Icma.az
close
up
RU
Azərbaycan tolerantlıq məskəni kimi

Azərbaycan tolerantlıq məskəni kimi

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan qədimdən ayrı-ayrı millətlərə, dillərə və dinlərə mənsub insanlara qucaq açan bir ölkə olub. Müxtəlif konfessiyaların nümayəndələri burada illər boyu  sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu səbəbdən də Azərbaycan tolerantlığın beşiyi hesab edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyir ki, dövlət tərəfindən ölkədə yaşayan bütün dini icmalara hörmət və həssaslıq nümayiş etdirilir. Bütün dini icmalara hörmət yanaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərdə, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və inşası da daxil olmaqla, dini ibadət yerlərinə göstərilən dövlət dəstəyində təzahür edir. Azərbaycan tolerantlıq və dinlərarası harmoniya modelini daha da gücləndirib. Dövlət müxtəlif dini icmalara maliyyə yardımları və institusional dəstək göstərərək onların sərbəst fəaliyyəti üçün zəruri şərait yaradır.

Komitə sədrinin sözlərinə görə, bu siyasətin işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam etdirilir. Qarabağda ciddi zərər görmüş dini abidələrimiz üçün yeni bir mədəni və mənəvi dirçəliş dövrü başlanıb: "Bərpa işləri yalnız İslam irsinin deyil, eyni zamanda regionun zəngin və çoxşaxəli tarixi irsini əks etdirən xristian abidələrinin də qorunub saxlanmasına xidmət edir. Bu addımlar Azərbaycanın dini-mədəni müxtəlifliyi qoruyaraq gələcək nəsillərə ötürən ardıcıl və prinsipial siyasətinin nümunəsidir. Din azadlığının təkcə hüquqi sənədlərdə deyil, eyni zamanda institusional səviyyədə qorunması önəmlidir. Bu sahədə uğurlu nümunələrin tətbiqi əhəmiyyətlidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin inkişafı, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilir: "Heydər Əliyevin Azərbaycan xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsidir. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi müddətdə dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub. Bunun məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanıb. Qısa bir müddətdə görülən işlər, proseslərin gedişi, qlobal miqyasda baş verən hadisələr təsdiqlədi ki, Ulu öndər Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə yeni bir təkan vermiş və baş verə biləcək mənfi halların qarşısını əvvəlcədən alıb: "Heydər Əliyevin tolerantlıq, dini dözümlülük anlayışına spesifik baxışı var idi. O, Beynəlxalq tolerantlıq günü münasibəti ilə ölkədəki dini konfessiyaların başçıları ilə görüşündə tolerantlıq anlayışının geniş məna tutumuna toxunaraq bu məfhumun qısa və lakonik izahını verib: "Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlər arası münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir". Heydər Əliyev vəzifəsindən və yaşından asılı olmayaraq dünya miqyaslı siyasətçilərin belə onunla hesablaşdığı, hətta, məsləhətlər aldığı nadir şəxsiyyətlərdəndir. Bu mənada onun kiminsə məsləhətinə yox, başqalarının onun məsləhət və tövsiyələrinə həmişə ehtiyacı olub. Ancaq buna baxmayaraq, Heydər Əliyev dini konfessiyaların rəhbərlərini qəbul edər, müxtəlif tədbirlər də onlarla görüşər, fikir mübadiləsi, məsləhətləşmələr aparar, əlamətdar günlər və dini bayramlar münasibəti ilə səmavi dinlər ara sında fərq qoymadan dindarları rəsmən təbrik edərdi. Bu, Ulu öndərin böyüklüyünün, səmimiliyinin və Azərbaycan xalqının tolerantlıq ənənələrinə sadiqliyinin götəricisi idi".

G.İsmayılov deyir ki, bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə qeyd etdiyimiz fakt yox, həm də mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndə lərinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir: "XIX əsrin sonlarına yaxın Bakıda "Qızıllı kilsə" kimi tanınan "Aleksandr-Nevski" kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir. Heydər Əliyevin xidmətidir ki, bu böyük şəxsiyyətin hakimiyyəti illərində belə bir mütərəqqi ənənə bərpa edildi. Dinlərarası münasibətlərin gərginləşdiyi, dini-etnik qarşıdurmaya zəmin yaradıldığı bir zamanda uzun tarixi dövr ərzində formalaşmış bu ənənənin bərpası bütün dünya üçün nümunə, bizim üçün qürurverici hadisədir.

Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərini təkcə müxtəlif dini konfessiyaların nümayəndələri, tanınmış din xadimləri yox, elm adamları, siyasətçilər, görkəmli şəxsiyyətlər də etiraf edirlər. Onun hakimiyyəti illərində müxtəlif ölkələrin din xadimlərinin, dini liderlərin Azərbaycana səfərlərə dəvət olunması, bu səfərlərin yüksək səviyyədə təşkil edilməsi, dini liderlərin ölkədəki tolerantlıq mühiti ilə yaxından tanış olması məqsədilə dövlət səviyyəsində lazımi tədbirlər həyata keçirilib".

Gündüz İsmayılovun dediyinə görə, Azərbaycanın din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulub. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Bütün müasir demokratik dövlətlər kimi, Azərbaycanda fikir, söz və vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin etməyə və qorumağa çalışır. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Dövlət ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı bütün səyləri dəstəkləyir:

"Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığının təmin etmək sahəsində həyata keçirdiyi siyasət öz müsbət bəhrələrini verməkdədir. Hazırda ölkədə dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir. Din sahəsində beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Qəbul edilmiş yeni aktların aliliyi və həyatda öz əksini tapması üçün dövlət səviyyəsində, dövlətin müvafiq qurumları vasitəsilə mühüm tədbirlər həyata keçirilir. Son illər Azərbaycanda həyata keçirilmiş və kütləvi informasiya vasitələrində işıqlandırılmış tədbirlər bunun əyani sübutudur.

Bir sözlə, hazırda qüvvədə olan qanunvericilik cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq zamanın tələbinə, ümumi inkişaf qanunauyğunluqlarına, indi və gələcəkdə yarana biləcək bütün növ hüquqi münasibətlərin xarakterinə və tənzimlənməsinə, tolerantlıq prinsiplərinə tam uyğun gəlir. Hətta həmin aktlar dini aspektdən mütərəqqi qanunlar hesab edilə bilər".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see431

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see233

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see226

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see196

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see193

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see193

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see177

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see175

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see168

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see161

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see159

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see157

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see157

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see154

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see149

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see149

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see145

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see145

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see145

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri