edilməsi Türk Dövlətləri Təşkilatının vətəndaşlar üçün əlçatanlığının təmin edilməsinə xidmət edəcək.

“Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər və qardaş türk dövlətlərinin verdiyi dəstək TDT-nin ciddi geosiyasi mərkəzə çevrilməsinə xidmət edən əhəmiyyətli strateji addımlar kimi dəyərləndirilir”, - deyə deputat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri