Icma.az
close
up
RU
Azərbaycan televiziyasının fədakar siması Lətifə Tağıyevanın doğum günüdür

Azərbaycan televiziyasının fədakar siması Lətifə Tağıyevanın doğum günüdür

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan televiziyasının unudulmaz simalarından biri, Əməkdar Mədəniyyət İşçisi, jurnalist, redaktor və yazar Lətifə Həsən qızı Tağıyevanın doğum günüdür. 1948-ci il aprelin 4-də Göyçay şəhərində dünyaya göz açan bu görkəmli ziyalı xanım, ömrünü xalqın maariflənməsinə, gənc nəslin elmi-pedaqoji və mənəvi inkişafına, milli kimliyimizin qorunmasına və zənginləşdirilməsinə həsr edib.

Televiziya ilə bütöv bir ömür

Lətifə Tağıyeva Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb və 1971-ci ilin fevralından etibarən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. Onun jurnalistika sahəsindəki fəaliyyəti "Tədris və Elmi-Kütləvi Proqramlar" Baş redaksiyası ilə bağlı olub və bu redaksiyada kiçik redaktordan, şöbə müdiri və studiya direktoruna qədər yüksəlib. Bu yüksəliş, onun həm istedadının, həm də əməyi və məsuliyyətinin bariz nümunəsidir.

Lətifə Tağıyevanın imzası ilə Azərbaycan tamaşaçısına təqdim olunan proqramlar - "Məktəb mənim həyatımdır", "Ziya", "Elm xadimlərimiz", "Zamanın tələbi", "Əsrin ayrıcında", "Səadət" qadınlar klubu və digərləri milli televiziyanın qızıl fonduna daxil olub. Bu verilişlər maarifləndirici məzmunu, bədii-estetik təqdimatı və insani duyğulara toxunması ilə sevilib, qəbul olunub, illərlə izlənilib.

Onun ssenarisi əsasında çəkilmiş Xudu Məmmədov və Əhməd Cavad haqqında sənədli filmlər də, milli ruhun, azərbaycançılığın və elmi dəyərlərin təbliğində böyük rol oynayıb.

Ən yaddaqalan layihələrindən biri də Ermənistanın təcavüzü nəticəsində Qarabağın təbiətinə vurulan zərərləri əks etdirən "Təbiətin göz yaşları" adlı sənədli filmdir. Bu film Almaniya və Türkiyədə, 174 ölkənin alimlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda nümayiş etdirilərək böyük marağa səbəb olub. Bu, Lətifə xanımın həm peşəkar, həm də vətənpərvər mövqeyinin göstəricisidir.

Lətifə Tağıyeva 2006-cı ilin dekabrın 1-də televiziyadakı fəaliyyətini başa vurub.

Lətifə Tağıyevanın zəngin jurnalist fəaliyyətinə dövlət və ictimaiyyət tərəfindən yüksək qiymət verilib. O, Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülüb. Eyni zamanda "Azərbaycan xalq maarifi əlaçısı" döş nişanı, Yusif Məmmədəliyev adına medal, "Qızıl qələm", "Dan ulduzu" və "Hacı Zeynalabdin Tağıyev" adına mükafatlar onun jurnalistika və mədəniyyət sahəsindəki əvəzsiz xidmətlərinə verilmiş qiymətlərdir.

Lətifə xanımın həyat yoldaşı da Azərbaycan Televiziyasının tanınmış siması Kamil Quliyevdir.

Xatirəsi daim yaşayacaq…

Lətifə Tağıyeva yalnız televiziya sahəsində deyil, maarif, elm, qadın və gənclik mövzularında da təbliğatın əsas simalarından biri olub. O, kamil bir televiziya peşəkarı, nümunəvi ziyalı, düşüncəli və yüksək mədəniyyət sahibi idi. Onun ömrü və fəaliyyəti, jurnalistika və televiziya sahəsinə gələcək nəsillər üçün bir məktəbdir.

Lətifə xanım 2013-cü il 21 avqust tarixində dünyasını dəyişsə də, onun yaradıcılığı, ideyaları və xidmətləri Azərbaycan mədəni yaddaşında əbədi yaşayacaq.

Doğum gününüz mübarək, Lətifə xanım. Ruhunuz şad olsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri