Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan təhsil sektorunda Beynəlxalq Bakalavriatın rolu

Azərbaycan təhsil sektorunda Beynəlxalq Bakalavriatın rolu

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il dövlət məktəblərində Beynəlxalq Bakalavriat proqramının maliyyələşdirilməsini dayandıracağını elan edən Britaniya hökumətinin bu qərarı illik vur-tut 2,5 milyon funt-sterlinq dəyərində maliyyəyə qənaət demək idi, bu isə milli təhsil büdcəsinin yalnız cüzi hissəsini təşkil edirdi. Lakin onun mənfi nəticələri heç də o qədər kiçik olmadı. Dünyanın ən mötəbər ixtisasları bircə gecənin içində bir çox tələbələr üçün daha az əlçatan oldu, təhsil sistemlərində imkanlar genişləndirilməli olduğu bir vaxtda, əksinə, seçim imkanları daraldı.

Azərbaycanda təhsilin gələcəyi ilə bağlı daha ciddi suallar

Məlum qərarın nəticələri özünü Britaniyanın hüdudlarından kənarda da göstərir. Bu bizi hər yerdə, o cümlədən burada, Azərbaycanda təhsilin gələcəyi ilə bağlı daha ciddi suallar verməyə məcbur edir. Uyğunlaşma, müstəqil hərəkət etmək qabiliyyəti, tənqidi düşünmək bacarığı tələb olunan müasir dünyamızda biz gəncləri necə bir təhsilə hazırlayırıq?

Beynəlxalq Bakalavriat xırda təcrübə, sınaq deyil. Onu dünyanın 160 ölkəsində, 6000 məktəbdə tədris edirlər və dünyanın minlərlə universitetində qəbul edirlər. Birləşmiş Krallıqda Beynəlxalq Bakalavriatın diplomunu alan şagirdlərin ilk iyirmilikdə olan universitetlərə daxil olmaq şansları üç dəfə artıqdır, onların həmin təhsil ocaqlarını əla və ya yaxşı qiymətlərlə bitirmək ehtimalı isə 40 faiz çoxdur. Bu göstəricilər dar çərçivəli imtahan hazırlığının deyil, öyrənməyə maraq, refleksiya və intellektual inamı stimullaşdıran təhsil proqramının nəticəsidir.

Beynəlxalq Bakalavriat nəyi öyrədir?

Beynəlxalq Bakalavriat prinsipcə nəyi xatırlamağı yox, necə düşünməyi öyrədir. Tələbələr tənqidi düşünməyi, ünsiyyət və araşdırma bacarıqlarını gücləndirməyi, fənlər üzrə bilikləri əlaqələndirməyi və əldə edilən bilikləri tam mənimsəməyi öyrənirlər. Onlar maraq hissini, özünüdərk bacarığını, məktəbdən sonra da daim öyrənmək həvəsini stimullaşdırıb inkişaf etdirən pedaqoji yanaşmadan faydalanan, fərqli mədəniyyət və perspektivləri qiymətləndirən beynəlmiləl düşüncəli gənclərə çevrilirlər. Universitetlər Beynəlxalq Bakalavriat məzunlarının digər yaşıdları ilə müqayisədə tələbə həyatına daha hazırlıqlı, araşdırmalarda daha inamlı, çətin şəraitlərdə daha dözümlü olduqlarını, vaxtlarını daha düzgün idarə etdiklərini bildiriblər.

Avropa Azərbaycan Məktəbi nümunəsi

Biz Avropa Azərbaycan Məktəbində bunun faydalarını aydın görürük. Tələbələrimiz Beynəlxalq Bakalavriatın təhsilə kompleks yanaşması prinsipi sayəsində böyük nəticələr əldə ediblər. Məzunlarımızın istər ölkə daxilindəki, istərsə də xaricdəki aparıcı ali məktəblərə daxil olma göstəricisi 100 faizdir. Lakin Beynəlxalq Bakalavriatın üstünlüyü sadəcə şagirdlərin təhsilini harada davam etdirəcəyini müəyyən etməkdə deyil, həm də məktəbləri təhsildə həqiqətən vacib olan amillərə üstünlük verəcək bir sistem qurmağa həvəsləndirməsindədir.

Buna sadə bir nümunə olaraq şagird çantaları məsələsindən danışmaq olar. Bir çox təhsil sistemlərində, o cümlədən Azərbaycandakı təhsil sistemində şagirdlər evdən məktəbə, məktəbdən evə ağır kitablar, dəftərlər, iş dəftərləri ilə dolu çantalarla gedib-gəlməli olurlar. Beləcə, şagirdlərin istirahətini, ailə ilə keçirdikləri vaxtı, sinifdənkənar məşğuliyyətlərini məhdudlaşdıran zehni yükə, uzun-uzadı ev tapşırıqları yükünə bu fiziki yük də əlavə olunur. Biz Avropa Azərbaycan Məktəbində bu məsələyə fərqli yanaşırıq. Şagirdləri dərs günü ərzində işlərinin çox hissəsini tamamlamağa həvəsləndirməklə ağır çantaları evə daşımaq ehtiyacını azaldırıq, onlara öyrənmə prosesi ilə səhhətləri, sağlamlıqları arasında tarazlıq yaratmaq imkanı veririk.

Bu, sadəcə şəraitə praktik uyğunlaşma məsələsi deyil, həm də Beynəlxalq Bakalavriat proqramının ərsəyə gətirdiyi daha geniş yanaşmanın, fəlsəfənin inikasıdır. Öyrənmə prosesi müstəqillik, sərbəst düşünmə, məqsədyönlülük amilləri üzərində qurulanda şagirdlər anlayırlar ki, bilik və bacarığı, öyrənmək əzmlərini nümayiş etdirmək üçün özlərini yorub əldən salmaqlarına ehtiyac yoxdur. Əvəzində məsuliyyət hisslərini daha etibarlı yollarla inkişaf etdirir, vaxt bölgüsünü düzgün qurmağı, lazım olan anda kömək istəməyi, öz bacarıqlarına inam yaratmağı öyrənirlər.

Belə yanaşmalar Beynəlxalq Bakalavriat modelinin daha dərin, güclü tərəflərini üzə çıxarır, həmçinin milli təhsil proqramları qarşısında yeni üfüqlər açır, ona yeni perspektivlər göstərir. Bir təhsil sisteminin beynəlxalq təcrübədən yararlana bilməsi üçün onun hansısa beynəlxalq təhsil proqramını küll halında, bütövlüklə qəbul etməsinə ehtiyac yoxdur, lakin artıq faydası sübuta yetirilmiş metodları əxz etmək üçün real imkanlar var. Tənqidi düşüncə tərzinin hərtərəfli mənimsədilməsi, müstəqil araşdırma bacarıqlarının formalaşdırılması və cəmiyyətə xidmət təliminin tətbiqi şagirdlərin bilik və bacarıqlarını öz mühitləri ilə əlaqələndirən kamil gənclərə çevrilməsinə kömək edə bilər. Problemlərin həllini, reflektiv öyrənməni stimullaşdıran təhsil sistemləri bir qayda olaraq beynəlxalq səviyyədə müsbət nəticələr verir və bir daha göstərir ki, bunlar heç də mücərrəd ideyalar deyil, bacarıqlı, çevik, təpərli vətəndaşlar yetişdirmək üçün əməli bazadır.

Beynəlxalq Bakalavriatın diplomunu milli təhsil mühitinin bir hissəsi kimi tanımaq vacibdir

Bu məsələ azərbaycanlı şagirdlər üçün xüsusilə aktualdır. Ölkə təhsil sistemini gücləndirdikcə, beynəlxalq əlaqələri genişləndirdikcə, milli və beynəlxalq modellər arasında seçim etmək deyil, hər ikisinin ən yaxşılarını əxz etmək məsələsi ortaya çıxır. Beynəlxalq Bakalavriat proqramı göstərir ki, akademik nəticələrlə şagirdlərin sağlamlığını balanslaşdırmaq mümkündür; şagirdlərin yüksək nəticələr göstərməsi üçün onları yükləmək heç də vacib şərt deyil və gənc şagirdlərə öz bilik və bacarıqlarını tətbiq etmək vərdişləri aşılananda onların sərbəst öyrənmə bacarıqları, müstəqillik hissi daha da artır.

Buna görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Beynəlxalq Bakalavriatın diplomunu milli təhsil mühitinin bir hissəsi kimi rəsmən tanımalıdır. Bu addım təhsil sistemimizi zənginləşdirməklə yanaşı, həm də dövlət məktəbləri ilə özəl sektordakı məktəblər arasında əlaqələrə yeni nəfəs verər. Nəticədə özəl sektordakı şagirdlərlə bərabər dövlət sektorundakı şagirdlər də dünya səviyyəli təlimə yanaşma metodlarından yararlanarlar.

Təhsil sistemimizin böyük bir hissəsi uzun müddət tənqidi düşüncəyə, yaradıcılığa və müstəqil araşdırmaya deyil, sadəcə, sistemsiz bilik toplamağa diqqət yetirən sovet dövründən miras qalmış bir model üzərində qurulub. Beynəlxalq Bakalavriat isə akademik dəqiqliyi müasir dünyanın tələb etdiyi bacarıqlarla tamamlayan güclü alternativ təhsil sistemi və yanaşmaları təklif edir.

Söhbət təhsilin gələcək taleyindən gedir – Britaniyada başlayan müzakirə bunu bizə bir daha göstərir. Maliyyə, tədris planı ilə bağlı qərarları qəbul edərkən onlara sırf texniki məsələ kimi yanaşmaq yolverilməzdir. Təhsilin verdiyi imkanlardan kimlərin yararlanacağı, cəmiyyətlərin gələcək uğurları həmin amillərdən asılıdır. Beynəlxalq Bakalavriatın təcrübəsi göstərir ki, məsələ hansı təhsil sisteminin daha güclü olmasında deyil, sadəcə, təhsil hərtərəfli olanda, insan amili üzərində qurulanda və gələcək perspektivlərə yönəldiləndə daha güclü olur.

İndi həmişəkindən daha sürətlə dəyişən dünyamızda yalnız tənqidi düşünə, müstəqil hərəkət edə və başqaları ilə ağıllı, faydalı ünsiyyət qura bilən şagirdlər irəli gedə biləcəklər. Biz Beynəlxalq Bakalavriatın təməl prinsiplərini öyrənib nəticələr çıxarmaqla, onları ölkəmizin təhsil sektorunda tətbiq etməklə gənclərimizi təkcə bugünkü imtahanlara deyil, həm də sabahkı sınaqlara hazırlayan bir təhsil sisteminə yaxınlaşırıq.

Tale Heydərov,

Avropa Azərbaycan Məktəbi, “TEAS PRESS” Nəşriyyat Evi və “Libraff” kitab mağazalarının təsisçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri