Icma.az
close
up
RU
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC nin sədri BDU tələbələri ilə görüşüb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC nin sədri BDU tələbələri ilə görüşüb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 may, AZƏRTAC

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetin fəaliyyət planına uyğun olaraq tanınmış məzunlarla daim görüşlərin keçirildiyini və bunun tələbələrin inkişafında, karyera quruculuğunda mühüm rol oynadığını bildirib: “BDU fəaliyyət göstərdiyi 106 il ərzində zəngin tarixi yol keçib və xalqımızın maariflənməsinə, milli düşüncənin inkişafına, yüksəkixtisaslı kadrların yetişməsinə əvəzsiz töhfələr verib. Bu günə qədər BDU-nun 200 mindən çox məzunu olub. BDU-nun dünyaşöhrətli məzunu Ümummilli Lider Heydər Əliyevdir. Hər bir universitetin ən böyük dəyəri onun məzunları, alimləri və tələbələridir. BDU öz məzunları ilə fəxr edir”.

Əliş Ağamirzəyev qeyd edib ki, BDU-nun uğurlu məzunu olan Rövşən Məmmədov da aparıcılıqdan, müxbirlikdən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbəri vəzifəsinə qədər pillə-pillə yüksəlib, şərəfli yol keçib. Onun fəaliyyəti indiki tələbələr üçün nümunədir.

Rövşən Məmmədov tələbələrə peşəkar jurnalist olmaq, karyerada uğur qazanmaq üçün tələb olunan keyfiyyətlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, yaxşı jurnalist olmaq üçün daim öz üzərində işləmək, zəngin mütaliəyə sahib olmaq lazımdır: “İctimai fikri formalaşdıran jurnalistlərimiz dilimizi ən mükəmməl səviyyədə bilməlidir. Müasir dövr həm də əlavə xarici dil bilikləri tələb edir. Hazırda media məkanı qloballaşıb və yalnız millilik kifayət etmir. Beynəlmiləlləşmək və xarici aləmə inteqrasiya etmək lazımdır. Buna görə də gənc jurnalistlərimizin üzərinə böyük məsuliyyət düşür”.

Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri