Rus dilinin istifadəsinə məhdudiyyətlər hazırlanır
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Latviyanın yeni hökuməti rus dilinin ictimai məkanda istifadəsini məhdudlaşdırmaq üçün hüquqi baza yaratmaq məqsədilə derusifikasiya haqqında deklarasiya qəbul etməyi planlaşdırır.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, belə bir vəd Latviyanın yeni hökumətinin gələcək fəaliyyətinə dair dərc olunmuş bəyannaməsində yer alıb.
Çərşənbə axşamı axşam saatlarında Latviya Seymi baş nazir Andris Kulberqsin rəhbərlik edəcəyi yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Koalisiyanı seçkilərdə qalib gəlmiş "Birləşmiş Siyahı” və "Milli Alyans” partiyaları formalaşdırıb.
Dərhal yeni hökumətin fəaliyyət bəyannaməsinin mətni dərc olunub. Sənədin 118-ci bəndində hökumətin "derusifikasiya haqqında bəyannamə” qəbul etmək niyyəti qeyd edilir.
Sənəddə deyilir:
"Akademiklərin, tarixçilərin və sosiolinqvistlərin tövsiyələrini təsbit edərək, derusifikasiya haqqında bəyannamə qəbul edəcəyik. Bununla rus dilinin ictimai məkanda istifadəsinin məhdudlaşdırılması və latış dilinin yeganə dövlət dili kimi statusunun möhkəmləndirilməsi üçün hüquqi baza yaradacağıq”.
Hakimiyyət orqanları hələlik rus dilinin istifadəsinə konkret olaraq hansı məhdudiyyətlərin tətbiq ediləcəyini və bunun qanunvericilikdə necə tənzimlənəcəyini açıqlamayıb.
Bununla belə, hökumətin ictimai yerlərdə, informasiya məkanında və iş yerlərində latış dilinin istifadəsini genişləndirmək niyyətində olduğu məlumdur. Bundan əlavə, Riqa yalnız latış dilində məzmun dərc edən nəşriyyatlara dəstək vəd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 20 Noyabr 2026 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















