Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Azərbaycan nümunə, tolerantlıq adasıdır

Azərbaycan nümunə, tolerantlıq adasıdır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

  

Bizim ölkədə heç kim dininə görə təhdid yaşamır

Ötən bazar günü həm dünyada, həm də Azərbaycanda Beynəlxalq Tolerantlıq günü qeyd olundu. Bu tarix 1995-ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Tolerantlıq günü kimi qeyd olunur. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Ölkəmiz müasir dünyada nümunəvi tolerantlıq məkanı olub və multikulturalizm mərkəzlərindən biri kimi şöhrət qazanıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın ən mükəmməl modelini yaradıb. Ölkəmiz əsrlər boyu ərazisində mövcud olan bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Azərbaycanda təkcə kilsələr və sineqoqlar deyil, həm də çoxsaylı xristian və yəhudi ibadət evləri fəaliyyət göstərir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, ərazisində müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan torpaqlarında, Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın müxtəlif bölgələrindən olan azsaylı xalqların nümayəndələri də Vətən qarşısında öz borclarını yerinə yetiriblər. Azərbaycanda minlərlə ləzgi, avar, talış, yəhudi, rus, saxur və digər azsaylı xalqlar yaşayır. Onlar doğma torpaqlarımızın qaytarılması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşublar. Digər millətləri ölkəsindən didərgin salan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazisində müxtəlif xalqlar üçün qardaşlıq məkanı olub. Azərbaycanda yaşayan azsaylı xalqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədindəki nizamlama mövqeyini qətiyyətlə dəstəkləyirlər.

Məlumat üçün onu da bildirək ki, noyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mərkəzi ofisi ABŞ-də yerləşən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib. "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednarı, Yetmişlər Komitəsinin üzvü, Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerardı, "Sterling" Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hanseni və Yetmişlər Komitəsinin Mərkəzi Avropa, Asiya üzrə kvorumunun üzvü Pol Pikardı səmimi salamlayan Şeyxülislam qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin dəvəti ilə ötən ay ABŞ-nin Yuta ştatına səfərini, orada keçirilən səmərəli görüşləri xatırladan QMİ sədri qarşılıqlı əlaqələrin daha da inkişafına maraqlı olduğunu bildirib: "Bu gün Bakıda İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin ofisinin açılması Azərbaycanda multikultural mühitin, dinlərarası harmoniyanın yüksək səviyyədə olmasının daha bir nümunəsidir". Şeyxülislam Allahşükür Paşazadə din-dövlət münasibətlərinin inkişafı üçün ölkəmizdə həyata keçirilən işlər barədə qonaqlara ətraflı məlumat verib. Bir neçə gün öncə xalqımızın Zəfər bayramını böyük təntənə ilə qeyd etdiyini xatırladan QMİ sədri deyib ki, 5 ildir Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olub: "Tarixi Zəfərin qazanılması asan başa gəlməyib, xalqımız bu yolda şəhidlər verib".

Ermənilərin işğal etdiyi ərazilərimizdə dini-mədəni abidələrə qarşı vandalizm aktları törətdiyini diqqətə çatdıran Şeyxülislam azad edilən rayonlarda təkcə məscidlərin deyil, digər dinlərə məxsus abidələrin də dövlətimiz tərəfindən bərpa olunduğunu qeyd edib: "Bu, dövlətimizin və xalqımızın sülhsevərliyinin, mənəvi dəyərlərə, dinlərarası anlaşmaya necə böyük hörmətlə yanaşdığını göstərir. Təəssüf ki, erməni kilsəsi öz xalqını barışa yox, müharibəyə səsləyir, revanşist hisslərlə, qisasçılıqla yaşayır". QMİ sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həzrətlərinin müdrik siyasəti nəticəsində ölkəmizin dünyada nüfuzu yüksəlir və dostlarının sayı artır: "Siz də bizim dostlarımızdansınız. Hər zaman xalqımızın haqlı mövqeyini müdafiə etmisiniz".

Qonaqlar xoş qarşılanmaya və səmimi münasibətə görə minnətdarlıqlarını bildirib, ölkəmizdəki dini tolerantlıq mühitini yüksək qiymətləndiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmalarını nümayəndə heyətinə göstərilən diqqət kimi dəyərləndiriblər. Şeyxülislam kilsə nümayəndələrinə Zəfərimizin 5 illiyini simvolizə edən hədiyyələr bağışlayıb.

Görüşdə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Səməd Seyidov, Qüdrət Həsənquliyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.

Əlavə olaraq bildirək ki, dörd gün öncə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə görüşüb. Dövlət Komitəsindən bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən R.Məmmədov ona Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb. Komitə sədri Azərbaycanda multikulturalizmə əsaslanan dövlət siyasəti, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə səfirə ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahədə görülən işlər ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşıldığını, onların tarixi və mədəni irsinin qorunub saxlanılmasına xüsusi önəm verildiyini göstərir. R.Məmmədov bu baxımdan Azərbaycanın tolerantlıq modelinin örnək olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. Ölkəmiz barədə xoş təəssüratlarını bölüşən səfir Mariyana Kuyundziç qısa müddət ərzində Azərbaycanda dinlərarası harmoniyanın canlı şahidi olduğunu qeyd edib. O, həmçinin dünyada qlobal təhlükəsizlik probleminin əsasını təşkil edən dini zəmindəki münaqişələrin dayandırılmasında bu cür birgəyaşayış modelinin təbliğinin xüsusi önəm kəsb etdiyini deyib. Azərbaycanda dini icmalarla əməkdaşlıq və qarşılıqlı dialoq sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edən səfir Aİ-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək layihələrə dəstək göstərməyə hazır olduqlarını bildirib. Söhbət zamanı, eyni zamanda, dini sahədə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

İlahiyyatçı-alim Hacı Atif İsmayılov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanda dini-milli tolerantlıq ən yüksək səviyyədədir. Ekspert vurğulayıb ki, dini və irqi mənsubiyyətləri fərqli olan millətlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüblər:

"Multikultural və eyni zamanda tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik. Ölkəmiz dünyanın bir çox dövləti üçün real nümunə təşkil edib. Tolerantlığı, multikultural dəyərlərimizi təkcə sözümüzlə deyil, əməlimizlə də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayrı-ayrı millətlərin nümayəndələri uzun illərdir təhlükəsiz, heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər. Sivil şəkildə öz həyatlarını yaşayıblar, ibadətlərini icra ediblər. Bəzi xarici güclər ölkəmizdəki vəhdəti pozmağa cəhd göstərsələr də, istəklərinə nail olmayıblar. Azərbaycanda müxtəlif dinlərin, hətta fərqli məzhəblərin təmsilçiləri belə qarşıdurma yaşamadan ibadətlərini, ayinlərini icra edirlər. Bu da qardaşlıq simvolunun bariz nümunəsidir".

İlahiyyatçı qeyd edib ki, dinimizin bizə tövsiyəsi odur ki, hər bir şəxs dininə, milli mənsubiyyətinə görə deyil, ilk növbədə insanlığına, bəşəri xüsusiyyətlərinə görə dəyərləndirilsin:

"İslam dini vəhdəti, həmrəyliyi, sülh və əmin-amanlığı tövsiyə edir. Dünyanın bir çox ölkəsində baş verən dini qarşıdurmalar, islamafobiyanın genişlənməsi, radikalizmin və antisemitizmin artması fonunda Azərbaycanda müşahidə olunan tolerant mühit çoxlarını yaxşı mənada heyrətləndirir. Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib".

H.A.İsmayılov bəyan edib ki, Azərbaycan dövləti bütün dövrlərdə dinindən, irqindən asılı olmayaraq öz inanclı vətəndaşlarının ibadət etdikləri məbədlərin qorunmasına xüsusi önəm verib, onlara can verib, ən gözəl şəkildə təmir etdirib:

"Ölkəmizdə firavan həyat yaşayan xristianlıq dininə mənsub insanlarımız, o cümlədən yəhudilər özləri xüsusi vurğulayırlar ki, Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Bu, bizim kimliyimizdir, milli-mənəvi dəyərlərə bağlılığımızın göstəricisidir. Məhz ermənilərə məxsus kilsəyə toxunulmaması, əksinə, bərpa olunması da bunun bariz nümunəsidir. Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. Ancaq ermənilərlə müharibə şəraitində olarkən, torpaqlarımız işğal altında ikən belə onlar kimi vandal hərəkətlərə rəvac verməmişik. Nadir ölkələrdə belə mənzərə ilə qarşılaşmaq mümkündür. Azərbaycandakı dini tolerantlığın ən bariz nümunəsi işğaldan azad edilmiş bölgələrimizdə islam abidələri ilə yanaşı, qeyri-islam dini ibadət ocaqlarının da bərpa və yenidənqurulmasıdır. Ümumən ölkəmizin hər bir bölgəsində belədir. Azərbaycan demokratik ənənələrə sadiq, dünyəvi dövlətdir, amma eyni zamanda öz tarixi-mədəni və mənəvi irsinə dərin hörmətlə yanaşan və bu ənənələrin dövlət səviyyəsində qorunduğu ölkədir. Ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər imkanlar, əlverişli şərait yaradılıb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri