Icma.az
close
up
RU
Azərbaycan təhsilində problem formatda deyil, keyfiyyətdə və idarəetmədədir Əməkdar müəllim

Azərbaycan təhsilində problem formatda deyil, keyfiyyətdə və idarəetmədədir Əməkdar müəllim

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Milli Məclisin Elm və təhsil komitəsinin iclasında səsləndirilən “dərsliklər rəqəmsallaşdırılmalıdır” fikri  olduqca aktualdır. Amma məsələni də düzgün qoymaq lazımdır, bizim əsas problemimiz dərsliyin kağızda və ya elektron formada olması deyil, dərsliyin necə hazırlanması, necə yoxlanılması və necə yenilənməsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva bildirdi.

Onun sözlərinə görə, bu gün dərsliklərin çap variantında çoxlu səhvlər var, amma düzəlişlər yeni dəsrlik çapına qədər redaktə olunmur, hətta yeni çap olunan dəərsliklərdə də eyni səhvlər olduğu kimi qalır:

"Belə olduqda, müəllim sinifdə şifahi izah verir, şagird evdə yenə köhnə səhv mənbə ilə oxuyur. Bu isə o deməkdir ki, tədris sistemi effektiv deyil və müasir tələblərə cavab vermir. Elmi baxımdan isə müasir təhsil artıq “oxu, əzbərlə” modelindən uzaqlaşıb. Konstruktivizm nəzəriyyəsi göstərir ki, şagird bilikləri passiv oxuma ilə yox, fəaliyyət, tapşırıq, qarşılıqlı əlaqə və geri bildirim vasitəsilə daha yaxşı mənimsəyir".

Müsahibimiz əlavə etdi ki, rəqəmsallaşma isə bu modeli texniki yox, pedaqoji səviyyədə həll etmək üçün bir fürsətdir.

"Düzgün qurulmuş rəqəmsal dərsliklər isə interaktiv tapşırıqlar, mərhələli izah və fərdi öyrənmə imkanları yaradır. Bu, artıq dünya təcrübəsində sübut olunmuş yanaşmadır. Lakin nəzərə almaq lazımdır ki, rəqəmsallaşma kitabların elektron variantının PDF formatında sayta yerləşdirilməsi deyil. Əgər vahid platforma, müəllim hazırlığı, oflayn rejim, məzmun standartı və şəffaf nəzarət mexanizmi olmadan rəqəmsallaşmaya keçilsə, bu proses təhsil bərabərliyini artırmaq əvəzinə uçurumu daha da dərinləşdirəcək. Estoniya və Finlandiya kimi ölkələrin təcrübəsi göstərir ki, ən uğurlu model tam rəqəmsallaşma yox, hibrid yanaşmadır, yəni kağız dərslik saxlanılır, paralel olaraq güclü rəqəmsal ekosistem qurulur. Bu yanaşma həm texnoloji imkanlardan istifadə etməyə, həm də uşaqların psixoloji və fizioloji sağlamlığını qorumağa imkan verir".

Sona Əliyevanın fikrincə, Azərbaycan üçün doğru yol  mərhələli və sistemli keçiddir:

"Bunun üçün isə vahid milli rəqəmsal dərslik platforması yaradılmalıdır. Həmçinin, müəllimlər rəqəmsal pedaqogika üzrə yenidən və peşəkar şəkildə hazırlıq keçməli, region məktəbləri üçün oflayn çıxış təmin edilməlidir. Məzmun mütləq şəkildə elmi standartlarla uzlaşdırılmalı və yoxlanılmalıdır ki, səhv olmasın. Şəffaf və qərəzsiz şəkildə dərsliklər ictimai və akademik müzakirəyə çıxarılmalıdır. Bu müzakirələrdə birmənalı şəkildə DİM eskpertləri də iştirak etməli və rəy verməlidir. Mənim şəxsi münasibətim isə belədir, rəqəmsallaşma lazımdır, amma tələsik qərarlarla bunu həyata keçirmək olmaz. Ölçülə bilən nəticələrə hesablanmış sistem islahatı kimi həyata keçirilərsə çox yaxşı olardı, lakin bunun baş verəcəyinə inamım azdır. Çünki Azərbaycan təhsilində problem formatda deyil, keyfiyyətdə, idarəetmədə və məsuliyyət mexanizmindədir".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri