Icma.az
close
up
RU
“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” adlı yeni daimi ekspozisiyanın açılışı olub.

Bu barədə AZƏRTAC-a muzeydən bildirilib. Tədbirdə Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı, akademik Ömər Eldarov və Azərbaycan Memarlar İttifaqının sədri Əməkdar memar Elbay Qasımzadə çıxış ediblər. Çıxışlarda ekspozisiyanın milli incəsənətimizin ötən əsrin 50-ci illərindən başlayaraq 2000-ci illərədək müxtəlif dövrlərini bir araya gətirməsi, rəssam və heykəltaraşların yaradıcılıq yolunun müəllifləri olduqları parlaq sənət nümunələri vasitəsilə təqdim etməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Ekspozisiyada ümumilikdə 80-dək rəngkarlıq, heykəltaraşlıq və eləcə də qrafika əsəri yer alıb.

Müxtəlif nəsillərə mənsub sənətkarların yaradıcılığını bir arada nümayiş etdirən ekspozisiya Azərbaycan təsviri sənətinin bütöv mənzərəsini yaradır. Burada həm XX əsrin əvvəllərində realizm üslubunda çalışan rəssamların sənət dünyası, həm də sonrakı dövrlərdə forma və ifadə vasitələrində yeni yanaşmalar ortaya qoyan modernistlərin axtarışları, eləcə də müasir dövrdə qlobal mövzulara müraciət edən rəssamların əsərləri təqdim edilərək tamaşaçıya milli rəssamlığımızın geniş üfüqlərini izləmək imkanı verir.

Tematika üzrə bölünmüş zallarda Bakının ecazkar mənzərələrini əks etdirən tablolar, görkəmli şəxsiyyətlərin psixoloji dərinliklə işlənmiş dolğun obrazları, gündəlik həyat səhnələrini canlandıran janr rəngkarlığı nümunələri və rənglə formanın fəlsəfi harmoniyasını ifadə edən mücərrəd əsərlər nümayiş olunur. Bütün bunlar Azərbaycan rəssamlıq məktəbinin həm klassik kökləri, həm də müasir axtarışlarını üzvi şəkildə birləşdirərək milli incəsənətin zənginliyini və dinamik inkişafını nümayiş etdirir.

Tağı Tağıyev, Qafar Seyfullayev, Vəcihə Səmədova, Bədurə Əfqanlı, Asəf Cəfərov, Bəyim Hacıyeva, Nadir Qasımov, Mirnadir Zeynalov, Fərhad Xəlilov, Çingiz Fərzəliyev, Salhab Məmmədov, Sirus Mirzəzadə, Aydan Salahova və digər qocaman və yeni dövr rəssamlarının əsərləri müxtəlif dövr və üslubları vahid bir məkan çərçivəsində təqdim etməklə XX əsr təsviri sənətinin dolğun mənzərəsini canlandırır.

Rəngkarlıq ekspozisiyasına Azərbaycan heykəltaraşlığının Cəlal Qaryağdı, Elmira Hüseynova, Natiq Əliyev, Sahib Quliyev, Teymur Rüstəmov kimi müxtəlif nəsilləri təmsil edən parlaq nümayəndələrinin klassik və abstrakt üslubda yaratdıqları əsərlər xüsusi dərinlik qatır. Burada ənənəvi realizmlə müasir plastik dil yanaşı təqdim olunaraq tamaşaçıya milli heykəltaraşlıq məktəbinin inkişaf xəttini izləmək imkanı yaradır. Nümayiş olunan plastika nümunələrində həm insan obrazlarının psixoloji zənginliyi, həm də forma və məkan münasibətlərinin yeni interpretasiyası diqqəti cəlb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri