Icma.az
close
up
RU
Azərbaycan təhsilində sistem analitiklərə və strateqlərə ehtiyacı var

Azərbaycan təhsilində sistem analitiklərə və strateqlərə ehtiyacı var

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlham Əhmədov, dosent

Bir müddət öncə “Təhil meneceri necə olmalıdır?” adlı məqalə yazmışdıq. Buna səbəb, təhsil menecerlərinin 99%-nin bu sahədəki peşə standartlarına uyğun olmamasıdır. 

Bizim təhsildə menecerlərin öz yerində olmaması səbəbi ilə, güclü ekspertlərə, analitiklərə, strateqlərə kəskin ehtiyac yaranır (trollara yox). Ona görə təhsilimizin inkişafı naminə, təhsil menecerlərinin təlimi məqsədi ilə dəstəyimizi davam edirik. Nazir də bu ərəfədə təhsilə dair müzakirələrə açıq olduğunu növbəti dəfə bəyan etmişdi. Bu və əvvəlki məqaləni (“Təhil meneceri necə olmalıdır?”) müzakirə etməyi tövsiyə edirəm, faydalı olar belə müzakirələr. 

Azərbaycan təhsil sistemi uzun illərdir ki, silsilə islahatlar aparsa da, nəticələr gözlənilən səviyyədə deyil. Təhsil siyasətinin əsas çatışmazlıqlarından biri odur ki, qərarlar elmi bazaya əsaslanmır, səthi xarakterlidir, ardıcıl deyil, situativdir, şəxsi intuitiv (çox vaxt da səhv) yanaşmalara və ya qismən təhrif edilmiş statistik göstəricilərə əsaslanır. Məsələn, şagirdlər 30 ildir ki, repetitorlara ödənilən pulların hesabına ortabab qiymət alırlar, amma məmurlar bunu məktəbin və nazirliyin “uğuru” kimi təqdim edirlər.

Təhsil sistemli analitik çərçivə üzərində qurulmayıb. Nəticədə təhsil sahəsində dəyişikliklər fragmentar xarakter daşıyır, islahatlar bir-biri ilə əlaqələnmir və uzunmüddətli təsir yaratmır, gözlənilən nəticələr vermir. Bu reallıq göstərir ki, ölkə təhsilinin idarəetməsinə sistem analitikləri, təhsil strateqləri, təhsil siyasəti planlayıcıları, ekspertləri kimi yeni təyinatlı mütəxəssislər çox lazımdır.

1. Təhsil sistemində analitik boşluqlar: problem nədən ibarətdir?

1.1. Diagnoz olmadan islahatlara büşlamaq. Son illərdə təhsil sahəsində həyata keçirilən dəyişikliklər—kurikulum, sertifikasiya, attestasiya, məktəb idarəetməsi, əməkhaqqı islahatları və s. qərarlar çox hallarda sistemli diaqnostika mərhələsi olmadan başlayıb. Problem nədir? Bilməliyik ki, bütün uğurlu islahatların ilk qanunu düzgün diaqnozdur. Lakin Azərbaycanda statistika keyfiyyətsiz və natamamdır, tədqiqat mərkəzləri zəifdir, monitorinq mexanizmləri formal xarakter daşıyır, problemin əsl səbəbləri yox, simptomları üzərindən qərar verilir. Buna görə də islahatlar ya paralel effekt vermir, ya da sistemin başqa sahələrində yeni problemlər yaradır. Son nəticədə təhsil sistemində islahatlar sistem analitikasının yoxluğunun qurbanına çevrilir.

2. Sistem analitiki və təhsil strateqi — onların rolu nədir?

2.1. Sistem analitiki kimdir?

Sistem analitiki təhsil sisteminin elementlərini, onların qarşılıqlı təsir mexanizmlərini, məlumat axınını, struktur problemləri və sabitlik faktorlarını elmi modellərlə təhlil edən mütəxəssisdir.

Onun əsas funksiyaları sistem xəritələrinin hazırlanması, təhsil siyasətinin qərar təsir analizləri, risk modelləşdirilməsi, ssenari planlaşdırılması, diaqnostika və problem arxitekturasının qurulması, dəyişikliklərin domino-effektlərinin öyrənilməsi

2.2. Təhsil strateqi kimdir?

Təhsil strateqi — təhsil sisteminin 10–20 illik inkişaf trayektoriyasını müəyyən edən, qlobal tendensiyaları analiz edən, milli maraqlara uyğun strateji dizaynlar hazırlayan mütəxəssisdir.

Onun rolu təhsil modelinin uzunmüddətli vizionunu hazırlamaq, strateji prioritetləri müəyyənləşdirmək, siyasət paketlərini layihələndirmək, sosial-psixoloji və demoqrafik prosesləri təhlil etmək, islahatların ardıcıllığını və mərhələləşməsini planlamaq Bu iki mütəxəssis tipi olmadan təhsil siyasəti həm kor və axsaq olur.

3. Azərbaycan təhsilində strateji çatışmazlıqlar: niyə bu qədər vacibdir?

3.1. Təhsil siyasətinin institusional zəifliyi

Hazırda islahatlar şəxsiyyət mərkəzlidir, sistem mərkəzli deyil, mərkəzdən idarəetmə dominantdır, məktəb reallıqları nəzərə alınmır. Təhsi siyasətinin hazırlanması ilə tətbiqi arasında əlaqə zəifdir, daxili və xarici ekspertiza mexanizmləri mövcud deyil. Strateqlərin iştirakı bu boşluğu doldura bilər.

3.2. Qlobal transformasiya sürəti

Dünya təhsili 4 böyük transformasiya yaşayır:

1. Süni intellekt dövrü

2. Yeni təhsil texnologiyaları (EdTech) və rəqəmsal ekosistemlər

3. Fərdi təhsil modellərinin inkişafı

4. Təhsil–əmək bazarı sinxronizasiyası

Bütün bu proseslər kaskad şəklində dəyişir və strategiya olmadan reaksiya modeli ilə ayaqlaşmaq mümkün deyil.

3.3. Təhsil idarəetməsində “primitiv və təhlükəli sadələşdirmə”

Təhsil sisteminin dinamikliyini və mürəkkəbliyini nəzərə almadan, onu “saat artımı”, “ballar”, “sertifikasiya” kimi sadə mexanizmlərlə idarə etmək mümkün deyil.

Təhsil — kompleks adaptiv sistemdir. Bu sistem öz daxilində sosial-psixoloji qanunlara, mədəniyyət kodlarına, institusional davranışlara, insan amilinə, texnoloji dinamizmə tabedir. Bu mürəkkəbliyi anlamayan heç bir menecer və ya təhsil siyasəti uğurlu ola bilməz.

4. Sistem analitiklərinin yoxluğu hansı nəticələrə gətirib çıxarır?

4.1. İslahatların domino-effekti yaradar və bunu əvvəldən hesablamaq mümkün olmur. Məsələn, əməkhaqqı islahatı 

→ müəllimlərin miqrasiyası

→ kadr çatışmazlığı 

→ məktəbdaxili gərginlik 

→ psixoloji yük. 

Bunun heç biri öncədən modelləşdirilmir.

4.2. Problemlərin yanlış adlandırılması. Şagird nailiyyəti aşağıdır, bunun səbəbi yalnız müəllimdirmi? Yox, səbəb bütünlükdə təhsil sistemidir, müəllim də bu şagird kimi bu sistemin məhsuludur, (ABŞ-da təhsil almayıb, burda oxuyub). Sual olunur: kvadratın perimetrini tapa bilməyən şəxs 15 il bu sistemdə necə təhsil alıb, diplom alıb, iş alıb? Təbii ki, bunun əsas səbəbi məmur hərisliyidir. Ona görə problemə sistemli yanaşılmalı, sistemli düşünülməlidir. Bu halda problem də düzgün təyin edilər.

4.3. Statistik səhvlər Təhsil statistikasında “orta rəqəmlər” sistemi aldadıcıdır. Analitiklər olsaydı, mikro-seqmentasiya, data mining, predictive analytics tətbiq olunardı.

4.4. Qısaömürlü qərarlar İdarəetmədə eksperimentlər çoxdur, lakin nəticə yoxdur, çünki analitik baza yoxdur.

5. Nə etməli? Belə təkliflər verə bilərik?

1. “Təhsildə sistem analitikası” Milli Mərkəzi yaradılsın. Bu mərkəz data analitikasını, risk təhlilini , sistem modelləşdirməsini, qərarların təsir analizlərini, ssenari planlaşdırmasını icra etməlidir.

2. Təhsil strateqləri üçün xüsusi hazırlıq proqramları tərtib edilməlidir. Xaricdə bu sahədə proqramlar var: Harvard Ed.Leadership, UCL IOE, MIT Education Strategy, Stanford Learning Systems. Azərbaycan üçün də belə proqramlara və hazırlıqlara təlabat var.

3. Data əsaslı idarəetmə sisteminə keçid. Bizdə data əsaslı idarəetmə əsasən sözdədir, çünki, həm datalar real deyil, həm də istofadəçilər peşəkar deyil. Subyektiv qərarlardan obyektiv modellərə keçid təhsilin gələcəyini dəyişə bilər.

4. Milli təhsil siyasəti şurasının və təhsil üzrə beyin mərkəzi yaradılsın. Müstəqil ekspertlərdən, universitet alimlərindən, təhsil sosioloqlarından ibarət belə quruma çoxdan ehtiyac yaranıb. Xüsusən də ARTİ-nin elmi fəaliyyəti məhv edildikdən sonra.

5. Təhsil siyasətində “sosial-psixoloji qiymətləndirmə” mərhələsi Hər islahat əvvəlcə cəmiyyətə psixoloji təsir modeli ilə qiymətləndirilməlidir.

Beləliklə, Azərbaycan təhsilinin əsas problemi yalnız məktəblərin, dərsliklərin, müəllim maaşlarının durumu deyil. Əsas problem — sistemi görən beyinlərin çatışmazlığıdır. Təhsildə sistem analitikləri və strateqlər olmadıqca, heç vaxt islahatlar davamlı və keyfiyyətli olmayacaq, təhsil problemlərinə səhv diaqnoz qoyulacaq, təhsil siyasəti situativ olacaq, cəmiyyətin təhsilə və menecerlərə etimadı bərpa olunmayacaq, tezliklə qarşıdakı süni intellekt dövrünün çağırışlarına hazır olmayacağıq. Azərbaycan təhsili yeni tipli beyinlərin — analitiklərin, strateqlərin və dizayner düşüncəli idarəçilərin yetişdirilməsini tələb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Noyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see347

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see308

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see276

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see266

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see258

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see247

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see247

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see245

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see233

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see232

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see225

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see222

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see220

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see219

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see208

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see208

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see187

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see177

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri