Icma.az
close
up
RU
Azərbaycan Türk dünyası üçün dayanıqlı inkişaf modelinə çevrilib ŞƏRH

Azərbaycan Türk dünyası üçün dayanıqlı inkişaf modelinə çevrilib ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Türk dövlətləri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını artırıb. Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Türk dünyasının böyük coğrafi əhatə dairəsi və ortaq mədəni-siyasi yaddaşı son illərdə təkcə tarixi bağlılıqla deyil, həm də çağdaş geosiyasi ehtiyaclarla yenidən formalaşır.

Bu baxımdan mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasında yeni bir dövrün başlanğıcını simvolizə edir. Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən sammiti bu gün mövcud olan yeni risklər və təhlükələr qarşısında türk dövlətlərinin birliyini bir daha nümayiş etdirdi. Bu platforma son onilliklər ərzində böyük Avrasiyanın siyasi səhnəsində özünü yaxşı tərəfdən göstərib və bu gün bu qitənin geosiyasi mənzərəsinin tərkib hissəsidir. Azərbaycanın təklif etdiyi bu format bu gün xüsusilə aktualdır. Regional və beynəlxalq münasibətləri sisteminin sürətli dəyişdiyi bir dövrdə iştirakçı ölkələrin daha çox ünsiyyət qumaşına ehtiyac yaranır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında da respublikamızın, ümumilikdə, adıçəkilən qurumun üzv ölkələri ilə iqtisadi münasibətlərindən geniş bəhs edib. Ölkə rəhbəri Azərbaycanın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığının gücləndiyini bildirib. Qeyd edib ki, son illər ərzində respublikamızda nəqliyyat infrastrukturuna –avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub.

Zirvə çərçivəsində Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir.

Həmçinin qeyd edildi ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilməsinə şad olduğunu bildirdi.

Sammitdə ticarətin genişləndirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhliz və transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanın konkret yol xəritəsini əks etdirən Budapeşt Bəyannaməsi qəbul edildi ki, bu da şübhəsiz ki, türk dünyası ölkələri arasında əlaqələri daha da gücləndirəcəkdir. Dövlətimizin başçısının haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmiş, nəqliyyat infrastrukturunun yaradılması və inkişafına mühüm investisiyalar yatırmışdır. bu gün Azərbaycan Mərkəzi Asiyadan başlayaraq Türkiyə üzərindən Avropaya qədər uzanan böyük bir türk əməkdaşlıq xəttinin əsas dayağına çevrilib.

Türk Dövlətləri Təşkilatının gələcəkdə yalnız iqtisadi və humanitar sferada deyil, müdafiə və təhlükəsizlik sahələrində də mütəşəkkil və effektiv bir struktur kimi formalaşması strateji zərurətə çevrilib. Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Bəyannamə TDT-nin inkişaf trayektoriyasını və gələcək fəaliyyət mexanizmlərini müəyyənləşdirən strateji sənəd kimi dəyərləndirilir. Sənəddə müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi bəyan edilir. Bu, türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi və ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından əlamətdar hadisədir.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri