Icma.az
close
up
RU
“Azərbaycan Türk Dövlətləri Təşkilatında olduqca mühüm və strateji rola malikdir” Günay Əfəndiyeva

“Azərbaycan Türk Dövlətləri Təşkilatında olduqca mühüm və strateji rola malikdir” Günay Əfəndiyeva

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu yaxınlarda cənab Prezident İlham Əliyev Bakıda - ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda iştirak etdi. Dövlət başçısı artıq 7-ci dəfədir ki, bu forumlarda çıxış edir və hər dəfə aktual mövzular, beynəlxalq gündəmin məsələləri baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan, eyni zamanda həmişə də səmimi və açıq fikirlər səsləndirir. Azərbaycanın mövqeyinin həm regionda, həm də beynəlxalq aləmdə aydın şəkildə anlaşılmasına töhfə verir. Və buna görədir ki, cənab Prezidentin çıxışları hər zaman dünya mediasında və  analitik ictimaiyyətdə böyük rezonans doğurur. Forumun təşkilindəki mühüm məqamlardan biri o idi ki, beynəlxalq ekspertlər azad edilmiş əraziləri ziyarət edib və bu dəfə Xankəndinə səfər edərkən, dağıntıların real miqyasını öz gözləri ilə gördülər, dövlətimiz tərəfindən aparılan bərpa prosesini birbaşa yerində müşahidə etdilər. Bir daha gördülər ki, Azərbaycan təkcə hərbi-siyasi qələbə ilə kifayətlənmir, eyni zamanda regionda sülhə, sabitliyə və inkişaf perspektivlərinə töhfə verən əsil quruculuq nümunəsi ortaya qoyur”.

525.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva söyləyib.

Millət vəkili Prezidentin Forumdakı çıxışının postmünaqişə dövründə Azərbaycanın strateji baxışını və prinsipial mövqeyini bir daha dolğun şəkildə əks etdirdiyini vurğulayaraq, bildirib: “Dövlət başçısı beynəlxalq ictimaiyyətə açıq mesaj verdi ki, Bakı sülhə sadiqdir, lakin bu sülh yalnız beynəlxalq hüquq və reallıq əsasında mümkündür. Ermənistanla münasibətlərin normallaşmasının əsas şərti – bu ölkənin konstitusiyasında hələ də qüvvədə olan Azərbaycana qarşı ərazi iddialarından tam və birmənalı şəkildə imtina olunmasıdır. Yalnız bu əsaslı dəyişiklikdən, eləcə də əhəmiyyətini tam şəkildə itirmiş mənasız Minisk qrupunun ləğvindən sonra Ermənistanın regional əməkdaşlıq təşəbbüslərinə qoşulması mümkün olar. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan ədalətli, beynəlxalq hüquqa və qarşılıqlı anlayışa söykənən sülh və əməkdaşlıq formatının tərəfdarıdır və bunu tələb edir”.

"Son illər Azərbaycanın xarici siyasətində və diplomatik diskursunda Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrə mühüm önəm verilməsinigeyd edən Günay Əfəndiyeva vurğulayıb: “Bu, Türk xalqları arasındakı tarixi və etnik bağlara söykənir, eyni zamanda regional və qlobal güc balansında yeni bir mərkəzin formalaşdırılması strategiyasıdır. Dövlət başçısının dediyi kimi, bu mərkəzin unikallığı onun ümumi köklərə, ənənələrə əsaslanmasıdır. Ortaq dəyərləri bölüşməsidir.

Azərbaycan Türk Dövlətləri Təşkilatında olduqca mühüm və strateji rola malikdir. Ölkəmiz coğrafi baxımdan qardaş Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında körpü olmaqla yanaşı, siyasi təşəbbüskarlıq baxımından da inteqrasiya prosesinin aparıcı qüvvələrindəndir.
Düşünürəm ki, bu mənzərədə Azərbaycanın Şimali Kipr Türk Respublikasına verdiyi dəstək də xüsusi geydedilməlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan  Şimali Kirp Respublikasına TDT-də müşahidəçi statusunun verilməsində fəal rol oynamışdır. 

Bu isə o deməkdir ki, Azərbaycan hazırda mövcud olan və ya  artıq ənənəvi missiyasının çöküş ərəfəsini yaşayan hansısa bir güc mərkəzinə yox, yeni yaradılmış güclü siyasimərkəzini meydana çıxarmağı hədəfləyir.

Məlumdur ki, Azərbaycan daha genişvə mürəkkəb coğrafiyada da birləşdirici, ədalətli və nəticəyönümlü fəaliyyətini Cənubi Qafqazın lider dövləti kimi həyata keçirmişdir. Baxın, ölkəmizin fərqli etnik, dini, mədəni köklərə, ictimai quruluşlara malik ölkələrin üzv olduğu Qoşulmama Hərəkatına siyasi dinamika verdiyi sədrliyini xatırlayaq.

Aprelin 7-də Daşkənddə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin IV Konfransının Bəyannaməsində Qərbi Azərbaycan icmasının öz doğma torpaqlarına, doğma yurdlarına, ev-eşiklərinə sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə qayıdışı hüququna dəstək ifadə olunmuşdur.
Ölkəmizin ədalətli mövqeyinə Qoşulmama Hərəkatının ölkələrinin verdiyi dəstək, onların beynəlxalq hüquq normalarına əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş və beynəlxalq aləmin məsuliyyətli, fəal və nüfuzlu üzvü olan Azərbaycana hörmət və etimadın təzahürüdür.
Dövlət başçımız çıxışında Türk Dövlətləri Təşkilatının qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə biləcəyinə inamını ifadə etdi. 
Düşünürəm ki, hər birimiz, hansı sferada mövqe tutmağımızdan asılı olmayaraq, Türk ölkələri arasında inteqrasiyanın dərinləşdirilməsi və mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi üçün birgə səylərimizi daha da gücləndirməliyik. 

Parlament diplomatiyası çərçivəsində Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin təşviq edilməsi və ortaq qanunvericilik təşəbbüslərinin dəstəklənməsi də bu istiqamətdə xüsusi önəm daşıyır. İnkişaf edən Türk əməkdaşlığı yalnız regionun deyil, bütün dünyanın sülh, təhlükəsizlik və rifahına töhfə verə bilər.

Türk Dövlətləri Təşkilatının gələcəkdə ağır siyasi çəkili qlobal faktor kimi çıxış etməsi siyasi və iqtisadi reallıq baxımından böyük əhəmiyyətə malikdir”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri