Azərbaycan tennisçilərindən Almatıda uğurlu start
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanın Almatı şəhərində keçirilən Avrasiya Liqasında uğurla çıxış ediblər.
İdman.Biz xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında yarışa qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet turnirin ikinci liqasında mübarizə aparıb. İlk dəfə bu yarışda iştirak edən komandamız finala qədər keçirdiyi səkkiz oyundan yeddisində qələbə qazanıb.
Yalnız həlledici qarşılaşmada Özbəkistan millisinə məğlub olan təmsilçilərimiz turnirin ilk turunu ikinci pillədə başa vurublar.
Yarışın növbəti turunun oyunları 28-31 may tarixlərində keçiriləcək. Ümumilikdə dörd turun nəticəsinə əsasən ilk iki yeri tutacaq kollektivlər Super Liqaya vəsiqə qazanmaq şansı əldə edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Mart 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















