Icma.az
close
up
RU
“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib

“Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan türk atalar sözləri” kitabı nəşr edilib.

İnstitutdan XQ-yə bildirilib ki, filologiya elmləri doktoru Cəlal Bəydilinin tərtib etdiyi toplu Azərbaycan xalqının çoxəsrlik müdriklik irsini elmi-prinsipial əsaslarla sistemləşdirən sanballı nəşr kimi təqdim olunub.

Cəlal Bəydilinin yazdığı "Övliya sözlərinə bənzər həyat dərsləri" başlıqlı “Ön söz”də kitabın fəlsəfi və elmi əsasları şərh olunub. Burada atalar sözlərinin xalq müdrikliyinin ən yüksək nümunələri olduğu vurğulanıb. Alim atalar sözlərinin yalnız xalq dilindəki məcaz və obrazlı ifadələrdən ibarət olmadığını, eyni zamanda bu sözlərin əxlaqi, fəlsəfi və həyat təcrübəsini yığcam şəkildə ifadə edən "övliya sözləri" ilə müqayisə olunduğunu qeyd edib.

Topluda Azərbaycan türk atalar sözlərinin tarixi kökləri və inkişaf yoluna nəzərə yetirilib. Kitaba çoxsaylı mənbələrdən, o cümlədən, “Kitabı-Dədə Qorqud”, “Oğuznamə”, “Əmsali-türkanə” kimi klassik mənbələrdən seçilmiş nümunələrin, eləcə də canlı xalq dilindən gələn deyimlərin bir araya gətirilməsi paremik vahidlərin əsrlər boyunca keçdiyi semantik, üslubi və funksional dəyişiklikləri izləməyə imkan yaradır. Bu yanaşma atalar sözlərinin milli təfəkkürlə, mifoloji təsəvvürlərlə və ilkin dünyagörüş formaları ilə sıx bağlılığını aydın şəkildə ortaya qoyur.

Əlifba prinsipi əsasında tərtib edilmiş topluda əsas diqqət xalq yaradıcılığının saf qatlarını əks etdirən nümunələrə yönəldilib, yazılı ədəbiyyat təsirinin açıq şəkildə hiss olunduğu deyimlərə isə mümkün qədər az yer verilib. Bir sıra atalar sözlərində arxaik söz və dialekt xüsusiyyətlərinin qorunması nəşrin dil tarixi və paremioloji tədqiqatlar baxımından elmi dəyərini daha da artırır.

Qeyd edək ki, Azərbaycan türk atalar sözlərinin yazıya alınmış ilkin nümunələri “Kitabı - Dədə Qorqud” və “Oğuznamə”də rast gəlinən paremik vahidlərdir. XIX əsrin sonlarında Tiflisdə SMOMPK məcmuəsində atalar sözlərinin toplanması və Məhəmməd Vəli Qəmərlinin 1899-cu ildə nəşr etdiyi 750-yə yaxın nümunə bu sahənin ilk böyük addımlarını təşkil edib. 1926-cı ildə Hənəfi Zeynallı və Əbülqasım Hüseynzadə tərəfindən daha çox tematik təsnifatlı nəşrlər yayımlanmış, 2004-cü ildə isə latın qrafikasında 25 min nüsxədə “Atalar sözü” çap edilib.

“Azərbaycan türk atalar sözləri” kitabı Azərbaycan paremiologiyası sahəsində yüz ildən artıq müddətdə aparılmış toplama və nəşr fəaliyyətinin əsas nəticələrini ümumiləşdirən, folklorşünaslıq, dilçilik və mədəniyyət tarixi üçün etibarlı elmi mənbə kimi diqqəti cəlb edir. Bu nəşr xalq müdrikliyinin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, milli-mənəvi irsin öyrənilməsinə xidmət edən fundamental elmi töhfə kimi də böyük dəyərə malikdir.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Azərbaycan türk atalar sözləri” kitabının redaktoru AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri