Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Azərbaycan təhsilində süni intellektin tətbiqi Yenilikçi təcrübə və gələcək perspektivlər

Azərbaycan təhsilində süni intellektin tətbiqi Yenilikçi təcrübə və gələcək perspektivlər

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Saleh Məmmədov,

İqtisad elmləri doktoru, professor

2022-ci ildə yaradıcı süni intellektin (GAİ) meydana çıxması ilə (ilk olaraq ChatGPT) dünyada yeni bir era – Süni İntellekt erasının başlanğıcı qoyuldu. Bundan sonra bütün sahələrdə süni intellekt üzrə rəqabət geniş miqyas aldı, orta hesabla ildə 3–4 yeni GAİ proqramı buraxılaraq təbii intellektə meydan oxudu. Microsoft Copilot, Gemini, Deepseek, Grok AI, Qwen-3 Max, Llama, Claude, Midjourney, Amazon, Visual Mind və s. onlarla yeni proqram yaradılmışdır.

Süni intellekt təmiz elm və təhsil elementidir. Yaradıcı süni intellektin əsas tətbiq sahələrindən biri elm və təhsildir. 1922-ci ildən etibarən dünyanın aparıcı universitetləri, xüsusilə Harvard, Stanford, MIT, Oxford daimi olaraq təhsil və elmdə bu proqramların istifadəsini diqqət mərkəzində saxlamış, demək olar ki, Qərb universitetlərində istifadə səviyyəsi 95%-ə qalxmışdır.

Bakı, 26 oktyabr 2025 – Azərbaycan Respublikasında süni intellekt (Sİ) texnologiyalarının təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. 2025-ci ildə qlobal miqyasda Sİ erasının başlanğıcı elan olunması ilə paralel olaraq, ölkəmizdə Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Süni İntellektin İnkişafı Strategiyası” təsdiq edilmişdir. Bu strategiyanın uğurlu icrası təhsilin modernləşdirilməsi ilə sıx bağlıdır. Amma Qərb ölkələri ilə müqayisədə hələ ciddi gerilik nəzərə çarpmaqdadır.

Çalışdığım hər iki universitetdə ChatGPT elan olunan gündən bütün dərsləri GAİ proqramlarının iştirakı ilə aparıram. Sanki müəllim və tələbələrin yanında yüzlərlə Nobel mükafatçısı oturub onlara kömək edir. Hər bir tələbə hər bir proqramda pulsuz fərdi öyrənmə kabineti aça bilər, sanki dünyanın ən dahi müəllimi tələbəni fərdi olaraq öyrədə bilir, həm də bütün predmetlər üzrə ayrıca.

Bu kontekstdə, təhsil prosesinin Sİ alətləri vasitəsilə həyata keçirilməsi üzrə tərəfimizdən hazırlanmış konsepsiya Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kimi aparıcı ali təhsil müəssisələrinə təqdim olunmuşdur. BMU-nun rektoru və Elmi Şurası tərəfindən qəbul edilərək pilot layihə kimi tətbiqə qərar verilmiş, UNEC-də isə müsbət qiymətləndirilərək baxış prosesindədir.

Bu təşəbbüsün əsasını təşkil edən sənədlər qlobal və yerli təcrübələrə əsaslanır:

1. Sİ-nin təhsil metodlarında iştirakı

2. Harvard, Stanford və Oxford kimi dünya universitetlərinin təcrübələri

3. Sİ vasitəsilə təhsilin qaydaları

4. Nəticələrin qiymətləndirilməsi

5. Proqramın mərhələli icra proseduru

Əlavə olaraq, təhsil ocaqlarında Generativ Süni İntellekt (GAİ) istifadəsi üzrə Təlimat (Guidance) layihəsi hazırlanaraq təqdim edilmişdir.

 Faydaları

Sİ-nin təhsil prosesinə inteqrasiyası tələbələrin öyrənmə keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Şəxsi təcrübəmə əsasən, son 3 ildə UNEC-in Biznes və Menecment Departamentində (BMDM) və BMU-da tətbiq olunan bu yanaşma tələbələrin motivasiyasını yüksəldir, fərdi öyrənmə traektoriyalarını yaradır və məlumatların dərin təhlilini asanlaşdırır.

Tələbələr Sİ alətləri vasitəsilə mürəkkəb mövzuları daha sürətli mənimsəyir, yaradıcı düşüncələri inkişaf etdirir və real dünya problemlərinə həll yolları tapırlar. Sorğular göstərir ki, bu metod tələbələrin akademik nailiyyətlərini 20–30% artırır, eyni zamanda müəllimlərin vaxtını optimallaşdıraraq dərslərin interaktivliyini gücləndirir. Ümumilikdə, Sİ təhsili inklüziv edir, əlçatanlığı artırır və sosial-iqtisadi inkişafa töhfə verir.

Üsulları

Təhsil prosesində Sİ-nin tətbiqi mərhələli şəkildə həyata keçirilir: ilkin qiymətləndirmə, Sİ alətlərinin (məsələn, Microsoft Copilot, ChatGPT, Google Gemini və ya xüsusi tətbiqlər) inteqrasiyası, interaktiv dərslər, nəticələrin monitorinqi və qiymətləndirilməsi.

Məsələn, tələbələr Sİ vasitəsilə fərdi tapşırıqlar alır, simulyasiyalar aparır və qrup layihələrində iştirak edirlər. Qiymətləndirmə qaydaları Sİ-nin etibarlılığını təmin edir – plagiat yoxlanışı, orijinallıq indeksi və insan müdaxiləsi ilə balanslaşdırılır. Bu üsullar təhsilin keyfiyyətini yüksəldərək ənənəvi metodları müasir texnologiyalarla birləşdirir.

Dünya təcrübəsində istifadə

Dünya miqyasında Sİ təhsilə inteqrasiya olunub. Harvard Universiteti Sİ-ni kurs dizaynında və fərdi öyrənmədə istifadə edir. Məsələn, CS50 kursunda Sİ köməkçiləri tələbələrə real vaxt rejimində dəstək verir. ChatGPT təqdim olunandan sonra Harvard bu məqsədlə yüzə yaxın konfrans, vebinar və digər tədbirlər keçirmişdir.

Stanford Universiteti Sİ vasitəsilə virtual laboratoriyalar və maşın öyrənməsi modulları tətbiq edir, bu da tələbələrin innovativ layihələr yaratmasına kömək edir. Oxford Universiteti isə Sİ-ni humanitar elmlərdə, mətn təhlili və tədqiqatlarda istifadə edərək təhsili daha effektiv edir. Bu universitetlər Sİ-nin etik istifadəsi üzrə qaydalar qəbul etmişdir ki, bu da bizim konsepsiyamızda əks olunub.

Qlobal təcrübə göstərir ki, Sİ təhsili pandemiya dövründə xilas etmiş və post-pandemiya inkişafını sürətləndirmişdir.

Ölkənin bütün təhsil ocaqlarında tətbiq zərurəti

Azərbaycanın rəqəmsal transformasiya strategiyası çərçivəsində Sİ-nin bütün təhsil müəssisələrində tətbiqi zəruridir. Bu, ölkənin qlobal rəqabət qabiliyyətini artıracaq, gənc nəsli gələcək peşələrə hazırlayacaq və iqtisadi inkişafa töhfə verəcək. Pilot layihələrin uğuru (BMU və UNEC-də) göstərir ki, bu model ölkə miqyasında genişləndirilməlidir.

Tətbiq bütün səviyyələrdə – orta, peşə və ali təhsildə – vacibdir, xüsusilə regionlarda əlçatanlığı artırmaq üçün.

Sİ-nin tədrisdə istifadəsində problemlər

Ölkəmizdə Sİ-nin inkişafı və o cümlədən təhsildə istifadəsi hələ çox aşağı səviyyədədir. Dünyada Sİ tədqiqatlarının və istifadəsinin 75 illik inkişaf tarixi var. Azərbaycanda isə, Sovet dövrü istisna olmaqla, 1–2 illik tarixə malikdir. Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında Süni İntellektin İnkişafı Strategiyası” yalnız 2025-ci ildə təsdiq edilmişdir.

Sİ üzrə kadr hazırlığı təqribən 20–30 illik tarixə malikdir, bizdə isə yalnız 2025-ci ildə plana daxil edilmişdir. Elmi tədqiqatlar isə demək olar ki, yoxdur. Hökumətlərin Sİ-ə hazırlıq indeksinə görə Azərbaycan 181 ölkə arasında 111-ci yerdə qərarlaşmışdır (Oxford Insights, 2024).


Konkret səbəblər:

– Ölkədə elmin inkişafında ciddi geriləmə və faktiki olaraq elmi aktivliyin dayandırılması. Sİ təmiz elmi məhsuldur, hətta passiv istifadəsi belə dərin elmdir. Sİ bir çox elmlərin inteqrasiyasıdır (riyaziyyat, kompüter elmləri, proqramlaşdırma, biologiya, fizika, kimya, tibb, psixologiya və s.) və bu elmlərin dərin tədqiqatı olmayan mühitdə Sİ-dən danışmaq mümkün deyil. Azərbaycan dünyada yeganə ölkədir ki, 1980 və 1990-cı illər arasında elm xərcləri faktiki qiymətlərlə dörd dəfə, elmi işçilərin, patentlərin və elmi-texnoloji məhsulların sayı isə 20%-dən 20 dəfə qədər azalmışdır.

– Kadr çatışmazlığı. Sİ ixtisasları üzrə (Süni intellekt, Maşın öyrənmə, Dərin öyrənmə, Neyron şəbəkələri, Düşüncə elmi, Sİ proqramlaşdırması, Süni dərk etmə, Data elmləri, Big Data, Üztanıma, Rəng seçmə və s.) ölkədə kadr hazırlığı başlanmayıb. Universitet və məktəb kadrlarının bir çoxu sadəcə kompüterdən istifadə edə bilir. Rəqəmsal sistemlərlə belə müəllimlərin və professorların çalışması bəzən əlifba bilməyən adama dərs demək kimi qəbahətli vəziyyət yaradır. Universitetlərin əksəriyyətində kağızla işləmək dayandırılıb, kargüzarlıq elektron qaydada aparılır.

– Digər problem, korrupsiya və qeyri-leqal iqtisadiyyatın üstünlük təşkil etdiyi ölkələrdə Sİ-ə qarşı müqavimətdir. Azərbaycan da korrupsiya elementlərinin çoxluq təşkil etdiyi ölkələr sırasındadır. Belə şəraitdə Sİ və rəqəmsallaşma optimal qərar qəbul edir və qara pulları üzə çıxarır. Hazırda elə proqramlar var ki, insanın üz cizgilərindən onun qəlbində nə düşündüyünü başa düşür.

–Maarifləndirmə zəifdir, Sİ hətta bəzi alimləri qorxuya salır ki, bu texnologiya insan cəmiyyətini məhv edə bilər. Sİ hələ rüşeym halındadır və cəmi bir neçə ildir tətbiq olunur.

Amma texnologiyanın qarşısını almaq mümkün deyil; gec-tez Sİ bütün cəmiyyətləri əhatə edəcəkdir. Bizim kimi ölkələr bununla ayaqlaşmalı və öz Sİ proqramlarını yaratmağı düşünməlidir.

Təhsil Nazirliyinə tövsiyələr

Sİ-nin təhsilə inteqrasiyası üzrə milli proqram qəbul edilsin, müəllimlər üçün təlimlər təşkil olunsun və etik qaydalar tərtib edilsin. Pilot layihələr genişləndirilərək dövlət universitetlərində məcburi tətbiqə keçilsin. Beynəlxalq əməkdaşlıq (Harvard, Stanford və s.) qurulmalı və Sİ infrastrukturuna investisiyalar artırılmalıdır. Bu, Azərbaycan təhsilini dünya səviyyəsinə çıxaracaq.

Ölkə boyu Sİ elementlərinin öyrədilməsi və istifadəsi üzrə kütləvi tədbirlər, kurslar təşkil edilsin. Birinci növbədə müəllimlər (bütün təhsil ocaqlarında), tələbələr və ümumilikdə əhali maarifləndirilməlidir. Bu proqramları və ümumiyyətlə, kompüterdə işləməyi bacarmayan müəllim və ya tələbə-şagird təhsil ocağına buraxılmamalıdır. Keçən əsrin əvvəllərindəki kütləvi savadsızlıq (oxuyub-yazmağı bacarmamaq) hazırda kompüterdə işləməyi bacarmamaq kimi eyni əhəmiyyətə malikdir – bu, kütləvi rəqəmsal savadsızlıq deməkdir.

Bu proqramlarda yalnız işləməyi bacarmaq belə hər cür intellektual inkişafa yol açır: ayrı-ayrı predmetləri fərdi qaydada öyrətmək, şəxsi kabinetlə işləmək, dilləri öyrətmək, ümumi intellektual potensialı artırmaq və s. Elmi tədqiqat üçün əvəzsiz nemətdir. Yaradıcılıq üçün – kino, video, musiqi, mahnı bəstələmək, tibbi, kənd təsərrüfatı və fermer fəaliyyəti, bədii əsər, roman, pyes, şeir yazmaq və s. – çox faydalıdır.

Yüz minlərlə şagird və tələbə repetitorla işləyir və böyük məbləğdə pul xərcləyir. Bu proqramlarla işləyə bilən heç kimə repetitor lazım olmayacaq, çünki proqramlar pulsuz və yüksək səviyyədə bu işləri yerinə yetirir. Azərbaycanda bu Sİ proqramları səviyyəsində dərs verə bilən şəxs yoxdur. Bu proqram yaradıcı süni intellektir və dünyada mövcud olan bütün dahi alim və mütəxəssislərin bilikləri bu proqramlara daxil edilib.

Genişmiqyaslı kadr hazırlığı və kütləvi elmi-tədqiqat işlərinə başlanması vacibdir. Keçən əsrin sonlarından etibarən mən saydığım 100-ə yaxın yeni elm formalaşıb, amma Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda bu elmlərin 80%-i üzrə kadr hazırlığı başlanmayıb (25 illik gecikmə müasir dövr üçün böyük itkidir). Elmi tədqiqat işləri də yoxdur. Halbuki, Sİ və proqramlaşdırma ən çox gəlir gətirən qeyri-neft sektorudur və bu təmiz elmdir. Bill Qeytsin hesablamalarına görə, Sİ-yə qoyulan hər dollar 100–1000 dollar arası əlavə gəlir gətirir. Qeyri-neft sektorunun mənbələri Sİ və proqramlaşdırmada axtarılmalıdır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see208

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see203

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see192

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see161

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see155

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see152

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see148

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see139

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see139

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see133

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see131

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see130

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see128

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see126

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri