Icma.az
close
up
RU
“Azərbaycan kinooperatorları” kitabı nəşr olunub

“Azərbaycan kinooperatorları” kitabı nəşr olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub.

Bu barədə AZƏRTAC-a İttifaqdan məlumat verilib.

Bildirilib ki, Əməkdar incəsənət xadimi Rafael Qəmbərovun yazdığı kiatbda kinooperatorların dünyanı necə fəth etməsi, peşə zövqünün çalarları, rejissor işi, operator işi, yazıçı təxəyyülü və hər üçünün birgə əməkdaşlığından, Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev və digər kinooperatorların dəst-xətindən bəhs edilib.

Dərs vəsaiti üçün nəzərdə tutulmuş kitabın çap olunmasının əsas məqsədi, ustad kinematoqrafçıların kinoda qazanıb miras qoyduqları təcrübədən yararlanmaq və eyni zamanda görkəmli kinooepartorların, rejissorların, rəssamların, aktyorların və bəstəkarların özünəməxsus kino dəst-xətini öyrənməkdən ibarətdir. Kitabda ümumi məlumatlarla yanaşı, kino təsvirinin tədqiqatına da geniş yer ayrılıb.

“Azərbaycan kinooperatorları” monoqrafiyası 16 bədii, 30-dan çox sənədli filmlər çəkmiş, yüksək kateqoriyalı kinooperator Rafael Qəmbərov tərəfindən, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin operator fakultəsinin IV kurs tələbələri tərəfindən tərtib olunub.

Kitabın müəllifi və tərtib edəni Rafael Qəmbərov, redaktoru Əməkdar incəsənət xadimi, tənqidçi İntiqam Qasımzadə, rəyçilər – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Mehdiyev, Əməkdar incəsənət xadimi, operator Rafiq Quliyevdir. Kitabda peşəkar mütəxəssislərlə yanaşı, gənc kinematoqrafçılar – Məmməd Əmin Əlizadə, Sadiq Əliverdibəyli, Babək Abbaszadə, Samir Əliyev, İsmayıl Cəfərov və Adil Məmmədovun da məqalələri yer alıb.

Kitab Azərbaycanın görkəmli kinematoqrafçılarının xatirəsinə həsr olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri