Azərbaycan təmsilçisi Mühasiblərin Zirvə Toplantısında beynəlxalq mükafata layiq görülüb
Icma.az, Operativmedia saytına istinadən bildirir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov beynəlxalq “LUCA” mükafatına layiq görülüb.
"Operativ Media" xəbər verir ki, o, Böyük Britaniyanın paytaxtı London şəhərində təşkil olunan “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammiti çərçivəsində Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM, Institute of Certified Financial Managers) tərəfindən Azərbaycanda dövlətsatınalmalarının idarə edilməsi və təkmilləşdirilməsinə verdiyi töhfələrə görə təltif edilib.
Qeyd edək ki, italyan alim, riyaziyyatçı Luka Paçolinin şərəfinə təsis edilən bu mükafat hər il Avropa və MDB ölkələrinin mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və digər sahələr üzrə peşəkar menecerlərinin bir araya gəldiyi beynəlxalq tədbir zamanı iqtisadiyyatın inkişafında xidmətləri olan şəxslərə təqdim olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Noyabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















