Icma.az
close
up
RU
Ölkəmiz Türk dünyası üçün dayanıqlı inkişaf modelinə çevrilib

Ölkəmiz Türk dünyası üçün dayanıqlı inkişaf modelinə çevrilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Türk dövlətləri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını artırıb.

Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər  regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır.  Türk dünyasının böyük coğrafi əhatə dairəsi və ortaq mədəni-siyasi yaddaşı son illərdə təkcə tarixi bağlılıqla deyil, həm də çağdaş geosiyasi ehtiyaclarla yenidən formalaşır.

Bu baxımdan mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasında yeni bir dövrün başlanğıcını simvolizə edir.  Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən sammiti bu gün mövcud olan yeni risklər və təhlükələr  qarşısında türk dövlətlərinin birliyini bir daha nümayiş etdirdi. Bu platforma son onilliklər ərzində böyük Avrasiyanın siyasi səhnəsində özünü yaxşı tərəfdən göstərib və bu gün bu qitənin geosiyasi mənzərəsinin tərkib hissəsidir. Azərbaycanın təklif etdiyi bu format bu gün xüsusilə aktualdır. Regional və beynəlxalq münasibətləri sisteminin sürətli dəyişdiyi bir dövrdə   iştirakçı ölkələrin daha çox ünsiyyət qumaşına ehtiyac yaranır. 

Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında da respublikamızın, ümumilikdə, adıçəkilən qurumun üzv ölkələri ilə iqtisadi münasibətlərindən geniş bəhs edib. Ölkə rəhbəri Azərbaycanın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığının gücləndiyini bildirib. Qeyd edib ki, son illər ərzində respublikamızda nəqliyyat infrastrukturuna –avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub.

Zirvə çərçivəsində Prezident İlham Əliyevin çıxışı təşkilatın gələcək strateji xəttinin formalaşdırılmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının irəli sürdüyü ideyalar və təqdim olunan faktlar Azərbaycanın bu təşkilatda aparıcı aktor kimi çıxış etdiyini bir daha təsdiqləyir.

Həmçinin  qeyd edildi ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilməsinə şad olduğunu bildirdi. 

Sammitdə ticarətin genişləndirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması  və  Orta  Dəhliz  və transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanın konkret yol xəritəsini əks etdirən Budapeşt Bəyannaməsi qəbul edildi ki, bu da şübhəsiz ki, türk dünyası ölkələri arasında əlaqələri daha da gücləndirəcəkdir. Dövlətimizin başçısının haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmiş, nəqliyyat infrastrukturunun yaradılması və inkişafına mühüm investisiyalar yatırmışdır. bu gün Azərbaycan Mərkəzi Asiyadan başlayaraq Türkiyə üzərindən Avropaya qədər uzanan böyük bir türk əməkdaşlıq xəttinin əsas dayağına çevrilib.

Türk Dövlətləri Təşkilatının gələcəkdə yalnız iqtisadi və humanitar sferada deyil, müdafiə və təhlükəsizlik sahələrində də mütəşəkkil və effektiv bir struktur kimi formalaşması strateji zərurətə çevrilib. Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Bəyannamə TDT-nin inkişaf trayektoriyasını və gələcək fəaliyyət mexanizmlərini müəyyənləşdirən strateji sənəd kimi dəyərləndirilir. Sənəddə müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi bəyan edilir. Bu, türk dövlətləri arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi və ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından əlamətdar hadisədir.

Əli Paşayev,

YAP Tərtər rayon təşkilatının  məsləhətçisi  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri