Yeni Azərbaycan Partiyası mütərəqqi ideyaları gerçəkləşdirən yenilikçi siyasi qüvvədir
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu, Cəhri bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Babək rayon təşkilatı sədrinin müavini Elvin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası mütərəqqi ideyaları gerçəkləşdirən aparıcı və yenilikçi siyasi qüvvədir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası islahatlar vasitəsilə inkişafı təmin edir.
Təşviqat qrupunun üzvü Gülzar Rütəmova, bələdiyyə üzvlüyünə namizədlər Sənan Novruzov, Oruc Səfərov, Bəxtiyar Əhmədov, Şəfayəddin Qəmbərov, Ayşən Tahirova, Elman Bayramov, Əli Quliyev, Mahirə Şahverdiyeva və Taleh İmanov bələdiyyə seçkilərinin əhəmiyyətini diqqətə çatdırıblar. Onlar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.
Baxış sayı:124
Bu xəbər 17 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















