Icma.az
close
up
RU
Azərbaycan təkcə özünü deyil, regionu da qoruyur!

Azərbaycan təkcə özünü deyil, regionu da qoruyur!

Icma.az bildirir, Modern.az portalına istinadən.

Prezident İlham Əliyevin 22 illik hakimiyyəti dövründə təhlükəsizliyə qarşı təhdidlərin qarşısının alınması, qorunması, gücləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilib. Bu dövr həm daxili sabitliyin təmin olunması, həm də Azərbaycanın təhlükəsizliyinin beynəlxalq və regional səviyyədə təmin olunması və mühüm mövqeyə yüksəlməsi ilə xarakterizə olunur.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

O qeyd edib ki, 22 illik dövrdə Azərbaycan Prezidentinin əsas məqsədi torpaqların işğaldan azad etməsi, müstəqil xarici və daxili siyasət, suverenliyimizin qorunması və Azərbaycan xalqının rifahının yüksəldilməsi olub:

"Bütün bunlar üçün ölkəmizin xarici təhdidlərə qarşı dayanıqlı, daxildə sabit və regional təhlükəsizliyin təminində aparıcı aktora çevrilməsi məsələsi dururdu. Bu gün Azərbaycan yalnız özünün təhlükəsizliyini təmin etmir, o həm də regiona olan təhdidlərin qarşısını alan və regionda sülhü, sabitlik sistemini formalaşdıran böyük bir dövlətdir. Ən böyük tribunalarda bu haqda açıqlamalar, bəyanatlar verilir. Bu gün dünya düzənin pozulduğu, beynəlxalq güclərin beynəlxalq hüququ üstələdiyi bir vaxtda belə bir addımlar çox mühüm məsələdir. 2003-cü ildən sabitlik və ictimai asayişin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetidir. Bu istər ümumi təhlükəsizlik sistemi, hüquq-mühafizə orqanlarında islahatların aparılması, təhlükəsizlik strukturlarının şəffaflıq və peşəkarlıq baxımından yenilənməsi, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması ilə bağlı yeni strategiya layihələrinin hazırlanması və həyata keçirilməsiydi".

Komitə sədri bildirib ki, daxili separatizm cəhdlərinin qarşısının alınması, dini radikalizmlə mübarizə və xaricdən gələn təhdidlərin qarşısının alınması da ən mühüm istiqamət idi:

"Müdafiə sisteminin yenidən qurulması, Azərbaycan ordusunun suda, quruda, dağda vuruşması üçün Ali Baş Komandan kimi İlham Əliyev hakimiyyətində əsas istiqamət olub. NATO standartlarına uyğun, müasir silah sistemləri, dronlar, PUA-lar, artilleriya texnikaları əldə edildi. Və ən ciddi bu istiqamətdə addım atan dövlətlər Pakistan, İsrail, Türkiyə və digər müttəfiqlərlə birlikdə müdafiə sənayesində həm birgə müəssisələrin yaradılması, eyni zamanda müasir sənayenin qurulması çox mühüm məsələydi. Yerli hərbi istehsalın inkişafı cənab Prezident tərəfindən, onun tapşırığına uyğun hərəkətə keçirildi".

Komitə sədri vurğulayıb ki, ordu quruculuğundan sonra ən mühüm məsələ Qarabağ məsələsi, ərazi bütövlüyünün təmini idi:

“Vətən Müharibəsində əldə olunan qələbə İlham Əliyevin hakimiyyətində şah əsəridir. 2020-ci ildə bu yalnız hərbi qələbə deyil, strateji və təhlükəsizlik nöqteyi nəzərindən dönüş nöqtəsiydi. Laçın, Kəlbəcər və Ağdamın dinc yolla azad olunması da bu məsələlərdə reallığı üzə çıxardı. 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra bayraqlarımız bütün ərazilərdə dalğalandı, seçkilər keçirildi. Və artıq 30 ildən bəri işğal altında olan ərazilər də suverenlik  tam bərpa edildi. Regional təhlükəsizlik, diplomatik balansın qorunması da tərəfdaşlıq əsaslı təhlükəsizlik modelini yaratdı. Koordinasiyalı şəkildə əməliyyatların aparılması, məlumat mübadiləsi Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təhlükəsizlik gündəmini tam şəkildə formalaşdırıldı. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası, sülh  müqaviləsi ətrafında aparılan danışıqlar, Vaşinqton görüşü, BMT-nin iclası, Şanxay Əməkdaşlıq Təşkilatında aparılan söhbətlər regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasında Azərbaycanı bir daha yüksəltdi. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sabitliyə, dayanıqlığa təkan verdi”.

A.Nağıyev qeyd edib ki, enerji təhlükəsizliyi və bundan doğan iqtisadi təhlükəsizlikdən də danışmaq lazımdır:

“TAP, TANAP, Cənub Qaz Dəhlizi kimi layihələr təkcə iqtisadi deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhfə verən elementlər idi. Bunu Avropada da dərk edirdilər. Enerji resurslarının ixracından gələn gəlirlər müstəqilliyimizin və milli təhlükəsizliyimizin əsas təminatıdır. Bununla yanaşı qeyri-neft sektorunun inkişafı, ərəb dövlətləri ilə münasibətlər, digər çox ciddi fiqurlarla əldə edilmiş razılıqlar da buna nümunədir. Dezinformasiya və kiber təhdidlərin qarşısının alınması da ciddi məsələləriydi. Buna görə də cənab Prezidentin rəhbərliyi, tapşırığı ilə aparılan islahatlar Azərbaycanın gələcəyində informasiya təhlükəsizliyi strateji xətt kimi müəyyənləşdirilib. Bundan başqa ordu quruculuğu ilə bağlı səfərbərlik məsələləri, qəbul olunan qanunlar, ordunun komplektləşdirilməsi istiqamətində də çox ciddi addımlar atılır. Bunu da təbii ki, cənab İlham Əliyevin birbaşa tapşırığı ilə aparılan islahatlardır. Yəni dövlət və strateji obyektlər üçün bütün istiqamətlərdə Azərbaycanın dövlət və dövlətçiliyinə ola biləcək təhdidlərin qarşısının alınması istiqamətində ən ciddi addımlar atılıb və atılacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri