Icma.az
close
up
RU
Azərbaycan təmiz və sağlam təməlli sülh istəyir, Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirir

Azərbaycan təmiz və sağlam təməlli sülh istəyir, Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması probleminin həlli istiqamətində yolu ölkədə konstitusiyaya dəyişiklik edilməsidir. Təəssüf ki, Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirir. Onlar hesab edir ki, konstitusiyada dəyişiklik edilə bilməz”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, artıq 2024-cü ilin sonuna yaxınlaşırıq, ancaq hələ də Azərbaycanla Ermənistan arasında sülh anlaşması haqda nikbin fikirlər səslənməkdədir. Bir neçə həftə əvvəl Ermənistan baş naziri Nikol Paşinyan yenə tezliklə sülh anlaşmasının əldə edilə biləcəyini bəyan edib.

Müşfiq Cəfərov

“Bəllidir ki, 44 günlük savaşdan sonra Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bildirib. Səmimi görünmək üçün hətta konkret tarix də dilə gətirib. Amma Ermənistan rəhbərliyi öz ölkəsinin hazırkı konstitusiyasından Qarabağla bağlı mürtəce müddəanın çıxarılması üçün heç nə etmir”-deyən deputat bildirib ki, həmin konstitusiyasının preambulasında “Əsas Qanun”un Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş prinsip və məqsədlərdən irəli gəldiyi qeyd olunur.

“Müstəqillik Bəyannaməsinin preambulasında "Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli Ermənistan "SSRİ-yə yenidən birləşmək haqqında" birgə qərardan bəhs olunur. Ermənistan parlamenti ilk növbədə problemin həlli ilə məşğul olmalıdırlar. Biz bilirik ki, hələ sovet dövründə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilmiş "Ermənistanın Müstəqillik Bəyannaməsi"nə dəyişiklik etmək mümkün deyil. Bu hüquqi problemin həlli, Ermənistan Konstitusiyasının preambulasına edilən və haqlı olaraq Azərbaycana məxsus olan Qarabağ bölgəsinə ərazi iddialarının olmadığını göstərən dəyişikliklər olmalıdır”-deyən deputat qeyd edib ki, bunun üçün Ermənistan hökuməti referendum keçirməli və konstitusiyanın preambulasını redaktə etməli olacaq.

Müşfiq Cəfərov əlavə edib ki, “Ermənistanın Müstəqillik Bəyannaməsi”nə istinad oradan tamamilə silinməlidir, çünki konstitusiyasını qəbul edərkən yerli parlament məhz bunu rəhbər tutub, bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi reallaşa bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri