Icma.az
close
up
RU
Tolerantlıq və mədəniyyətin təzahürü Azərbaycan

Tolerantlıq və mədəniyyətin təzahürü Azərbaycan

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rövşən Hüseynov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru

Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meylləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası bu gün tolerantlıq modeli kimi dünyada tanınır. Tolerantlıq bütün dövrlərdə olduğu kimi, bu gün də insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət kəsb edir. Bu birmənal şəkildə bir məziyyət, mənəvi keyfiyyətdir, lakin hər şeydən əvvəl tolerantlıq bir əməldir – başqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi deyil, dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir. Bəli, Tolerantlıq insanlar arasında körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə cavab verir. Tolerantlıq bütün təcrübə və dünyagörüşlərin bərabər qəbul edilməsi deyil. Əksinə, onun dəyəri universal insan hüquqları və əsas azadlıqlar haqqında məlumatlılıq və hörməti təlqin etməkdədir. Tolerantlıq Birləşmiş Millətlər Təşkilatının məğzini təşkil edir. BMT-nin Sivilizasiyalar Alyansı media ilə tərəfdaşlıq və gənclərin mübadilə proqramları vasitəsilə ekstremizmlə mübarizə aparmaq və mədəniyyətlərarası anlaşman təbliğ etmək istiqamətində dəyərli səylərini davam etdirir. Keçən avqust ayı BMT “dialoq və qarşılıqlı anlaşma” adı altında Beynəlxalq Gənclər İlinə start verib. YUNESKO-nun təşəbbüsü olan 2010 Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması ilinin əsas mövzusu da tolerantlıqdır. YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər danılmazdır.

Tolerantlıq öz-özünə meydana gəlmir. O, öyrədilməli, yetişdirilməli və başqalarına ötürülməlidir. Təhsilin, tədrisin, ailənin, cəmiyyətin, mühitin bu yöğndə rolu böyükdür. Belə ki, tolerantlığı gücləndirmək, nifrət və ayrı-seçkiliklə mübarizə aparmaq üçün böyük əhəmiyyəti var. Tolerantlığın zəruriliyi hər birimiz üçün aydındır. Lakin iradəmiz daha güclü olmalıdır. Tolerantlıq Azərbaycan xalqının xarakterik cəhətidir. Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. Azərbaycan müstəqilliyini əldə edəndən sonra dövlətin ideologiyasında da əsrlərdən gələn ənənə möhkəmləndirilib.

Fərqli mədəniyyət və din sahiblərinin birgə yaşayışının dövlət səviyyəsində rəsmi təsdiqi var və bu Konstitusiyamızda da təsbit olunub. Yaradılan mühit onu göstərir ki, Azərbaycan bütün Cənubi Qafqazda tolerantlıq nümunəsidir. Burada fərqli mədəniyyətlərin, dinlərin birgə yaşayışının xüsusi modeli bərqərar olub.

Dünya birliyi bu əsaslı və zəruri, daha doğrusu qlobal bir məsələyə diqqət çəkmək üçün təqvimə yeni bir əlamətdar gün təyin etdi. Bəli, 16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan tolerant ölkə olaraq dünyayaya açılan qapıdır. Burada mənbəyindən, mənşəyindən, dininndən, irqindən asılı olmayaraq bütün xaqlın nümayəndələri yaşayır və xoşbəxt həyat sürürlər. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.

Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əminamanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.

Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”, “insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilmişdir. 1993-cü il 8-9 oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunmuşdur…

Ölkəmizdə yaranan bu cür demokratik şəraiti yüksək qiymətləndirən xarici qonaqlar etiraf edirlər ki, dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün səylər göstərilsin, dövlət başçısı səviyyəsində müxtəlif konfessiyaların rəhbərləri ilə görüşlər keçirilsin, ayrı-ayrı xalqların dini mərasimlərində iştirakı təmin olunsun. Bəli, bu gün Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir, ölkədə tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası, dini, əqidə azadlığının təmin olunması üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir. Müqəddəs dini bayramlar münasibətilə ölkəmizdə məskunlaşan müxtəlif xalqları, icmaları təbrik edən Prezident İlham Əliyev vurğulayır ki, yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları, öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini bu günümüzə qədər yaşatmışlar.

Keçdiyimiz günlərdə ölkəmizdə dünya əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan “COP 29 - BMT-nin İ qlim Dəyişmələri Konfransı” na qucaq açdı. Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Bu möhtəbər tədbir bird aha sübut etdi ki, Azərbaycan dünya xalqların qucaq açan xoşməramlı, sülhsevər və ədalətli bir güclü ölkədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri