Azərbaycan təmsilçisi debütündə: Nakautlə qələbə qazandı
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbirinə start verilib.
“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, yarış ilkin kartın döyüşləri ilə başlayıb.
Gecənin ilk döyüşü yarımorta çəki dərəcəsində baş tutub.
Azərbaycan təmsilçisi Tahir Abdullayev oktaqona çıxıb. O, braziliyalı Cefferson Nasimento ilə qarşılaşıb.
Debütantların mübarizəsi nisbətən sakit start götürüb. İlk raundun yalnız son dəqiqəsi qarşılıqlı zərbələrlə əlamətdar olub. Hissə Tahirin üstünlüyü ilə başa çatıb. Rəqibinə 7 zərbə endirən Abdullayev 4 zərbə alıb.
İkinci raund braziliyalı döyüşçünün üstünlüyü ilə başlayıb. Nasimento 16, Abdullayev isə 6 zərbə ilə raundu tamamlayıb.
Döyüşün taleyi son raundda həll olub. Üçüncü hissə Tahirin fəallığı ilə start götürüb. Azərbaycan təmsilçisi iki dəfə teykdauna gedib. Üstünlüyə nəzarəti ələ alan Tahir rəqibini nakaut edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 27 İyun 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















