Icma.az
close
up
RU
Azərbaycan texnoloji tərəqqinin önündə gedir

Azərbaycan texnoloji tərəqqinin önündə gedir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

IV Sənaye İnqilabının çağırışları ölkədə həssaslıqla cavablandırılır

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş konfransda ölkəmizdə 4.0 Sənaye Mərkəzinin yaradılacağını bildirib. O, bu mərkəzin, eyni zamanda, özəl və dövlət sektorunun nümayəndələrinə müxtəlif layihələrlə tanış olmaq imkanı verəcəyini, orada texnoloji şirkətlərin öz məhsullarını təqdim edəcəyini, startapların iştirakının təmin olunacağını, 5 mindən çox insana rəqəmsal bacarıqlar öyrədiləcəyini vurğulayıb.

F.Cəfərov qeyd edib ki, hazırda IV Sənaye İnqilabının innovasiyalarını həyata keçirən şirkətlərin reyestri yaradılır. Beləliklə, 4.0 Sənaye platforması ilə anbar xərclərinin 20-40 faiz azaldılacağı və məhsuldarlığının 15-30 faiz artırılacağı gözlənilir.

Konfransda İqtisadiyyat Nazirliyi yanında 4SIM-in 2030-cu ilədək ölkədə 650 müəssisənin rəqəmsal transformasiyasını həyata keçirməyi planlaşdırdığının və bu prosesin cari ildə başlayacağının nəzərdə tutulduğu bildirilib. Eyni zamanda, proqramın bir hissəsi olaraq, 4SIM-in həm yerli, həm də xarici mütəxəssisləri cəlb edəcəyi, onların müəssisələrə baş çəkəcəkləri, biznes proseslərini öyrənəcəkləri, sonra isə yol xəritəsini tərtib edəcəkləri, habelə əməliyyatların təkmilləşdirilməsi üçün hansı texnologiyaların tətbiqinin lazım olduğunu müəyyənləşdirəcəkləri nəzərdə tutulub. Bununla yanaşı, çıxışlarda sonradan bu texnologiya və innovasiyaları tətbiq edən fabrik və zavodların öz istehsalını təkmilləşdirəcəklərinə və daha yaxşı nəticələr əldə edəcəklərinə böyük ümid bəslənildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, ötən il 4SIM tərəfindən tədris proqramı çərçivəsində bir neçə müəssisədə rəqəmsal diaqnostika aparılıb. Müəssisələrin rəqəmsal transformasiyaya hazırlıq səviyyəsi ölçülüb və müvafiq yol xəritələri hazırlanıb. 4SIM-in 2025-ci ildə daha 15, 2030-cu ilə qədər isə 650 müəssisənin rəqəmsal transformasiyasına dəstək verməsi planlaşdırılıb.

Ekspertlərin fikrincə, IV Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin çulğalaşmasını təsvir etmək üsuludur. Bu, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir.

Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan 4SIM yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycan Respublikası ilə IV Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Qeyd edək ki, 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Bunun əsasında isə Azərbaycanda Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzi yaradılıb. Bu, adıçəkilən qurumun ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək məqsədindən irəli gəlib.

Azərbaycan IV Sənaye İnqilabı Mərkəzi MDB məkanında yaradılan ilk bu cür qurumdur. 4SIM 2021-ci il aprelin 1-dən ölkəmizdəki bu mərkəzin fəaliyyətini də koordinasiya edir. IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir.

Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahələrində müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, IV Sənaye İnqilabı Şəbəkəsinin müxtəlif ölkələrdə yaradılan mərkəzləri ilə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) sıx əməkdaşlığın qurulması və genişləndirilməsi üçün indiyədək bir sıra layihələr gerçəkləşdirilib. 4SIM 4Sİ texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrinə dair uğurlu həllərini özündə ehtiva edən tədqiqat sənədi hazırlayıb.

Azərbaycan IV Sənaye İnqilabı Mərkəzinin fəaliyyətinin ilk vaxtlarından etibarən, bu istiqamətdə çağırışlara start verilib. Ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə, müasir metodların, üsulların tətbiqinə başlanılıb.

Hazırda işğaldan azad edilən ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir və bu zaman IV Sənaye İnqilabının çağırışları diqqətdə saxlanılır. Layihələrin gerçəkləşdirilməsi zamanı müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqinə mühüm önəm verilir. Bu isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaxın gələcəkdə “ağıllı” region və “yaşıl” zona kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı” kənd layihəsinin həyata keçirilməsi bu baxımdan mühüm önəm daşıyır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər kənd və şəhərlərində də “ağıllı” və “yaşıl” yaşayış sahələri layihələri icra olunur. “Yaşıl” və alternativ enerjinin, “ağıllı” idarəetmə sistemi reallaşdırılır, xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə “Günəş paneli tarlası” salınır, su anbarları əsasında “ağıllı” akvakultura sistemlərinin tətbiqi diqqətdə saxlanılır.

Yeri gəlmişkən, IV Sənaye İnqilabının çağırışlarına əsaslanılaraq sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılmasına, səmərəli işin təşkilinə böyük əhəmiyyət verilir. İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, IV Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası, “ağıllı” biznes modellərinin yaradılması kimi məsələlər daim önə çəkilir. Bütün bunlarla bərabər, lisenziyalar və icazələrin alınması üçün sahibkarlara “ASAN xidmət” mərkəzlərində və “KOB evləri”ndə əlverişli şərait yaradılır.

IV Sənaye İnqilabı Mərkəzinin yaradılması ölkəmizin dinamik inkişafında mühüm rol oynayır. Hazırda informasiya cəmiyyətinin intellektuallaşdırılmasına, IV Sənaye İnqilabının əsas trendlərindən biri olan süni intellekt texnologiyalarının yaradılmasına mühüm önəm verilir. Bu texnologiyaların Azərbaycanda geniş tətbiq olunması, əmək bazarında rəqəmsal transformasiyaların təsiri ilə yeni reallıqların yarandılması ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirilir. Məsələn, 4SİM-in “İdeyadan biznesə” layihəsi çərçivəsində regionlarda innovasiya və IV Sənaye İnqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirdiyi tədbirlər də məhz bunun bariz ifadəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri