Ermənistan TRIPP marşrutu üzrə ərazinin təmizlənməsinə başlayır
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsində xidmət və işlərin satın alınması üçün 16 milyon dram (44 min dollar – red.) vəsait ayrılıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar noyabrın 19-da Ermənistan hökumətinin iclasında qəbul edilib.
Ayrılan vəsait hesabına ərazinin təmizlənməsi üzrə hazırlıq işləri aparılacaq.
Xüsusilə, tunellərin daş və tullantılardan təmizlənməsi, ərazidə toplanmış torpağın daşınması və digər işlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Noyabr 2026 06:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















